Türk dövlətlərinin birliyi beynəlxalq aləmdə ciddi güc mərkəzi kimi qəbul olunur
Gündəm / Siyasət
Oxunub: 45
8 июн 2024 | 22:08

Beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər türk dövlətləri arasında güclü birliyi aktuallaşdırır. Hazırki mərhələdə türk dövlətləri və xalqları ilə münasibətləri dərinləşdirmək Azərbaycanın xarici siyasətində prioritetdir. Sovetlər ittifaqı dağılandan sonra Ulu Öndər Heydər Əliyev türk dövlətləri və xalqları arasında münasibətlərin qurulması və inkişafı üçün böyük xidmətlər göstərib. Məhz Ulu Öndərimizin təşəbbüsü ilə türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi ənənəsinin əsası qoyuldu.
Bu gün isə prezidentimiz cənab İlham Əliyevin siyasəti nəticəsində qardaş türk dövlətləri arasında münasibətlər əhəmiyyətli dərəcədə genişlənib. Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi istiqamətində atılan addımlardır. Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, eyni zamanda həm də ən fəal təşəbbüskarlarındandır. Türk dövlətlərinin bir sıra təşkilatları yaradılıb ki, hansı ki, bu da ümumi işimizə töhfələr verir. Bu təşkilatlardan biri də Türk Dövlətləri Parlament Assambleyasıdır.(TÜRKPA)
Bu gün türk dövlətlərinin birliyi beynəlxalq aləmdə ciddi güc mərkəzi kimi qəbul olunur. Qardaş ölkələrin birgə fəaliyyəti, qəbul etdikləri qərarlar qlobal iqtisadi-siyasi proseslərə təsir edir, digər dövlətlər, təşkilatlar türk dövlətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər. Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində TDT-nın, o cümlədən TÜRKPA-nın rolu böyükdür.
Məlum olduğu kimi, bu günlərdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin nümayəndə heyətləri dövlət başçısı cənab İlham Əliyev tərəfindən qəbul olunublar. Görüşdə cənab prezident tərəfindən türk dünyası ilə bağlı, Azərbaycanın türk dünyası ilə inteqrasiyası, xarici siyasətdə prioritetlər istiqamətində vacib məqamlar səsləndirilib və bir çox mühüm mesajlar verilib.
TÜRKPA-nın Bakıda keçirilən plenar iclası və bu iclasda müzakirə olunan məsələlər regional, eyni zamanda qlobal əhəmiyyətə malikdir. Azərbaycan türk birliyinin aparıcı üzvü kimi bu ittifaqın daha da güclənməsinə çalışır, xarici siyasətin əsas istiqamətlərindən biri kimi türk dövlətləri ilə münasibətlərini gücləndirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin səyləri ilə son illər həyata keçirilən mühüm tədbirlər, çağırışlar artıq türk dövlətlərini bir ailə kimi birləşməyə vadar edir.
Bu birlik bir məqsəd uğrunda mübarizə aparmaq, problemləri həll etmək, qarşıya qoyulan məsələləri yerinə yetirmək üçün vacibdir və dünyada yeni bir mərkəzin formalaşmasına zəmanətdir. Ölkə prezidentinin dediyi kimi, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Ümumiyyətlə prezident İlham Əliyevin TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə söylədiyi fikirlər Türk dünyasınn həm bu günü, həm də gələcəyi üçün əhəmiyyət daşıyır. İndiki məqamda isə təbii ki, əsas vəzifələrdən biri türk dövlətləri arasında əməkdaşlığı genişləndirməkdir.
Görüşdə prezident İlham Əliyev çıxışı zamanı siyasi-iqtisadi məsələlərlə yanaşı TDT-nın liderlərinin növbəti zirvə toplantısının Şuşada keçiriləcəyinin anonsunu da verdi. Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcəyini deyən prezident İlham Əliyevin fikrincə ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət deyil. Çünki həm davamlı təmaslara ehtiyac var, eyni zamanda hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada türk dövlətlərinin yüksək ranqlı şəxslərinin görüşməsi Şuşaya, mədəni əməkdaşlığımıza verilən dəyər hesab oluna bilər.
Cənab prezident çıxışında Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılmasının önəmindən də bəhs edib. Qeyd olunub ki, hazırki dövrdə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Bundan əlavə iqlim məsələlərinin bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biri olduğu diqqətə çatdırılıb. Bunun nümunəsi olaraq ölkəmizin bu il COP 29 konfransına ev sahibliyi edəcəyi vurğulanıb. Qeyd olunub ki, bu bizim üçün həm böyük məsuliyyət, həm də böyük şərəfdir. Dövlət başçısı eyni zamanda sözügedən qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etməyin böyük fayda verəcəyini bildirib.
Görüşdə eyni zamanda nəqliyyat və iqlimlə bağlı müzakirələrin aparılacağı da qeyd edilib. Çünki nəqliyyat sektoru türk dünyasının birləşməsi üçün lazım olan əsas infrastrukturdur. İşğaldan azad edilən torpaqlarda bu gün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpasında yaxından iştirak edən türk dövlətləri həm 44 günlük Vətən müharibəsində, həm də ondan əvvəlki və sonrakı dövrlərdə bütün beynəlxalq səviyyəli tribunalarda ölkəmizə dəstəyini nümayiş etdiriblər. Bu, Azərbaycanın siyasi rəhbərliyinin yürütdüyü düzgün diplomatiyanın, səmimi dostluq və qardaşlıq münasibətlərinin nəticəsində mümkün olub. Azad olunmuş ərazilərdə Özbəkistanın və Qazaxıstanın təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb binası və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb, bir məktəb binasının təməli isə bu yaxınlarda Qırğızıstan prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir yaşayış məntəqəsində isə Macarıstanın maliyyə dəstəyi ilə məktəb inşa ediləcək.
Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır. Bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Bu da Türk dünyası biriliyinin göstəricisidir.
Beləliklə, işğaldan azad edilmiş torpaqlarımızda Türk dünyasının birliyini əyani şəkildə görürük. Bütün bunlar isə olduqca qürurvericidir.
25-07-2024, 10:57
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
25-07-2024, 10:57
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
24-07-2024, 22:33
Göyçayda Veloyürüş keçirilib./Foto
24-07-2024, 17:55
Milli Məclisə seçkilərlə əlaqədar MSK və DİN birgə layihəyə start verib
24-07-2024, 17:49
Tələbə köçürülməsi üçün şərtlər açıqlandı
24-07-2024, 17:34
Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
24-07-2024, 17:00
İki sərhədçimiz yaralandı.
24-07-2024, 00:36
Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru öz ərizəsi ilə vəzifəsindən azad edilib
23-07-2024, 20:42
Ramiz Zeynalova yeni müavin təyin edildi
23-07-2024, 20:29
Şuşadan mühüm çağırışlar və mesajlar
23-07-2024, 18:07
Ermənistanın verdiyi mina xəritələri tamamilə yararsızdır
23-07-2024, 00:03
ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir - Dövlət Departamenti
22-07-2024, 23:59
Azərbaycana birbaşa reyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır - Nazir
22-07-2024, 23:43
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris Olimpiadasında ölkəmizi təmsil edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb
22-07-2024, 23:39
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür!
22-07-2024, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
22-07-2024, 20:19
Etibarlı tərəfdaş
22-07-2024, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
22-07-2024, 02:13
Mətbuat elin aynasıdır
22-07-2024, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
21-07-2024, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
21-07-2024, 13:51
DYP-dən sürücülərə - Müraciət
21-07-2024, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.