“Narkomaniyaya qarşı mübarizə”, “Dini radikalizim” və “Erkən nikah” mövzusunda tədbir keçirilib
Gündəm / Hadisə
Oxunub: 105
11 июн 2024 | 21:36




Bu gün “Narkomaniyaya qarşı mübarizə”, “Dini radikalizim” və “Erkən nikah” mövzusunda tədbir keçirilib.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Narkomaniyaya qarşı mübarizə”, “Dini radikalizim” və “Erkən nikah” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Müqalib Abdıyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Göyçay Regional şöbəsinin əməkdaşı Əzim Rəfiyev, rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Tofiq Əzizov iştirak edib.
Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Kollecin direktoru Samir Dadaşov çıxış edərək günümüzdə bu təhlükəli təzahürlərin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu vurğuladı.
Narkomaniyaya qarşı mübarizə mövzusunda çıxış edən Göyçay RPŞ-nin rəisi polis polkovniki Müqalib Abdıyev narkomaniya ilə mübarizdə hər bir vətəndaşın fəallıq göstərməli olduğunu, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin artırılmasının vacibliyini qeyd etdi.
Rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşı Tofiq Əzizov erkən nikahların törətdiyi fəsadlar mövzusunda çıxış edərək erkən nikahların mənfi təsirlərinin, fəsadlarının kifayət qədər olduğunu vurğuladı. Həmin hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaratdığını, bütün bunların həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklərə də səbəb olduğunu qeyd etdi.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Göyçay Regional şöbəsinin əməkdaşı Əzim Rəfiyev bildirdi ki, dini radikalizm dedikdə hər hansı bir dini etiqad çərçivəsində formalaşmış, sonradan isə həmin etiqadın təməl inancları ilə qarşılaşdırılaraq və onları tənqid atəşinə tutaraq ondan uzaqlaşmış ideologiya başa düşülür ki, gənclərlə bu mövzularda maarifləndirmə işləri mütəmadi olaraq aparılmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Сегодня, 00:03
ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir - Dövlət Departamenti
Вчера, 23:59
Azərbaycana birbaşa reyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır - Nazir
Вчера, 23:43
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris Olimpiadasında ölkəmizi təmsil edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb
Вчера, 23:39
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür!
Вчера, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
Вчера, 20:19
Etibarlı tərəfdaş
Вчера, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
Вчера, 02:13
Mətbuat elin aynasıdır
Вчера, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
21-07-2024, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
21-07-2024, 13:51
DYP-dən sürücülərə - Müraciət
21-07-2024, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.
19-07-2024, 19:21
İyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlandı
19-07-2024, 18:54
25 siyasi partiya seçkidə iştirak üçün müraciət edib
19-07-2024, 18:47
Azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılacaq - MSK sədri
19-07-2024, 11:10
Bu gün DİM GRE imtahanı keçirəcək
18-07-2024, 21:14
İlham Əliyev Oksfordda rəsmi ziyafətə qatıldı
18-07-2024, 20:27
Səyyar Gənclər Xidməti Göyçayda fəaliyyətini davam etdirir
17-07-2024, 19:48
Prezidentin Ağdam, Füzuli və Xocavənddəki xüsusi nümayəndəsinə müavin təyin olundu
17-07-2024, 19:42
Mətbuat işçilərinə verilən dəyər
17-07-2024, 01:39
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
17-07-2024, 01:28
YAP sabah siyahısın elan edəcək?
17-07-2024, 01:18
Prezidentdən İbrahim Məmmədovla bağlı - Sərəncam