Son Xəbərlər
18:33  TƏBİB məlumat yaydı  18:26  Alimlər telefon və kompüterin ölümcül təsirini açıqladı - "Beyini yandırır"  17:59  Pandemiya dövründə B qrupundan olan vitaminlərə ehtiyac nədən yaranır və onları necə əldə etməli?  17:54  Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz  17:48  "Toy mərasimlərinin bərpa edilməsi koronavirusun artmasına səbəb ola bilər"  17:40  Baş kardioloqdan XƏBƏRDARLIQ: koronavirusdan qorunmaqda BÖYÜK SƏHV  17:36  "Kənan Rüstəmovun ailəsi və biz - digər azərbaycanlılar bu yanlış məlumatı təxribat kimi qiymətləndiririk"  17:28  Çindən Azərbaycana tibbi ekspert qrupunun göndərilməsi barədə nota mübadiləsi imzalanıb  17:20  Çimərliklərdən istifadə ilə bağlı VİDEOtəlimat hazırlanıb  17:07  COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər  19:01  Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı  18:09  Kanadada ermənilər soydaşlarımıza hücum etdilər: xəsarət alanlar var  21:20  Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən aşağı düşdü  21:15  Deputat Qurban bayramı münasibətilə seçiciləri təbrik etdi  18:19  Nazir Hulusi Akar: Hamı dərk etməlidir ki, azərbaycanlılar bizim can qardaşlarımızdır  17:58  Süni tənəffüs cihazında olan koronaviruslu xəstələrin sayı azaldı  14:46  İmtahanların nəticələri açıqlandı  14:38  Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı  14:24  Yeni nazir müavini kimdir? - Dosye  14:10  Prezident İnam Kərimova yeni müavin təyin etdi 
Dünən, 18:33
TƏBİB məlumat yaydı
Dünən, 18:26
Alimlər telefon və kompüterin ölümcül təsirini açıqladı - "Beyini yandırır"
Dünən, 17:59
Pandemiya dövründə B qrupundan olan vitaminlərə ehtiyac nədən yaranır və onları necə əldə etməli?
Dünən, 17:54
Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz
Dünən, 17:48
"Toy mərasimlərinin bərpa edilməsi koronavirusun artmasına səbəb ola bilər"
Dünən, 17:40
Baş kardioloqdan XƏBƏRDARLIQ: koronavirusdan qorunmaqda BÖYÜK SƏHV
Dünən, 17:36
"Kənan Rüstəmovun ailəsi və biz - digər azərbaycanlılar bu yanlış məlumatı təxribat kimi qiymətləndiririk"
Dünən, 17:28
Çindən Azərbaycana tibbi ekspert qrupunun göndərilməsi barədə nota mübadiləsi imzalanıb
Dünən, 17:20
Çimərliklərdən istifadə ilə bağlı VİDEOtəlimat hazırlanıb
Dünən, 17:07
COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər
2-08-2020, 19:01
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
2-08-2020, 18:09
Kanadada ermənilər soydaşlarımıza hücum etdilər: xəsarət alanlar var
1-08-2020, 21:20
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən aşağı düşdü
1-08-2020, 21:15
Deputat Qurban bayramı münasibətilə seçiciləri təbrik etdi
1-08-2020, 18:19
Nazir Hulusi Akar: Hamı dərk etməlidir ki, azərbaycanlılar bizim can qardaşlarımızdır
1-08-2020, 17:58
Süni tənəffüs cihazında olan koronaviruslu xəstələrin sayı azaldı
1-08-2020, 14:46
İmtahanların nəticələri açıqlandı
1-08-2020, 14:38
Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı
1-08-2020, 14:24
Yeni nazir müavini kimdir? - Dosye
1-08-2020, 14:10
Prezident İnam Kərimova yeni müavin təyin etdi
1-08-2020, 13:02
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən aşağı düşdü
1-08-2020, 12:58
Göyçayda ölümlə nəticələnən yanğı hadisəsi baş verib
1-08-2020, 12:40
Azərbaycanın Almaniyadakı səfirliyi mətbuat relizi yayıb
1-08-2020, 10:47
Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
1-08-2020, 10:19
1 Avqust - Azərbaycan Əlifbası Günüdür
1-08-2020, 05:54
Koronavirus həyatımızda nələri dəyişəcək?
1-08-2020, 05:40
ÜST dünyada koronavirusa yoluxma hallarının REKORD artımını qeydə alıb
Tarix:28 iy 12:18 Bölmə:xeberler, sosial

QMİ Qurban bayramı ilə bağlı məlumat yaydı

QMİ Qurban bayramı ilə bağlı məlumat yaydı

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə məlumat yayıb.

Həmin məlumatı təqdim edir:

“Əziz müsəlman bacı və qardaşlarımız, möhtərəm həmvətənlərimiz!
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Rəbbimizdən diləyirik.

İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri – Eydül-Əzha-Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Şükürlər olsun ki, mənəvi dəyərlərə sahib duran dövlətimizin qayğısı və himayəsi sayəsində Azərbaycan müsəlmanları bu mübarək məqamı 2 gün bayram etmək şərəfinə nail olmuşlar. Bu əziz günlərdə Azərbaycan dövlətinə, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarına və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dindarlarımızın xeyir-dualarını yetirir, xalqımızın dərin minnətdarlığını ifadə edir, dövlət-din münasibətlərinin yüksək səviyyəsi yönündə bütün səylərinə uğurlar diləyirik.

Bu ilki Qurban bayramını dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Karantin səbəbindən ibadət məkanlarının müvəqqəti bağlı olması dindarlığa, təqvaya xələl gətirməməlidir. Xəstəlik və çətinliklər Allaha sığınmaq, səbr, təvəkkül, tövbə üçün bir vəsilə olmalıdır. Ümidvarıq ki, insanlar bu sınaqdan mənən daha güclü, ruhən daha saflaşmış çıxarlar, inşallah!

Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə yetim, kimsəsiz, ahıl, xəstə insanlara maddi, mənəvi yardım etmək savab əməllərdəndir. Qurbаn bаyrаmının sevincini qаçqın, кöçкün, кimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəкən insаnlаrа yаşаtmаq, özəlliklə, pandemiya şəraitində ehtiyacı olan insanlara кönül хоşluğu ilə qeyd etməк imkanı yaratmaq Аllаhа хоş gedən sаvаb əməllərdəndir. Bayram günlərində imkansız, ehtiyacı olan insanlara qurban əti paylanması, habelə ərzaq və ya hər hansı sovqatın çatdırılması bəyənilən əməldir. Qurban kəsmək Məkkədə Həcc ziyarəti zamanı zəvvarlar üçün vacibdir, digər yerlərdə isə bu vacib deyil, müstəhəb əməl olduğundan bu il karantin rejimi şəraitində ictimai yerlərdə kəsim edilməməsi tövsiyə olunur. İnsanların kütləvi toplaşma ehtimalı olacaq kəsim yerlərində virusa yoluxma hallarının qarşısını almaq məqsədilə bir çox ölkələr bu addımı atır.

Bu müqəddəs bayram günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, Vətənimiz və millətimizin rifahı üçün Allaha dualar etmək hər birimizin mənəvi borcudur. Mənfur düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olmuşlar, dinc mülki əhali qətlə yetirilmişdir. Vətəni sevmək imandandır. Haqq işimiz yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir. Allah doğma torpağımız uğrunda canlarını fəda etmiş bütün Vətən övladlarına rəhmət eləsin! Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını, Vətən torpağının bütövlüyünün bərpasını bizlərə nəsib etsin, inşallah!

Bu mübarək günlərdə xalqımızın rifah və səadəti üçün dualar edir, xüsüsilə, pandemiya dövründə dövlət başçımız İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyətini səfərbər edərək dünyanı cənginə alan xəstəlik kabusundan müdafiə yönündə önəmli tədbirlərinə, humanitar addımlarına və nümunəvi beynəlxalq əməkdaşlıq istiqamətində BMT səviyyəsində dəstəklənən fəaliyyətlərinə Uca Allahdan uğurlar diləyirik. Bu əziz gündə dualar edirik ki, Allah-Təala möhtərəm dövlət başçımızın müstəqilliyimizi qorumaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac versin!

Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımızı yetirir, Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir, Allah-Təalanın nəzərinin hər zaman üzərimizdə bərqərar olmasını diləyirik. Uca Allah Azərbaycanı hifz etsin! Amin!”
Oxunub: 67