28 may - Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 106 il ötür
Gündəm / Siyasət
Oxunub: 45
27 май 2024 | 19:15

Mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 106 il ötür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tariximizin şanlı səhifələrindən olmaqla yanaşı, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi olaraq müasir dövlətçilik tariximizə mühüm hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu və eyni zamanda xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cumhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cumhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini sinfi bərabərsizlik ortadan qaldırıldı. Eyni zamanda qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik dövlət qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cumhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Tarixi proseslər və hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi nə qədər mürəkkəb proses olsa da onu qoruyub saxlamaq daha çətin və məsuliyyətli vəzifədir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu dövlətə çevrildi. 1993-cü il xalq böyük səs çoxluğu ilə öz doğru və düzgün seçimini etdi və Ulu Öndər Heydər Əliyevi prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycanın təməli qoyuldu.
Hər zaman çıxışlarında müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cumhuriyyətinin qanuni varisi olduğunu dəfələrlə vurğulayan Ümummilli lider demokratik cumhuriyyətin yaranması gününü əziz tutaraq həmin günü Respublika Günü elan etmiş və bu bizim milli bayramımızdır - deyə qeyd edirdi.
“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.”
2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda, azad Şuşamızda dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
25-07-2024, 10:57
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
25-07-2024, 10:57
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
24-07-2024, 22:33
Göyçayda Veloyürüş keçirilib./Foto
24-07-2024, 17:55
Milli Məclisə seçkilərlə əlaqədar MSK və DİN birgə layihəyə start verib
24-07-2024, 17:49
Tələbə köçürülməsi üçün şərtlər açıqlandı
24-07-2024, 17:34
Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
24-07-2024, 17:00
İki sərhədçimiz yaralandı.
24-07-2024, 00:36
Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru öz ərizəsi ilə vəzifəsindən azad edilib
23-07-2024, 20:42
Ramiz Zeynalova yeni müavin təyin edildi
23-07-2024, 20:29
Şuşadan mühüm çağırışlar və mesajlar
23-07-2024, 18:07
Ermənistanın verdiyi mina xəritələri tamamilə yararsızdır
23-07-2024, 00:03
ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir - Dövlət Departamenti
22-07-2024, 23:59
Azərbaycana birbaşa reyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır - Nazir
22-07-2024, 23:43
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris Olimpiadasında ölkəmizi təmsil edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb
22-07-2024, 23:39
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür!
22-07-2024, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
22-07-2024, 20:19
Etibarlı tərəfdaş
22-07-2024, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
22-07-2024, 02:13
Mətbuat elin aynasıdır
22-07-2024, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
21-07-2024, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
21-07-2024, 13:51
DYP-dən sürücülərə - Müraciət
21-07-2024, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.