Aprelin 14-də keçirilən imtahanların nəticələri elan olunub
Gündəm / Hadisə
Oxunub: 43
10 май 2024 | 22:49

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 aprel 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan edilib.

DİM-in yaydığı məlumatda xəbər verir ki, nəticələri elan olunan imtahanlar aşağıdakılardır:
1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

1, 2 və 3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=93 öyrənə bilərlər.

4, 5, 6-cı kateqoriyaya aid olan şəxslər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2023/netorta/?frm=egov istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 34481 nəfərdən 2758 nəfər imtahana gəlməyib. 12 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda ən yüksək nəticəni 296,9 bal toplayan Laçın rayonu, Alxaslı kənd orta məktəbin 2022-ci il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 14 may saat 10:00-dan 16 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
25-07-2024, 10:57
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
25-07-2024, 10:57
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
24-07-2024, 22:33
Göyçayda Veloyürüş keçirilib./Foto
24-07-2024, 17:55
Milli Məclisə seçkilərlə əlaqədar MSK və DİN birgə layihəyə start verib
24-07-2024, 17:49
Tələbə köçürülməsi üçün şərtlər açıqlandı
24-07-2024, 17:34
Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
24-07-2024, 17:00
İki sərhədçimiz yaralandı.
24-07-2024, 00:36
Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru öz ərizəsi ilə vəzifəsindən azad edilib
23-07-2024, 20:42
Ramiz Zeynalova yeni müavin təyin edildi
23-07-2024, 20:29
Şuşadan mühüm çağırışlar və mesajlar
23-07-2024, 18:07
Ermənistanın verdiyi mina xəritələri tamamilə yararsızdır
23-07-2024, 00:03
ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir - Dövlət Departamenti
22-07-2024, 23:59
Azərbaycana birbaşa reyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır - Nazir
22-07-2024, 23:43
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris Olimpiadasında ölkəmizi təmsil edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb
22-07-2024, 23:39
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür!
22-07-2024, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
22-07-2024, 20:19
Etibarlı tərəfdaş
22-07-2024, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
22-07-2024, 02:13
Mətbuat elin aynasıdır
22-07-2024, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
21-07-2024, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
21-07-2024, 13:51
DYP-dən sürücülərə - Müraciət
21-07-2024, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.