Mayın 12-də 25 minə yaxın şagird imtahan verəcək
Gündəm / Hadisə
Oxunub: 14
8 май 2024 | 16:38

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

DİM-dən verilən xəbərə görə, mayın 12-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək. İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 112 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:




- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda ümumilikdə 24987 (Bakıda 17403, Sumqayıtda 877, Abşeronda 899, Naxçıvanda 86, Gəncədə 1548, Şəmkirdə 89, Tovuzda 203, Mingəçevirdə 186, Yevlaxda 92, Şəkidə 158, Zaqatalada 343, Balakəndə 242, Qəbələdə 205, Qaxda 176, Bərdədə 235, Göyçayda 207, Şirvanda 348, Lənkəranda 336, Qubada 237, Qusarda 530, Xaçmazda 587) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 112 ümumi imtahan rəhbəri, 294 imtahan rəhbəri, 2341 nəzarətçi ayrılıb, 346 buraxılış rejimi əməkdaşı (mühafizə), 112 bina nümayəndəsi ayrılıb.

İmtahanda 30 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edəcək. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Сегодня, 00:26
"Bu xəbər bizi ciddi şəkildə narahat etdi” - İlham Əliyev
Сегодня, 00:23
Göyçayda yol qəzası baş verib, xəsarət alan var
Вчера, 21:29
Azərbaycan əhalisinin sayı 10 milyon 189 min 786 nəfərə çatıb
Вчера, 21:25
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
Вчера, 21:23
VI siniflərdə keçirilən monitorinq başa çatdı
Вчера, 21:18
Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub
Вчера, 17:55
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcə
Вчера, 17:50
Göyçayda 24 yaşlı gənci cərəyan vurdu
Вчера, 17:38
Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür
Вчера, 12:30
Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir (FOTO)
Вчера, 11:56
Azərbaycanda əsas kapitala yönəldilən vəsait 11 faizdən çox artıb
Вчера, 11:52
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
Вчера, 11:43
Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin görüşü başlayıb
18-05-2024, 23:30
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
18-05-2024, 23:27
Sentyabr döyüşlərində şəhid olan Elnur Məhərrəmovun növbəti mövludu qeyd olunub
18-05-2024, 22:55
Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin 40 cı ildönümü qeyd olunub
18-05-2024, 21:41
Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib
18-05-2024, 21:36
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub
18-05-2024, 21:28
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər
18-05-2024, 21:14
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
18-05-2024, 21:09
Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub
18-05-2024, 20:28
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
18-05-2024, 15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
18-05-2024, 15:26
Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinqlər keçirilib
18-05-2024, 14:20
Beynəlxalq Muzeylər Günü münasibəti ilə Heydər Əliyev Mərkəzində "Açıq qapı günü" keçirilib
18-05-2024, 14:10
Cırqurd kəndində sel sularının avtomobil yolunda yaratdğı təhlükə aradan qaldırılır
18-05-2024, 14:06
Rayonun Qarabaqqal kəndində məişət tullantıları poliqonu ərazisindən keçən sel sularının törətdiyi fəsadların qarşısı alınır