Son Xəbərlər
Dünən, 18:40YAP Göyçay rayon təşkilatının Qadınlar şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər.Dünən, 17:00Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşduDünən, 16:46Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildiDünən, 16:36Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıbDünən, 16:34“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunubDünən, 16:32Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!Dünən, 16:02Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olunduDünən, 15:59Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət HacıyevDünən, 15:28Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdırDünən, 15:13Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edibDünən, 14:53Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.Dünən, 14:41Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardırDünən, 14:36Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi25-02-2021, 16:37Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib25-02-2021, 16:12Rayon İcra Hakimiyyətinin başçısı yaralı zabitimizlə görüşdü25-02-2021, 16:09Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub25-02-2021, 16:00Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam25-02-2021, 15:30Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi25-02-2021, 15:22Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır25-02-2021, 15:16Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır25-02-2021, 14:22Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir25-02-2021, 14:10Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək25-02-2021, 14:08“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi25-02-2021, 11:10Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ25-02-2021, 10:51ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir24-02-2021, 15:30Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib24-02-2021, 15:29Əfv komissiyasının iclası başa çatıb, 150-dən artıq müraciətə baxılıb
Top 10
Dünən, 18:40YAP Göyçay rayon təşkilatının Qadınlar şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər.Dünən, 17:00Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşduDünən, 16:46Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildiDünən, 16:36Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıbDünən, 16:34“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunubDünən, 16:32Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!Dünən, 16:02Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olunduDünən, 15:59Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət HacıyevDünən, 15:28Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdırDünən, 15:13Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Koronavirusdan ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir - Nazirlik rəsmisi
Koronavirus pandemiyası ilə bağlı Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov mövcud vəziyyət barədə müsahibə verib.
Müsahibəni təqdim edir:
- Mövcud vəziyyəti necə qiymətləndirirsiz?
- Hazırda bütün dünyada yeni koronavirus adlı kabus dolanır. Bu infeksiya milyonlarla insanın xəstələnməsinə, milyon yarımadək insanın isə həyatına bais olmuşdur. Bir çox ölkələrdə vəziyyət acınacaqlıdır. Pandemiya ölkəmizdən də yan keçməmişdir. Təəssüflə qeyd etmək istəyirəm ki, son vaxtlarda aparılan kompleks əksepidemik tədbirlərə baxmayaraq yoluxma halları sürətlə artaraq yüksək həddə çatmışdır. Bu hal insanların sağlamlıq durumuna mənfi təsir göstərməklə yanaşı səhiyyə sisteminin normal fəaliyyəti üçün çox böyük çətinliklər yaradır. Bu artım bir tərəfdən mövsümi faktorlarla bağlı olsa da, digər tərəfdən bizlərin bu təhlükəyə nə cür münasibət bəsləməyimizdən, tövsiyə olunan karantin qaydalarına necə əməl etməyimizdən çox asılıdır.
- Bəs özümüzü necə qoruyaq?
- Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Gəlin bu sadə, lakin effektiv qaydalara əməl etməklə özümüzü, yaxınlarımızı qoruyaq, problemlə birgə mübarizə aparaq. Buna öz nizam-intizamımız ilə nail olaq. Yalnız kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi həll edək. Belə qlobal məsələlər birlikdə həll oluna bilər. Hamı üçün əsas tövsiyələrdən biri də insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bunlardan təsirli vasitə icad olunmayıb. Hamılıqla riayət edək-birlikdə güclü olaq! Koronavirusa qalib gələk! Ətrafa çıxışımızı elə planlaşdıraq ki, virusun potensial gəzdiricisi ilə lazımsız təmasda olmayaq. Ərzaq bazarlığımızı həftəlik edək, yaxınlarımız və doğmalarımızla açıq məkanlarda görüşək. İctimai nəqliyyatda ağzımızı və burnumuzu örtək. Əhalinin kütləvi toplaşdığı yerlərə lüzumsuz getməyək, kampaniya ilə toplaşmayaq. Havaların artıq soyuq keçməsi ilə əlaqədar bağlı məkanlarda daha çox olsaq da otaqların tez-tez havalandırılmasını yaddan çıxarmayaq.
- Vətəndaşlar koronavirusla digər respirator virus infeksiyalarını necə ayırd etməlidir və ilk simptomları hiss etdikdə hansı addımları atmalıdır?
Hazırda kəskin respirator virus infeksiyalarının da mövsümü artımı müşahidə olunur. Yeni koronavirus infeksiyası ilə digər kəskin respirator virus infeksiyalarının klinik əlamətləri çox oxşardır. Xüsusən xəstəliyin başlanğıcında rast gələn əlamətlərə görə bunları bir-birindən ayırmaq olduqca çətindir. Ona görə də özündə hərarətin yüksəlməsi, ümumi zəiflik, əzkinlik, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər olan şəxs birinci növbədə özünü evdə təcrid etməli, ailə üzvləri ilə bərabər maskadan istifadə etməli, həmçinin yaşadığı ərazi üzrə telefonla poliklinikaya müraciət etməlidir. İlk günlərdən xəstənin həkim nəzarətində olması daha düzgün sayılır.
- Bəzi şəxslər evdə özünümüalicə ilə məşğul olur tanışlardan əldə etdikləri reseptlər vasitəsi ilə. Bu təhlükəlidirmi?
- Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir. Yadda saxlayın ki, yalnız həkim-mütəxəssis xəstəliyin ağırlığını düzgün qiymətləndirərək adekvat müalicə yaza bilər və lazım gəldikdə xəstəxanaya vaxtında göndərilmə barədə düzgün qərar verə bilər. Əks halda çox ağır, hətta ölümcül fəsadlarla üzləşə bilərik. Ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir və bəzi hallarda effektsiz ola bilər. Evdə müalicə olunan yüngül xəstələrə effektivliyi sübut olunmamış müxtəlif preparatların, antibiotik və hormonal dərmanların istifadəsi qəti qadağandır. Bu vasitələrdən düzgün istifadə olunmadığı hallarda nəinki xeyir vermir, əksinə xəstəyə zərər vuraraq vəziyyəti bir qədər də pisləşdirir. Özünümüalicə xəstəliyin gedişini təhrif edərək ağırlaşmaların gec aşkar olunmasına şərait yaradır. Bu hallarda gecikmiş hospitalizasiyanın nəticəsi faciəvi ola bilər.
Bir daha təkidlə tövsiyə edirik qaydalara əməl etməklə özünüzü və doğmalarınızı qoruyun, həyatınızı lazımsız risqə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin. Oxunub: 94