Rayonun Yekəxana kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib
Gündəm / Hadisə
Oxunub: 60
12 июн 2024 | 19:00





Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun yaşayış məntəqələrində səyyar qəbul-görüşlərinin keçirilməsi mütəmadi olaraq davam etdirilir.

12 iyun 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Yekəxana kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.

Sonra Rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nicat Mahmudov çıxış edərək Yekəxana kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işlər barədə məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir neçəsi yerində həllini tapıb, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Сегодня, 23:43
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris Olimpiadasında ölkəmizi təmsil edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb
Сегодня, 23:39
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür!
Сегодня, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
Сегодня, 20:19
Etibarlı tərəfdaş
Сегодня, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
Сегодня, 02:13
Mətbuat elin aynasıdır
Сегодня, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
Вчера, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
Вчера, 13:51
DYP-dən sürücülərə - Müraciət
Вчера, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.
19-07-2024, 19:21
İyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlandı
19-07-2024, 18:54
25 siyasi partiya seçkidə iştirak üçün müraciət edib
19-07-2024, 18:47
Azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılacaq - MSK sədri
19-07-2024, 11:10
Bu gün DİM GRE imtahanı keçirəcək
18-07-2024, 21:14
İlham Əliyev Oksfordda rəsmi ziyafətə qatıldı
18-07-2024, 20:27
Səyyar Gənclər Xidməti Göyçayda fəaliyyətini davam etdirir
17-07-2024, 19:48
Prezidentin Ağdam, Füzuli və Xocavənddəki xüsusi nümayəndəsinə müavin təyin olundu
17-07-2024, 19:42
Mətbuat işçilərinə verilən dəyər
17-07-2024, 01:39
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
17-07-2024, 01:28
YAP sabah siyahısın elan edəcək?
17-07-2024, 01:18
Prezidentdən İbrahim Məmmədovla bağlı - Sərəncam
16-07-2024, 23:14
Göyçayda İcra başçısı növbəti vətəndaş qəbulu keçirib
16-07-2024, 21:28
Göyçayda könüllü qanvermə aksiyası təşkil edilmişdir