Forum mədəniyyətlərarası dialoq üçün çox mühüm beynəlxalq platformadır
Gündəm / Siyasət
Oxunub: 23
4 май 2024 | 13:30

Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Tədbirdə 110-dan çox ölkəni təmsil edən 700 mötəbər qonağın iştirak etməsi forumun qlobal əhəmiyyətinin nümayişi olaraq yadda qalıb. Forumun açılış mərasimində çıxış edən ölkə prezidenti İlham Əliyev sülhün və təhlükəsizliyin bütün dünyada təşviq olunması istiqamətində mühüm mesajlar verib, önəmli məqamlara toxunub.
Belə bir Forumun Azərbaycanda keçirilməsi artıq bir ənənə halını alıb. Hər zaman bəşəri dəyərləri müdafiə edən, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verən Bakı məhz belə tədbirlərin keçirildiyi mühüm platformaya çevrilib və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu milli sərhədləri aşan aktual, qlobal problemlər üzrə vacib müzakirələr aparmaq üçün unikal və dəyərli platforma kimi qiymətləndirilir. Ölkə başçısına qeyd etdiyi kimi 110-dan çox ölkənin foruma qatılması eyni zamanda onun mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə edildiyi çox mühüm beynəlxalq platforma olduğunun təsdiqidir. Digər tərəfdən belə beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qlobal problemlərin həllində oynadığı strateji rolun əhəmiyyətini bir daha nümayiş etdirmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Son illər dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Təbii ki, bu ilk növbədə ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlı olan məsələdir. Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Başqa sözlə desək, real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, eyni zamanda, həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnos və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu səbəbdən müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir. “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində olduqca böyük və əhəmiyyətli bir platformadır. Bu baxımdan 110 ölkənin nümayəndəsinin iştirak etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhün və təhlükəsizliyin təşviq olunmasına sözsüz ki, ciddi töhfə verəcək.
Forum xüsusilə də Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı postmüharibə reallıqlarının daha yaxından öyrənilməsi və beynəlxalq ictimai rəyin formalaşmasına müsbət təsir göstərəcək müzakirələrin aparılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdi. Forum prezident İlham Əliyevin Cənubi Qafqaz regionundakı son geosiyasi proseslər fonunda Azərbaycanın hədəfləri barədə ətraflı məlumatları və dünyaya önəmli mesajları ilə yadda qaldı.
Prezident İlham Əliyev nitqində yer alan ən önəmli məqamlardan yeni müstəmləkə tendensiyalarına qarşı qətiyyətli mövqeyi idi. Belə ki, hər zaman olduğu kimi ölkə başçısı bu çıxışında da bir çox qlobal məsələlərlə bağlı prinsipial mövqe əks etdirən konkret açıqlamalar verdi. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərzində yeni müstəmləkə tendensiyalarına qarşı mübarizəni təşviq etdiyini diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, həmin Təşkilatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması ədalət naminə və beynəlxalq hüququn təmin edilməsi üçün aparılan mübarizədir. Cənab prezident bir daha öz siyasi iradəsini və qətiyyətini nümayiş etdirərək XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasının yolverilməz olduğunu bəyan etdi.
Prezident İlham Əliyev Forumda çıxışı əsnasında Ermənistanla sülh sazişi ilə bağlı danışıqlara da toxundu. Dövlət başçısı Azərbaycanın çox fəal çalışdığını, Ernənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, baza prinsiplərinin və sülh sazişi layihəsinin hazırlandığını vurğuladı. Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini bildirərək ölkəmizin bundan sonra belə siyasi hücumlara məruz qaldığını qeyd etdi. Dövlət başçısı forum iştirakçılarının diqqətinə çatdırdı ki, hazırda Azərbaycan və Ermənistan müsbət tendensiyadadır, sülhə doğru addımlar atılmaqdadır.
Ölkə başçısının çıxışında yer alan məqamlardan biri də Azərbaycanın yaşıl gündəliyi ilə bağlı səsləndirdiyi fikirləri oldu. Əlbəttə ki, Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına sahib olmağına rəğmən ölkəmizə COP 29-a ev sahibliyi hüququ verilməsi bəzi təşkilatlar tərəfindən ilk öncə birmənalı qarşılanmamışdı. Lakin hələ bu qərarın qəbul edilməməsindən xeyli əvvəl Azərbaycan özünün yaşıl gündəliyinə malik idi. Bu məsələyə toxunan dövlət başçımız bildirdi ki, 2027-ci ilə qədər Azərbaycanda artıq 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavatda istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün əlavə imkanlar yaranacaqdır. Ölkə başçısının qeyd etdiyi kimi bütün bu proseslərin fonunda ölkəmizin iqlim dəyişikliyi ilə bağlı göstəriciləri nümunəvi nailiyyətlərdən olacaqdır.
Beləliklə, Azərbaycan növbəti dəfə dünya mediasının diqqət mərkəzində oldu. Belə mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna mühüm töhfə verməklə yanaşı, eyni zamanda Azərbaycanın hər zaman birləşdirici meyillərə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Вчера, 18:55
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Вчера, 15:12
Mərkəzə doğru" layihəsi keçirilib
Вчера, 14:57
Pedaqoji şuranın növbəti iclası keçrilib
Вчера, 13:23
Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gəlib
Вчера, 13:13
Şəhadət kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Вчера, 12:29
Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
Вчера, 12:25
Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gəlib
Вчера, 00:20
Prezident İlham Əliyev sərəncam imzaladı
Вчера, 00:11
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər
Вчера, 00:07
Azərbaycan-Belarus sənədləri imzalanıb
16-05-2024, 12:11
Azərbaycan Bayrağı Şuşada əbədi dalğalanacaq
15-05-2024, 20:51
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - FƏRMAN
15-05-2024, 20:41
Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15-05-2024, 20:32
Prezident İlham Əliyev: COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini təsdiqləyəcək
15-05-2024, 20:27
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı sui-qəsd cəhdi ilə bağlı paylaşım edib
15-05-2024, 18:36
Yeni publik hüquqi şəxs yaradılır - Fərman yeni-publik-huquqi-sexs-yaradilir
15-05-2024, 18:30
Rayon İcra Hakimiyyətinin başçısı Potu kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
15-05-2024, 14:57
Şəhərin prospekt və küçələrində güllər əkilir yollarda təmizlik işləri görülür -FOTO
14-05-2024, 21:31
15 may – Beynəlxalq Ailə günü münasibəti ilə tədbir keçirilib
14-05-2024, 21:22
Baş prokuror Göyçay rayonunda vətəndaşları qəbul edib
13-05-2024, 17:44
Bəzi bölgələrə yağış yağır - FAKTİKİ HAVA
13-05-2024, 17:19
Davamlı inkişaf edən əlaqələr
13-05-2024, 17:14
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
13-05-2024, 16:43
Artıq Şuşanın yeni bir tarixi başlayır
13-05-2024, 09:56
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
11-05-2024, 21:22
Nazirlikdən yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
11-05-2024, 21:18
Əlaqələndirmə Qərargahının iclası Xankəndidə keçirildi