Göyçayda yeni məktəb binasının açılış mərasimi keçirildi
Gündəm / Hadisə
Oxunub: 46
25 сен 2023 | 22:55











Sentyabrın 14-də Göyçay şəhər M.Füzuli adına 6 nömrəli tam orta məktəbin yeni inşa olunan məktəb binasının açılış mərasimi keçirilib.



Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin struktur bölmə rəhbərləri və məktəbin müəllim kollektiv iştirak edib.



Mərasim iştirakçıları əvvəlcə yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.



Bildirilib ki, yenidən tikilmiş məktəb 1076 şagird yerlikdir. Məktəbdə 34 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.



Açılış mərasimindən sonra elm və təhsil naziri Emin Əmrullayev məktəbin müəllim kollektivi ilə görüşüb və yeni tədris ili və məktəb binasının açılışı münasibətilə təhsil işçilərini təbrik edərək onlara uğurlar arzulayıb.



Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən tikilən məktəbdə 500 şagirdin təlim-tərbiyəsi ilə 71 müəllim məşğul olacaq.
Сегодня, 13:20
Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizəsi üçün vəsait ayıracaq
Сегодня, 13:14
DYP-dən avtomobil sürücülərinə MÜRACİƏT
Сегодня, 13:00
DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir
Сегодня, 12:52
Sabahın hava proqnozu açıqlandı
Вчера, 16:54
Əli Əsədov BƏƏ-nin Vitse-prezidentini təbrik edib
Вчера, 16:22
Sabah 22 dərəcə isti olacaq
Вчера, 16:16
Məktəblərdə qızılcayla bağlı dezinfeksiya işləri aparılır
Вчера, 15:43
Göyçayda növbəti ağac əkmə aksiyası davam efir
30-11-2023, 23:15
Prezident 1 sərəncam, 3 fərman imzaladı
30-11-2023, 23:08
Qazax görüşündə bu məsələlərlə bağlı razılığa gəlinib
29-11-2023, 22:16
Azərbaycanın bu rayonlarında zəlzələ oldu
29-11-2023, 22:14
"Zəfər Salnaməsini Yazan Şəhidlər" adlı rəsm sərgisi keçirilib
29-11-2023, 22:01
Şəhid Fərid Nadirovun üçüncü ildönümü məzarı önündə qeyd olundu
27-11-2023, 21:51
Regiondan kənar ölkələrin bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdləri qəbuledilməzdir - Zakir Həsənov
27-11-2023, 21:40
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır
27-11-2023, 19:11
“Yeni il”də istirahət günləri AÇIQLANDI
27-11-2023, 10:02
Azərbaycanda istehlak bazarı 5,5 faiz artıb
26-11-2023, 17:56
Göyçay Kikboksinq Klubunun Kikboksinq üzrə açıq birinciliyi yarışı keçirilib
25-11-2023, 19:14
Şəhid polkovnik Babək Səmidlinin üçüncü ildönümü qeyd olundu
25-11-2023, 18:59
Ukrayna səfiri və Fəxri Konsulu Göyçaya səfər edib
25-11-2023, 11:57
Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib (FOTO)
25-11-2023, 11:23
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib
23-11-2023, 20:30
Kəlbəcər şəhəri Günü tarixi zəfərimizin şanlı günüdür
23-11-2023, 12:08
Prezident İlham Əliyev İƏT-ə üzv üzv dövlətlərin əmək nazirlərinin V konfransının iştirakçılarına müraciət ünvanladı
22-11-2023, 20:11
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
22-11-2023, 19:54
Təhsildə artan repetitorluq fəaliyyəti - Sertifikasiyaya cəlb edilə bilərlər
21-11-2023, 19:43
YAP-ın yaradılmasından 31 il ötür