Tibb elmləri üzrə fəlsəfə doktoru Samir Cavadov ”Tərəqqi" medalına layiq görülüb
Gündəm / Hadisə
Oxunub: 67
4 май 2024 | 23:15

Həmyerlimiz, tibb elmləri üzrə fəlsəfə doktoru Samir Sabir oğlu Cavadov 1979 - cu ildə Göyçay şəhərində anadan olub. 1996 - ci ildə Göyçay şəhər M. Füzuli adına 6 saylı orta məktəbi, 2002 - ci ildə isə Azərbaycan Tibb Universitetini bitirib. 2002 – 2003 - cü illərdə Samir Cavadov Bakı şəhər 4 saylı klinik xəstəxanasında internatura keçib. 2003 - 2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Klinik Mikrobiologiya Laboratoriyasında həkim işləyib. 2009 - cu ildə S.Cavadov “Limfoblastik leykemiyalı xəstə uşaqlarda sistem xarakterli mikozların etiopatogenetik xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə edib, 2010 – cu ildə isə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2009 - 2014-ci illərdə Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasında assistent və baş müəllim kimi fəaliyyət göstərib. 2014 - cü ildən bu günə qədər həmin kafedrada dosent vəzifəsində çalışır. 2010 - 2020 - ci illərdə S.Cavadov ATU-nun Mikrobiologiya və immunologiya kafedrasında Elmi işlər üzrə kafedra müdirinin müavini, ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Diaqnostik laboratoriyasının şöbə müdiri, Universitetin Doktorantura və dissertantura şöbəsinin müdiri vəzifələrində çalışıb. Hazırda ATU – nin Tədris və Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiridir. Doktor S.Cavadov həm də Dövlət İmtahan Mərkəzində rezidentura bölməsi üzrə mikrobiologiya fənnindən ekspert kimi fəaliyyət göstərir. Hal-hazırda doktor S.Cavadov tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda Hepatit B virusunun genotipik xüsusiyyətləri” mövzusunda dissertasiya üzərində çalışır. İngilis, rus, türk dillərində danışır. Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 9 aprel tarixli Sərəncamı ilə S.Cavadov “Tərəqqi” medalına layiq görülüb. 2018-ci ildə nəşr olunan “Microbiology and İmmunology (Laboratory manual in general microbiology)” dərsliyinin və 50-dən çox elmi məqalələrin müəllifidir. Həmyerlimizə işlərində uğurlar arzu edirik.
Сегодня, 15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Сегодня, 15:26
Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinqlər keçirilib
Сегодня, 14:20
Beynəlxalq Muzeylər Günü münasibəti ilə Heydər Əliyev Mərkəzində "Açıq qapı günü" keçirilib
Сегодня, 14:10
Cırqurd kəndində sel sularının avtomobil yolunda yaratdğı təhlükə aradan qaldırılır
Сегодня, 14:06
Rayonun Qarabaqqal kəndində məişət tullantıları poliqonu ərazisindən keçən sel sularının törətdiyi fəsadların qarşısı alınır
Сегодня, 14:03
Göyçayda sel sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır
Вчера, 18:55
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Вчера, 15:12
Mərkəzə doğru" layihəsi keçirilib
Вчера, 14:57
Pedaqoji şuranın növbəti iclası keçrilib
Вчера, 13:23
Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gəlib
Вчера, 13:13
Şəhadət kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Вчера, 12:29
Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
Вчера, 12:25
Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gəlib
Вчера, 00:20
Prezident İlham Əliyev sərəncam imzaladı
Вчера, 00:11
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər
Вчера, 00:07
Azərbaycan-Belarus sənədləri imzalanıb
16-05-2024, 12:11
Azərbaycan Bayrağı Şuşada əbədi dalğalanacaq
15-05-2024, 20:51
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - FƏRMAN
15-05-2024, 20:41
Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15-05-2024, 20:32
Prezident İlham Əliyev: COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini təsdiqləyəcək
15-05-2024, 20:27
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı sui-qəsd cəhdi ilə bağlı paylaşım edib
15-05-2024, 18:36
Yeni publik hüquqi şəxs yaradılır - Fərman yeni-publik-huquqi-sexs-yaradilir
15-05-2024, 18:30
Rayon İcra Hakimiyyətinin başçısı Potu kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
15-05-2024, 14:57
Şəhərin prospekt və küçələrində güllər əkilir yollarda təmizlik işləri görülür -FOTO
14-05-2024, 21:31
15 may – Beynəlxalq Ailə günü münasibəti ilə tədbir keçirilib
14-05-2024, 21:22
Baş prokuror Göyçay rayonunda vətəndaşları qəbul edib
13-05-2024, 17:44
Bəzi bölgələrə yağış yağır - FAKTİKİ HAVA