“Narkomaniya qarşı mübarizə sağlam həyata təminatdır” adlı dəyirmi masa keçirilib
Gündəm / Hadisə
Oxunub: 34
26 авг 2023 | 22:17







Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığına qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə Göyçay Tarix-Diyarşünaslıq Muzeyində “Narkomaniya qarşı mübarizə sağlam həyata təminatdır” dəyirmi masa keçirilib.

Tədbirdə Göyçay rayon Polis Şöbəsinin nümayəndəsi Şahin Xalidov, Göyçay rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov, Göyçay rayon mühafizə polisinin əməkdaşları, Göyçay rayon Gənclər Evininin fəalları, Göyçay rayon Rəsul Rza Ev Muzeyinin, Mərkəzi Kitabxana Sisteminin əməkdaşları və KİV-nin nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən Gülçin Babayeva narkotik maddələrdən istifadənin risk amillərindən, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirlərindən, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verib.

Sonra Göyçay rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi polis mayoru Şahin Xalidov çıxış edərək qeyd edib ki, narkomaniyanın təhlükəli tərəfi ondan ibarətdir ki, narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, durmadan artır və onunla mübarizə aparmaq polis əməkdaşlarının ən mühüm vəzifəsidir.

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov çıxış edərkən bildirib ki, cəmiyyətə ağ ölüm kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır, bu bəlanın qarşısını almaq üçün biz həkimlərin də üzərinə böyük vəzifə düşür.

Tədbirdə iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda narkomaniyanın zərərlərini əks etdirən videoçarx nümayiş olunub.
25-09-2023, 23:01
Göyçayda “15 sentyabr – Bilik günü” qeyd edildi
25-09-2023, 22:55
Göyçayda yeni məktəb binasının açılış mərasimi keçirildi
25-09-2023, 22:14
Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə növbəti görüş keçirdi
25-09-2023, 21:43
Göyçayda ali məktəbələrə qəbul olunmuş tələbələrlə görüş keçirildi
25-09-2023, 21:21
Şəhid İlham Hüseynovun ad günü məzarı önündə qeyd olundu
25-09-2023, 21:16
Rayon İcra Hakimiyyətinin başçısı şəhid atasını evində ziyarət etdi
25-09-2023, 21:13
Rayon icra hakimiyyətinin başçısı Qaraman kəndində növbəti səyyar görüş keçirdi
26-08-2023, 23:01
Göyçaydakı selin - Görüntüləri- FOTO- VİDEO
26-08-2023, 22:17
“Narkomaniya qarşı mübarizə sağlam həyata təminatdır” adlı dəyirmi masa keçirilib
26-08-2023, 22:13
Sakinlərin problemlərinin həll edilməsi məqsədilə növbəti səyyar görüş rayonun Aşağı Qaraməryəm kəndində keçirildi
26-08-2023, 22:07
Rayonunda abadlıq, quruculuq və suvarma arxlarının qazılması işləri mütəmadi olaraq davam etdirilir
23-08-2023, 22:45
Rayonunda yerli sahibkarlarla görüş keçirilib
19-08-2023, 20:34
Bəzi yerlərdə leysan yağıb
19-08-2023, 20:27
Göyçayda ev yanıb
19-08-2023, 20:19
İtkin düşən şəxsin meyiti kanaldan tapılıb
18-08-2023, 20:47
Bəzi rayonlarda fasilələrlə yağış yağacaq, dolu düşəcək
18-08-2023, 20:29
Göyçay şagirdləri “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə qoşuldular
18-08-2023, 20:23
Ulaşlı Şıxlı kəndinin içməli su təminatında yaranan problem həll edilib
17-08-2023, 21:19
Rayon icra hakimiyyətinin başçısı Şahsoltanlı kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirdi
16-08-2023, 21:54
Heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
16-08-2023, 21:50
Rayonunun Şəkili kənd sakinlərinin səyyar qəbulda etdiyi müraciətlər öz müsbət həllini tapıb
16-08-2023, 21:48
Rayonun Yenikənd kəndində keçirilən səyyar qəbulda qaldırılan problemlər həll edilir
15-08-2023, 22:47
İsti diskomfort temperatur şəraiti gözlənilir
15-08-2023, 22:40
Bostanda çətənə kolu yetişdirən şəxs saxlanılıb
15-08-2023, 22:33
Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə baxılması üçün növbəti qəbul keçirildi
15-08-2023, 22:28
Şəhəri ərazisində asfaltlanma və işıqlandırma işləri aparılıb
14-08-2023, 21:24
FHN yanğın təhlükəsizliyinə dair növbəti müraciət edib