Qardaşlıq tarixinin yeni mərhələsi - Şuşa Bəyannaməsi
Gündəm / Siyasət
Oxunub: 33
12 июн 2024 | 21:58

15 iyun Azərbaycan və Türkiyə tarixində ən önəmli və strateji günlərdən biridir.
Dünyaya dostluğun, qardaşlığın, müttəfiqliyin nümunəsini nümayiş etdirən Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin 3 ili tamam olur. Bu üç il Azərbaycan-Türkiyə münasibətlərinin daha yüksələn xətlə inkişafı ilə diqqətdədir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər əlaqələrimizi daha da möhkəmləndirir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin olunması üçün geniş imkanlar açır. Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirləri bu tarixi qardaşlığın mahiyyətini açıq şəkildə ifadə edir: “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk”.
Azərbaycan və Türkiyə dost-qardaş ölkələr, xalqlarımız eyni soy-kökə mənsub qardaş xalqlardır. Ölkələrimiz, xalqlarımız hər zaman istər yaxşı gün olsun, istərsə də çətin günlərdə bir-birinin yanında olublar. İkinci Qarabağ müharibəsi zamanı da bütün dünya bu birliyin, bu həmrəyliyin şahidi oldu. Müharibənin ilk saatlarından Türkiyə prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi və bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan dairələri qarşısına aldı. Vətən müharibəsində qazandığımız Zəfər yeni reallıqlar yaratdı və qardaş Türkiyə ilə münasibətlər də yeni bir mərhələyə qədəm qoydu. Bu yeni mərhələnin əsasını isə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə təşkil edir.
Üç il öncə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması postmünaqişə dövrünün əsas siyasi hadisələrindən biridir və prezident İlham Əliyevin diplomatik zəfəri kimi ciddi geostrateji əhəmiyyət kəsb edir.
Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu və bu, ölkələrimiz arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Şuşa Bəyannaməsini ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın yeni tarixi mərhələsi də adlandırmaq mümkündür. Həmçinin Bəyannamə Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.
Bəyannamənin siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı, sənəddə ölkələrimizin siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərinin təşviq edən müddəaların yer alması xüsusi önəm kəsb edir. Vacib məqamlardan biri də budur ki, Şuşa Bəyannaməsi işğaldan azad edilmiş ərazilərə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmaqla, regionun artan investisiya potensialı əsasında yeni iqtisadi münasibətlərin formalaşmasına yol açır. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Hər bir sahədə olduğu kimi azad edilmiş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Yeni yaranmış geosiyasi reallıqlar isə bütün regionun və qlobal baxımdan bütün Avrasiya məkanı ölkələrinin maraqlarına cavab verir. O cümlədən Zəngəzur dəhliziböyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Həmçinin Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfədir. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Şuşa Bəyannaməsində diqqət çəkən məqamlardan biri də budur ki, sənəddə hərbi və təhlükəsizlik sahələrində birgə fəaliyyət təşviq edilir. Başqa sözlə desək iki qardaş ölkədən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya təhlükəsizliyinə qarşı hər hansı xarici qüvvələr tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur.
Bəyannamədə bir çox məsələlər öz əksini tapır. Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır. Aydındır ki, bu mühüm tarixi sənəd ilk növbədə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.
Beləliklə, imzalanmasının üçüncü ildönümündə görünən odur ki, bu gün Şuşa Bəyannaməsi güclənən Azərbaycan-Türkiyə qardaşlığını, daimi birliyini bütün dünyaya bildirən mesaj olmaqla bərabər, həm də regionun təhlükəsizliyini ehtiva edən keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Сегодня, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
Сегодня, 20:19
Etibarlı tərəfdaş
Сегодня, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
Сегодня, 02:13
Mətbuat elin aynasıdır
Сегодня, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
Вчера, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
Вчера, 13:51
DYP-dən sürücülərə - Müraciət
Вчера, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.
19-07-2024, 19:21
İyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlandı
19-07-2024, 18:54
25 siyasi partiya seçkidə iştirak üçün müraciət edib
19-07-2024, 18:47
Azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılacaq - MSK sədri
19-07-2024, 11:10
Bu gün DİM GRE imtahanı keçirəcək
18-07-2024, 21:14
İlham Əliyev Oksfordda rəsmi ziyafətə qatıldı
18-07-2024, 20:27
Səyyar Gənclər Xidməti Göyçayda fəaliyyətini davam etdirir
17-07-2024, 19:48
Prezidentin Ağdam, Füzuli və Xocavənddəki xüsusi nümayəndəsinə müavin təyin olundu
17-07-2024, 19:42
Mətbuat işçilərinə verilən dəyər
17-07-2024, 01:39
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
17-07-2024, 01:28
YAP sabah siyahısın elan edəcək?
17-07-2024, 01:18
Prezidentdən İbrahim Məmmədovla bağlı - Sərəncam
16-07-2024, 23:14
Göyçayda İcra başçısı növbəti vətəndaş qəbulu keçirib
16-07-2024, 21:28
Göyçayda könüllü qanvermə aksiyası təşkil edilmişdir
16-07-2024, 16:18
Bu gün Göyçaylı Şəhid Polkovnik-leytenant Vidadi Xəlilovun mövludu qeyd edildi./Foto
16-07-2024, 13:38
Azərbaycan-Pakistan münasibətlərində yeni mərhələ