Dünyaya verilən barış və anlaşma mesajı
Gündəm / Siyasət
Oxunub: 84
10 июн 2024 | 12:23

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.

Bakı Enerji Həftəsi dünya ictimaiyyəti üçün vacib əhəmiyyətə malik olan bir tədbirdir. 30 ildir ki, keçirilən bu tədbir sadəcə ötən illərdə əldə edilən ugurları, nailiyyətləri ifadə etmir, eyni zamanda sənaye sektorunu və dünyanı şəkilləndirəcək gələcək nailiyyətlər üçün körpü rolunu oynayır.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edərək ötən 30 il ərzində görülən böyük işlərdən, əldə olunan uğurlardan, nailiyyətlərdən, eyni zamanda dövlətimizin dünyanın enerji xəritəsinin formalaşmasında oynadığı rolun əhəmiyyətindən bəhs edib. Ölkə başçısı çıxışında 30 il bundan öncə Azərbaycanın yenicə müstəqilliyini bərpa etdiyini xatırladıb, o dövrdə ölkəmizin düşdüyü ağır vəziyyətindən söhbət açıb.

“Ermənistanın təcavüzü və torpaqlarımızın iyirmi faizinin işğal edildiyini”-söyəyən Prezident , həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə ölkəmizin bəlkə də dünyada birinci yerdə olduğunu, ölkəmizin humanitar fəlakətlə üzləşdiyini, işğal, eyni zamanda da daxili münaqişələr, vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma apardığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev Xəzər Neft və Qaz Sərgisinin 1994-cü ildə fəaliyyətə başladığını və Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını, o vaxtdan bu günə qədər bu tədbirin daha əhəmiyyətli tədbirə çevrildiyini bildirib.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdığını, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanması ölkənin transformasiyasında dönüş nöqtəsi olduğunu bildirib.

“Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik”- deyən Prezident İlham Əliyev qeyd edib ki, məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq.

Ölkə başçısı iqlim dəyişikliyi ilə mübarizənin və bu məqsədlə yaşıl enerjiyə keçidin ölkəmizin əsas prioritet hədəflərindən biri olduğunu qeyd edib.

Prezident Ilham Əliyev “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq. Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır ” - deyərək dünyaya bir çox əhəmiyyətli barış və anlaşma mesaj verib.

Dövlətimizin başçısı 4 iyun tarixinin, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacağını, eyni zamanda bu günün qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə

də yadda qalacağını bildirib. Gələcəkdə planlaşdırılan layihələrdən söz açan Prezident İlham Əliyev hazırda iki layihənin işlənilməkdə olduğunu vurğulayıb. Ölkə başçısı onlardan birinin inşaat mərhələsində olduğu, digərinin tikintisinin isə tezliklə başlanacağını, bununla da Azərbaycanın bərpaolunan enerji potensialının 2 qiqavata yaxın olacağını diqqətə çatdırıb. “2027-ci ilədək Qarabağ və Şərqi Zəngəzurda 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir”- deyə Dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev çıxışında bu il noyabr ayında ölkəmizdə keçiriləcək beynəlxalq konfrans COP 29-a toxunaraq BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsinin heç də təsadüf olmadığını bildirib. “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır” - deyən Dövlətimizin başçısı Azərbaycanın proaktiv addımlar atdığını və hazırda tərəfdaşlarla birgə çalışdığını, BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etdiyini vurğulayıb. Ölkə başçısı onu da əlavə edib ki, Qoşulmama Hərəkatının keçmiş sədri qismində Azərbaycan 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışır . Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalandığını bildirən Prezident İlham Əliyev ölkəmizin hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işlədiyini, onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırdığını söyləyib.

“COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır ”- deyən ölkə başçısı vurğulayıb ki, Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədr
25-07-2024, 10:57
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
25-07-2024, 10:57
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
24-07-2024, 22:33
Göyçayda Veloyürüş keçirilib./Foto
24-07-2024, 17:55
Milli Məclisə seçkilərlə əlaqədar MSK və DİN birgə layihəyə start verib
24-07-2024, 17:49
Tələbə köçürülməsi üçün şərtlər açıqlandı
24-07-2024, 17:34
Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
24-07-2024, 17:00
İki sərhədçimiz yaralandı.
24-07-2024, 00:36
Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru öz ərizəsi ilə vəzifəsindən azad edilib
23-07-2024, 20:42
Ramiz Zeynalova yeni müavin təyin edildi
23-07-2024, 20:29
Şuşadan mühüm çağırışlar və mesajlar
23-07-2024, 18:07
Ermənistanın verdiyi mina xəritələri tamamilə yararsızdır
23-07-2024, 00:03
ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir - Dövlət Departamenti
22-07-2024, 23:59
Azərbaycana birbaşa reyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır - Nazir
22-07-2024, 23:43
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris Olimpiadasında ölkəmizi təmsil edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb
22-07-2024, 23:39
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür!
22-07-2024, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
22-07-2024, 20:19
Etibarlı tərəfdaş
22-07-2024, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
22-07-2024, 02:13
Mətbuat elin aynasıdır
22-07-2024, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
21-07-2024, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
21-07-2024, 13:51
DYP-dən sürücülərə - Müraciət
21-07-2024, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.