Ankarada Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
Gündəm / Hadisə
Oxunub: 10
10 июн 2024 | 22:30






İyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladılar.

Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulandı.

Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olundu.

Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirdi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul etdi.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Вчера, 22:45
Sabahın gününün havası açıqlanıb
Вчера, 22:32
"Kitab gətir,Kitab götür"
Вчера, 22:21
Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi
Вчера, 22:20
Taxıl sahələrinin 14,8 faizində biçin başa çatıb
Вчера, 22:06
Avropa çempionatının qalibi Laçın Vəliyevlə görüş keçirilib
Вчера, 21:58
Quş qripi xəstəliyinə qarşı keçirilmiş monitorinqlərin nəticələri açıqlanıb
Вчера, 21:56
İlkin istehsal sahələrində monitorinqlər aparılıb
Вчера, 21:53
Göyçayda Azərbaycan Respublikasının Xalq Artisti Valeh Kərimovun 80 illik yubileyi qeyd edilib
Вчера, 21:46
Sabah 102 120 məzun üçün “Son zəng” çalınacaq
Вчера, 20:18
15 İyun-Milli Qurtuluş Günü münasibətilə elmi – praktik konfrans keçirilib
Вчера, 15:11
15 iyun - Azərbaycanın xilas, qurtuluş tarixi
Вчера, 15:09
Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik etdi
Вчера, 15:08
İkitərəfli əlaqələrinin inkişafına böyük töhfə
Вчера, 14:47
Prezident İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib
Вчера, 14:27
DİN-dən “Son zəng”lə bağlı - Müraciət
12-06-2024, 22:45
Prezident İlham Əliyev 6 fərman imzaladı
12-06-2024, 21:58
Qardaşlıq tarixinin yeni mərhələsi - Şuşa Bəyannaməsi
12-06-2024, 19:49
Lisey və gimnaziyalara ərizə qəbulu başa çatır
12-06-2024, 19:00
Rayonun Yekəxana kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib
12-06-2024, 13:01
Rayon İcra Hakimiyyətinin başçısı Göyçayda idman zallarının fəaliyyəti ilə maraqlanıb
11-06-2024, 21:40
Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq
11-06-2024, 21:36
“Narkomaniyaya qarşı mübarizə”, “Dini radikalizim” və “Erkən nikah” mövzusunda tədbir keçirilib
11-06-2024, 21:31
Göyçayda yol qəzasında sürücü ölüb
11-06-2024, 21:29
Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu keçirilib
11-06-2024, 18:36
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib
11-06-2024, 18:25
Prezident İlham Əliyev Vladimir Putinə təbrik ünvanlayıb
11-06-2024, 18:19
Bizim ailəmiz Türk dünyasıdır