Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
Gündəm / Siyasət
Oxunub: 42
30 апр 2024 | 18:59

Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəmizə dövlət səfəri etmişdir. Səfər çərçivəsində Azərbaycan və Qırğız Respublikasının Prezidentlərinin həm məhdud tərkibdə, həm də geniş heyətdə görüşləri baş tutmuş, iki ölkə arasında qarşılıqlı fəaliyyətin əsas məsələlərini müzakirə edilmiş, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirmiş, müvafiq idarələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Həmçinin Dövlət başçıları Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. Aprelin 25-də Füzuli və Ağdam şəhərinə gedib, orada görülən işlərlə tanış olub, bir sıra obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak ediblər.
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata bəyanatlarla çıxışı zamanı həmkarının bu səfərinin ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.
Ölkə başçısı çıxışında Azərbaycan və Qırğız Respubliksının iqtisadi-ticari sahədə fəal əməkdaşlıq etdiyini, mütləq rəqəmlərin hələ çox böyük olmadığını, lakin potensialın artma tendensiyasının mövcudluğunu vurğulayıb.
Cənab Prezident həmçininn Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalandığını diqqətə çatdıraraq Nizamnamə fondununun 25 milyon dollardan 100 milyon dollara qədər artırıldığını, 100 milyon dolların son hədd olmadığını, müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün birlikdə tapşırıq verdiklərini bildirib.
Ölkə başçısı işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Japarova xüsusi təşəkkürünü bildirib. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcəyini, birlikdə məktəbin təməlinin qoyulmasında iştirak edəcəklərini diqqətə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycanın Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlı olduğunu, nəqliyyat sahəsində isə hər iki ölkədə irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisinin həyata keçirildiyini bildirib.
Ölkə başçısı bəyanatında qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin qoyulmasını onun xatirəsinə ehtiram əlaməti, həmçinin Qırğızıstan-Azərbaycan qardaşlığının daha bir rəmzi olduğunu qeyd edib.
Beləliklə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə dövlət səfəri və onun nəticələri iki ölkə arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, ticarət dövriyyəsinin artmasına təkan verəcək.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Сегодня, 18:55
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Сегодня, 15:12
Mərkəzə doğru" layihəsi keçirilib
Сегодня, 14:57
Pedaqoji şuranın növbəti iclası keçrilib
Сегодня, 13:23
Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gəlib
Сегодня, 13:13
Şəhadət kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Сегодня, 12:29
Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
Сегодня, 12:25
Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gəlib
Сегодня, 00:20
Prezident İlham Əliyev sərəncam imzaladı
Сегодня, 00:11
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər
Сегодня, 00:07
Azərbaycan-Belarus sənədləri imzalanıb
Вчера, 12:11
Azərbaycan Bayrağı Şuşada əbədi dalğalanacaq
15-05-2024, 20:51
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - FƏRMAN
15-05-2024, 20:41
Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15-05-2024, 20:32
Prezident İlham Əliyev: COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini təsdiqləyəcək
15-05-2024, 20:27
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı sui-qəsd cəhdi ilə bağlı paylaşım edib
15-05-2024, 18:36
Yeni publik hüquqi şəxs yaradılır - Fərman yeni-publik-huquqi-sexs-yaradilir
15-05-2024, 18:30
Rayon İcra Hakimiyyətinin başçısı Potu kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
15-05-2024, 14:57
Şəhərin prospekt və küçələrində güllər əkilir yollarda təmizlik işləri görülür -FOTO
14-05-2024, 21:31
15 may – Beynəlxalq Ailə günü münasibəti ilə tədbir keçirilib
14-05-2024, 21:22
Baş prokuror Göyçay rayonunda vətəndaşları qəbul edib
13-05-2024, 17:44
Bəzi bölgələrə yağış yağır - FAKTİKİ HAVA
13-05-2024, 17:19
Davamlı inkişaf edən əlaqələr
13-05-2024, 17:14
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
13-05-2024, 16:43
Artıq Şuşanın yeni bir tarixi başlayır
13-05-2024, 09:56
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
11-05-2024, 21:22
Nazirlikdən yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
11-05-2024, 21:18
Əlaqələndirmə Qərargahının iclası Xankəndidə keçirildi