Astana Bəyannaməsi gələcək üçün istiqamətləri müəyyənləşdirib
Gündəm / Siyasət
Oxunub: 36
5 июл 2024 | 19:50

Cari ilin 3 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində ŞƏT-ə üzv ölkələrin dövlət başçıları səviyyəsində Zirvə toplantısı keçirilib. Təşkilatın sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfər edib.
Qeyd edək ki, “ŞƏT plyus” formatında keçirilən görüşə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.
Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub.
Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran) 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, BƏƏ, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Miyanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Azərbaycan artıq uzun illərdir ki, ŞƏT-ə üzv ölkələrlə həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxlaq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Bu ölkələrdən biri də Qazaxıstandır. Astana Sammitində etdiyi çıxışında cənab prezident ölkələrimiz arasında əməkdaşlıq istiqamətində bir çox məqamlara toxunaraq eyni zamanda son iki ildə bu ölkəyə dörd dəfə səfər etdiyini vurğuladı. Həmçinin bildirdi ki, həmin müddətdə Qazaxıstan Prezidenti də Azərbaycana üç dəfə səfər edib. Əlbəttə ki, bu intensivlik ölkələrimiz arasında etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisidir. Eyni zamanda da ölkəmizin ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət olunması Azərbaycan ilə təşkilata üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi dəyərləndirilməlidir.
Cənab Prezdinet bu məqamı da xüsuis olaraq qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqe və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib və ölkəmiz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasət sayəsində bu imkanı uğurla reallaşdırmaqdadır.
Dünyada və regionda baş verən geosiyasi hadisələr əlaqədar olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu-Orta Dəhliz Mərkəzi Asiya və Xəzər dənizi ölkələrindən keçməklə Avropa və Asiyanı birləşdirən ən qısa və əlverişli marşrut sayılır. Bu amil Orta Dəhlizin əhəmiyyətini artırmaqla yanaşı, geniş regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar yaradır. Prezident İlham Əliyev sammit iştirakçılarının diqqətinə çatdırdı ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb və Azərbaycan tərəfdaşları ilə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir.
Prezident İlham Əliyevin çıxışında tədbir iştirakçılarına təqdim olunan açıqlamalarla eyni zamanda ölkəmizin beynəlxalq nüfuzunun artmasını şərtləndirən bir çox amillərə yenidən aydınlıq gətirildi. Öz çıxışında dövlətimzin başçısı bir daha qeyd etdi ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Ölkəmizin 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi təşkilatın qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu.
Eyni zamanda Prezident İlham Əliyevin ŞƏT-in Astana Zirvə toplantısındakı iştirakı Azərbaycanın COP-29 ilə bağlı mesajlarını bu mühüm platforma vasitəsilə çatdırılması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da böyük əhəmiyyət kəsb etdi.
Cənab Prezident bir daha diqqətə çatdırdı ki, Bakıda keçiriləcək COP-29 çərçivəsində Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. Məhz Azərbaycanın bu prinspial və ədalətli mövqeyi ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artmasını şərtləndirən əsas amillərdəndir.
Сегодня, 00:03
ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir - Dövlət Departamenti
Вчера, 23:59
Azərbaycana birbaşa reyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır - Nazir
Вчера, 23:43
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris Olimpiadasında ölkəmizi təmsil edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb
Вчера, 23:39
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür!
Вчера, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
Вчера, 20:19
Etibarlı tərəfdaş
Вчера, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
Вчера, 02:13
Mətbuat elin aynasıdır
Вчера, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
21-07-2024, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
21-07-2024, 13:51
DYP-dən sürücülərə - Müraciət
21-07-2024, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.
19-07-2024, 19:21
İyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlandı
19-07-2024, 18:54
25 siyasi partiya seçkidə iştirak üçün müraciət edib
19-07-2024, 18:47
Azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılacaq - MSK sədri
19-07-2024, 11:10
Bu gün DİM GRE imtahanı keçirəcək
18-07-2024, 21:14
İlham Əliyev Oksfordda rəsmi ziyafətə qatıldı
18-07-2024, 20:27
Səyyar Gənclər Xidməti Göyçayda fəaliyyətini davam etdirir
17-07-2024, 19:48
Prezidentin Ağdam, Füzuli və Xocavənddəki xüsusi nümayəndəsinə müavin təyin olundu
17-07-2024, 19:42
Mətbuat işçilərinə verilən dəyər
17-07-2024, 01:39
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
17-07-2024, 01:28
YAP sabah siyahısın elan edəcək?
17-07-2024, 01:18
Prezidentdən İbrahim Məmmədovla bağlı - Sərəncam