Son Xəbərlər
18:33  TƏBİB məlumat yaydı  18:26  Alimlər telefon və kompüterin ölümcül təsirini açıqladı - "Beyini yandırır"  17:59  Pandemiya dövründə B qrupundan olan vitaminlərə ehtiyac nədən yaranır və onları necə əldə etməli?  17:54  Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz  17:48  "Toy mərasimlərinin bərpa edilməsi koronavirusun artmasına səbəb ola bilər"  17:40  Baş kardioloqdan XƏBƏRDARLIQ: koronavirusdan qorunmaqda BÖYÜK SƏHV  17:36  "Kənan Rüstəmovun ailəsi və biz - digər azərbaycanlılar bu yanlış məlumatı təxribat kimi qiymətləndiririk"  17:28  Çindən Azərbaycana tibbi ekspert qrupunun göndərilməsi barədə nota mübadiləsi imzalanıb  17:20  Çimərliklərdən istifadə ilə bağlı VİDEOtəlimat hazırlanıb  17:07  COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər  19:01  Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı  18:09  Kanadada ermənilər soydaşlarımıza hücum etdilər: xəsarət alanlar var  21:20  Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən aşağı düşdü  21:15  Deputat Qurban bayramı münasibətilə seçiciləri təbrik etdi  18:19  Nazir Hulusi Akar: Hamı dərk etməlidir ki, azərbaycanlılar bizim can qardaşlarımızdır  17:58  Süni tənəffüs cihazında olan koronaviruslu xəstələrin sayı azaldı  14:46  İmtahanların nəticələri açıqlandı  14:38  Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı  14:24  Yeni nazir müavini kimdir? - Dosye  14:10  Prezident İnam Kərimova yeni müavin təyin etdi 
Dünən, 18:33
TƏBİB məlumat yaydı
Dünən, 18:26
Alimlər telefon və kompüterin ölümcül təsirini açıqladı - "Beyini yandırır"
Dünən, 17:59
Pandemiya dövründə B qrupundan olan vitaminlərə ehtiyac nədən yaranır və onları necə əldə etməli?
Dünən, 17:54
Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz
Dünən, 17:48
"Toy mərasimlərinin bərpa edilməsi koronavirusun artmasına səbəb ola bilər"
Dünən, 17:40
Baş kardioloqdan XƏBƏRDARLIQ: koronavirusdan qorunmaqda BÖYÜK SƏHV
Dünən, 17:36
"Kənan Rüstəmovun ailəsi və biz - digər azərbaycanlılar bu yanlış məlumatı təxribat kimi qiymətləndiririk"
Dünən, 17:28
Çindən Azərbaycana tibbi ekspert qrupunun göndərilməsi barədə nota mübadiləsi imzalanıb
Dünən, 17:20
Çimərliklərdən istifadə ilə bağlı VİDEOtəlimat hazırlanıb
Dünən, 17:07
COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər
2-08-2020, 19:01
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
2-08-2020, 18:09
Kanadada ermənilər soydaşlarımıza hücum etdilər: xəsarət alanlar var
1-08-2020, 21:20
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən aşağı düşdü
1-08-2020, 21:15
Deputat Qurban bayramı münasibətilə seçiciləri təbrik etdi
1-08-2020, 18:19
Nazir Hulusi Akar: Hamı dərk etməlidir ki, azərbaycanlılar bizim can qardaşlarımızdır
1-08-2020, 17:58
Süni tənəffüs cihazında olan koronaviruslu xəstələrin sayı azaldı
1-08-2020, 14:46
İmtahanların nəticələri açıqlandı
1-08-2020, 14:38
Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı
1-08-2020, 14:24
Yeni nazir müavini kimdir? - Dosye
1-08-2020, 14:10
Prezident İnam Kərimova yeni müavin təyin etdi
1-08-2020, 13:02
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən aşağı düşdü
1-08-2020, 12:58
Göyçayda ölümlə nəticələnən yanğı hadisəsi baş verib
1-08-2020, 12:40
Azərbaycanın Almaniyadakı səfirliyi mətbuat relizi yayıb
1-08-2020, 10:47
Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
1-08-2020, 10:19
1 Avqust - Azərbaycan Əlifbası Günüdür
1-08-2020, 05:54
Koronavirus həyatımızda nələri dəyişəcək?
1-08-2020, 05:40
ÜST dünyada koronavirusa yoluxma hallarının REKORD artımını qeydə alıb
Tarix:28 iy 10:08 Bölmə:xeberler, siyaset

Ermənilərə köləlik edən "sivil" şərəfsizlər - ONLARI YAXŞI TANIYIN

Ermənilərə köləlik edən "sivil" şərəfsizlər - ONLARI YAXŞI TANIYIN

Malik və sahib olduğumuz ən böyük iki dəyər var - vicdan və zaman. Hər ikisinin itkisi ağrılıdır, acıdır.

Əfsuslar olsun ki, bu günlərdə zamanımın təxminən 2 saatını itirdim. Vicdanlarını çoxdan itirmiş, daha doğrusu, lazımsız nəsnə kimi bir kənara atmış Arif Məmmədovun, Vidadi İsgəndərlinin və Sevinc Osmanqızının veb-kameralar qarşısında oturaraq özlərinə əl qatmalarına baxmalı oldum.

Kimsə vadar etmədi - maraq almışdı məni ki, əcəba, insanda koqtiniv dissonans hansı səviyyədə və miqyasda olmalıdır ki, ağı qara, qaranı da bəmbəyaz kimi qələmə versin.

Vidadi İsgəndərli ilə məsələ məlum. Adam qeyri-adekvat, hikkəli, absurdizm dalanlarında vurnuxan biridir. Mənə heç zaman maraqlı olmayıb, sadəcə, sırf eksperimentin tamlığı və təmizliyi səbəbindən dinlədim onu.

Fransada "maison sociale"da yaşayan, "carte de secour" ilə dolaşan, OFPRA-dan rədd cavabı almamaq üçün bu ölkənin xüsusi xidmət orqanları ilə əlaqələr quran və "verbovka" edilməsini danan, "vicdanım haqqı" andını aman kimi sıralayıb ona baxanları nəyəsə inandırmağa çalışan vətənsiz, yurdsuz, amalsız biridir Vidadi İsgəndərli.

O deyir ki, Fransa ordusuna çağırılarsa, vuruşacaq - Dağlıq Qarabağın və erməni işğalında olan digər ərazilərimiz uğrundasa əsla vuruşmaq niyyətində deyil.

Üstəlik, ona avtomat verilərsə, həmin silahı ermənilərə qarşı çevirməyəcək: hədəf ermənilərlə üzbəüz duranlar olacaq.

Belə deyir Vidadi İsgəndərli.

İkinci məxluq Arif Məmmədovdur.

56 yaşlı A.Məmmədov 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb. Vəzifədən qovulandan sonra Belçikada siyasi sığınacaq alıb, indi Brüsseldə yaşayır.

Özü haqqında yazıb ki, bəs "ingilis, fransız, rus, həbəş, ispan dillərində sərbəst danışır".

Arif Məmmədovun diplomatik karyerasının belə sürətlə irəliləyişdə olması hələ də mənimçün qaranlıqdır. Vilayət Quliyev və Elmar Məmmədyarovun XİN başçısı postunda işlədikləri, daha doğrusu işlədiklərini göstərməyə çalışdıqları zamanı bu bacarıqsız, yarıtmaz nazirlərin yanlış qərarlarından biri də Arif Məmmədovun "diplomat"lığı idi.

İndi bu "başabəla diplomat" bəyan edir ki, sən demə, Avropa ölkələrində və ABŞ-da azərbaycanlıların aksiyalarını rəsmi Bakı "təşkil edib".

Səbəb?

Arif Məmmədovun ağzından səslər tökərək dediyinə görə, sən demə, əsas məqsəd "xalqın diqqətini Azərbaycandakı hadisələrdən yayındırmaq"dır. İkinci məqsəd isə - gülməyin, Məmmədov ciddidir - "Avropa ölkələrində yaşayan siyasi mühacirləri "ovlamaq"dır". Bunu ona digər plintus səviyyəsi "bloqer" Tural Sadıqlı da deyibmiş.

"Dərhal Belçika polisinə məlumat verdim. Mənə dedilər ki, narahat olmayın, məlumatımız artıq var", - Arif Məmmədov söyləyib.

Onun Facebook-da paylaşdığı videoçıxışını ermənilər çox bəyəniblər.

Maraqlı olan bu məxluqatların dedikləri yox, onların söylədiklərinin az qala eyni mətn üzrə bəyanatlar olmasıdır. Deyəsən, bu Yalıncıqları bir mərkəzdən idarə edirlər və onlar da "ifşaedici" çıxışlar üçün tezisləri eyni yerdən alırlar.
Eynən ABŞ-a sığınmış "müstəqil bloqer", son iki ildə AXCP sədri Əli Kərimlinin sözçüsü funksiyasını yerinə yetirən bədbəxt Sevinc Osmanqızı kimi.

Sadaladığım fiqurantların dediklərini dinlədikcə bir sual yaranır: "Cui prodest?"

Kimə sərfəlidir vicdanla bahəm, şərəf və ləyaqətlərini itirmiş bu adamların Vətənə, millətə və dövlətə qarşı yönələn, azərbaycanlıları aşağılayan açıqlamaları?

Arif Məmmədovla Sevinc Osmanqızının son olaylarla bağlı açıqlamalarının, isterik bəyanatlarının bir adı var - gerizəkalılıq.

Bu biçarələr anlamırlar ki, onlar Vətənlə millətə xəyanətdən də ötə rəzalət əməllərlə məşğuldurlar.

Arif Məmmədov və Sevinc Osmanqızının Avropa ölkələri, habelə ABŞ-ın Los-Anceles şəhərindəki olaylarla bağlı çıxışlarını sonadək dinlədim.

Orduya və dövlətə dinc dəstək aksiyası keçirən, heç bir qanunu pozmayan soydaşlarımıza vəhşicəsinə, barbarcasına hücum edən erməni yığnağının zooloji nifrət dolu davranışını "ermənilər bizimlə sivil mübarizə aparır" kimi dəyərləndirən Sevinc Osmanqızı erməni olsaydı, təəccüblənməzdim.
O, aksiyaya qatılan soydaşlarımızı "vətənşüvən, bandit, xuliqan" adlandırıb və ermənilərə aşkar şəkildə haqq qazandırıb.

Osmanqızının belə davranışına da əsla təəccüb etmədim, heyrətlənmədim.

O, başqa nə deməliydi, nə deyə bilərdi ki?!

Səd heyf ki, işlənmiş sifətli bu qadın haqq dünyasında olan məşhur jurnalistimiz Osman Mirzəyevin qızıdır.

Sevinc Osmanqızının məlum çıxışları barədə yazılanları da oxudum.

Məsələ ondadır ki, S.Osmanqızı zavallıdır, ondan məntiqli və ağıllı, illah da vətənpərvər mövqe gözləmək kərtənkələnin Plutona uçuşuna ümid etmək təki bica, mənasız işdir.

Üstəlik, veb-kamera qarşısında pariklə oturaraq özünü daha cavan, daha "gözəl" göstərməyə çalışan madam Osmanqızının psixi durumu da normal deyil. O, sürəkli ciddi psixi çaxnaşmalar içindədir. Xarakterində parçalanmalar var və bunu hələ Bakıda olanda büruzə vermişdi. Osmanqızını o vaxtlar müayinə edən həkimlər, habelə ailə mənsubları nə dediyimi əla bilirlər.

Məhz bu səbəbdən S.Osmanqızının davranışı məndə əsla təəccübə səbəb deyil. Səbəb bəsitdir: bəhs etdiyim madam təki adamlar həddən ziyadə asanlıqla düşmən ölkələrin xüsusi xidmət orqanları tərəfindən "verbovka" edilir, olduqca ucuz oyuncağa çevrilir.

Vəziyyət o səviyyədədir ki, sürəkli manqurtlaşma prosesində olan S.Osmanqızı YouTube kanalındakı çıxışlarından birində və Facebook-dakı səhifəsində mərhum atasını, iliyinədək vətənpərvər olmuş nurlu ziyalı Osman Mirzəyevi də üstüörtülü şəkildə suçlamışdı.

Məhz bu səbəbdən zamanımı boşa sərf etdiyimi yazıram.

Sevinc Osmanqızı və onun ətrafındakı "müstəqil jurnalist"lərlə "ictimai fəallar" indi virtual corablarını real başlarına keçirib həşir salıblar ki, yalandır, məlum video montajdır və ilaxır.

Nə yalan var ortada, nə də montaj. Madam Osmanqızı bu sözləri deyib.

Bədbəxt adamlar nə etdiklərinin fərqində deyillər.
Arif Məmmədovla Sevinc Osmanqızı dərk etmək istəmirlər ki, belə absurd açıqlamaları ilə Ermənistana və müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarına Azərbaycana qarşı yeni çirkin iddialarla, hədyan ittihamlarla çıxış etmək üçün istinad verdilər. Ermənilər artıq deyirlər: "Baxın, azərbaycanlı diplomatla jurnalist etiraf edirlər ki, hər şey Bakının təxribatıdır, biz sivil mübarizə aparırıq".

Osmanqızı ilə Məmmədov, bağışlayın, bisavad və məntiqsiz adamlardır.

Məsələn, madam özünün "Osmanqızı TV" YouTube kanalında "Hansı ağılla 5 min erməninin qabağına 50 azərbaycanlı çıxarır konsulluq?" adlı videotöküntüsündə deyir: "Konsulluğun yerləşdiyi binanın qarşısına gələnlər təxribata cəlb olunmuşdular".

Hansı təxribatdan bəhs edir o? Nədən ibarət idi o "təxribat"? Konsulluğun yerləşdiyi binanın qarşısında ermənilərə qarşı əks nümayiş keçirmək, dövləti və ordunu dəstəkləmək hər bir azərbaycanlının haqqıdır.

Osmanqızı daha sonra nifrin püskürür: "Konsulluq dedimi ki, onlara sizi nə gözləyir?"

Azərbaycanın Los-Ancelesdəki konsulluğu insident barədə ilkin məlumatlı olmayıb. Ermənilər soydaşlarımıza hücum edəndə konsulluq əməkdaşları polis çağırıblar, sonra da soydaşlarımızı hadisə yerindən uzaqlaşdırmaq üçün avtobuslar sifariş veriblər.

Diplomatlarımız daha sonra ermənilərin qanun qarşısında cavab verməsi üçün çalışıblar, 16 erməninin məsuliyyətə cəlb edilməsinə nail olublar.
Konsulluq işçiləri bundan artıq nə etməli idilər ki?..

"Azərbaycanı dünyaya barbar, azərbaycanlıları bandit, xuliqan kimi tanıtmaq üçün savaşdınız?" deyir Osmanqızı. Konsulluğun yerləşdiyi bina qarşısındakı 50 soydaşımıza sayları 3-5 min arasında olan vəhşiləşmiş erməninin hücumuna məruz qalırsa, həmin 50 nəfər "bandit, xuliqan"dır?

Madam Osmanqızı daha sonra deyib: "Mən sizi inandırım ki, erməni tərəfdə heç belə niyyət yoxdur". Və o, son illərdə ilk dəfə aşkar etirafla kimliyini, xislətini və çürük mənəviyyatını ortaya qoyur. Təbii, ermənilərin nə düşündüyünü Osmanqzı əla bilir, amma yenə yalan danışır. Çünki ermənilər konsulluğun yerləşdiyi binanın qarşısına məhz terakt səviyyəsindəki iğtişaş, hücum üçün yığışmışdılar.

Zavallı Osmanqızı. Los-Ancelesdəki konsulluğumuzu "səfirlik" adlandıran bu bisavadın dediyinə görə, soydaşlarımız oraya "diplomatları qorumaq" üçün gediblər, sən demə.

Halbuki azərbaycanlılar kontr-protest aksiyası keçirirdilər.
Oxunub: 65