Bizim ailəmiz Türk dünyasıdır
Gündəm / Siyasət
Oxunub: 29
11 июн 2024 | 18:19


Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
Qəbulda çıxış edən Dövlətimzin başçısı TÜRKPA-nın növbəti plenar iclasının yaxşı nəticələr verəcəyinə əminəmliyini ifadə edib, belə toplantıların bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olduğunu bildirib. Ölkə başçısı əlavə edib ki, Bakı toplantısı da istisna olmayacaq.
“Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər”- deyən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin prioritet istiqamət kimi müəyyən olunduğunu vurğulayıb.
Dövlətimizin başçısı bir daha bildirib ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Cənab İlham Əliyev şad olduğunu ifadə edib ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.
Bir aydan sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Ölkə başçısı onun bu təşəbbüsünü dəstəklədiklərinə görə həmkarlarına təşəkkürünü bildirib. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacağını vurğulayan dövlət başçısı bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan proses olduğunu bildirib.
Çıxışında Azərbaycanın bu il COP29 konfransına ev sahibliyi edəcəyini xatırladan Prezident İlham Əliyev Bunun ölkəmiz üçün həm böyük məsuliyyət, həm də böyük şərəf olduğunu söyləyib. Dövlət başçısı eyni zamanda sözügedən qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etməyin böyük fayda verəcəyini bildirib.
Ölkə başçısı çıxışında, Zirvə görüşünün Şuşada keçirilməsinin böyük rəmzi məna daşıdığını bildirərək, bu gün işgaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq- bərpa işlərindən bəhs edib, qardaş ölkələr Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstanın təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başladığını, və bir necəsinin inşa ediləcəyini diqqətə çatdırıb. Prezident onu da qeyd edib ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.
Dövlətimizin başçısı azad edilmiş torpaqlarda artıq 4 şəhər və 4 kəndin bərpa edildiyini, keçmiş köçkünlərin oraya qayıtdığnı, yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşadığını və bu ilin sonuna qədər bu rəqəmin ən azı 20 minə çatacağını diqqətə çatdırıb. Ölkə başçısı Qarabağın, Şərqi Zəngəzurun dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkyini bildirib.
Prezident İlham Əliyev TÜRKPA-nın bugünkü toplantısının böyük əhəmiyyət daşıdığını, müzakirə ediləcək məsələlərin birliyi daha da gücləndirəcəyinə əminliyini söyləyib. “Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir”- deyən ölkə başçısı nəqliyyat yollarının, enerji resurslarının, insan kapitalının, artan əhalinın, demoqrafik vəziyyətin müsbət olması böyük bir güc potensialı olduğunu vurğulayıb. Və qeyd edib ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirmək bizim vəzifəmizdir.


Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
25-07-2024, 10:57
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
25-07-2024, 10:57
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
24-07-2024, 22:33
Göyçayda Veloyürüş keçirilib./Foto
24-07-2024, 17:55
Milli Məclisə seçkilərlə əlaqədar MSK və DİN birgə layihəyə start verib
24-07-2024, 17:49
Tələbə köçürülməsi üçün şərtlər açıqlandı
24-07-2024, 17:34
Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
24-07-2024, 17:00
İki sərhədçimiz yaralandı.
24-07-2024, 00:36
Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru öz ərizəsi ilə vəzifəsindən azad edilib
23-07-2024, 20:42
Ramiz Zeynalova yeni müavin təyin edildi
23-07-2024, 20:29
Şuşadan mühüm çağırışlar və mesajlar
23-07-2024, 18:07
Ermənistanın verdiyi mina xəritələri tamamilə yararsızdır
23-07-2024, 00:03
ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir - Dövlət Departamenti
22-07-2024, 23:59
Azərbaycana birbaşa reyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır - Nazir
22-07-2024, 23:43
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris Olimpiadasında ölkəmizi təmsil edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb
22-07-2024, 23:39
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür!
22-07-2024, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
22-07-2024, 20:19
Etibarlı tərəfdaş
22-07-2024, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
22-07-2024, 02:13
Mətbuat elin aynasıdır
22-07-2024, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
21-07-2024, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
21-07-2024, 13:51
DYP-dən sürücülərə - Müraciət
21-07-2024, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.