Quş qripi xəstəliyinə qarşı keçirilmiş monitorinqlərin nəticələri açıqlanıb
Gündəm / Hadisə
Oxunub: 27
13 июн 2024 | 21:58


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu il mayın 13-17-də respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinq epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarında su-bataqlıq sahələrini və dənizsahili zonaları əhatə edib.

Həmin ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkarlanması məqsədilə ovlanmış 48 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.

Monitorinq çərçivəsində Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron, Xızı, İsmayıllı, Tərtər, Tovuz, Siyəzən, Şabran, Xaçmaz, Göyçay, Sabirabad, Şəki və Hacıqabul rayonlarındakı 25 sənaye əsaslı quşçuluq müəssisəsindən 250 baş, habelə Bakı şəhəri, Abşeron, Ağcabədi, Şabran, Lənkəran və Salyan rayonlarına aid, ümumilikdə, 180 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 324 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində yüksək patogen quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Qeyd edək ki, ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.

Əlavə olaraq, monitorinqlərin aparıldığı dövrdə təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb və həmin xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.
Сегодня, 23:43
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris Olimpiadasında ölkəmizi təmsil edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb
Сегодня, 23:39
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür!
Сегодня, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
Сегодня, 20:19
Etibarlı tərəfdaş
Сегодня, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
Сегодня, 02:13
Mətbuat elin aynasıdır
Сегодня, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
Вчера, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
Вчера, 13:51
DYP-dən sürücülərə - Müraciət
Вчера, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.
19-07-2024, 19:21
İyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlandı
19-07-2024, 18:54
25 siyasi partiya seçkidə iştirak üçün müraciət edib
19-07-2024, 18:47
Azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılacaq - MSK sədri
19-07-2024, 11:10
Bu gün DİM GRE imtahanı keçirəcək
18-07-2024, 21:14
İlham Əliyev Oksfordda rəsmi ziyafətə qatıldı
18-07-2024, 20:27
Səyyar Gənclər Xidməti Göyçayda fəaliyyətini davam etdirir
17-07-2024, 19:48
Prezidentin Ağdam, Füzuli və Xocavənddəki xüsusi nümayəndəsinə müavin təyin olundu
17-07-2024, 19:42
Mətbuat işçilərinə verilən dəyər
17-07-2024, 01:39
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
17-07-2024, 01:28
YAP sabah siyahısın elan edəcək?
17-07-2024, 01:18
Prezidentdən İbrahim Məmmədovla bağlı - Sərəncam
16-07-2024, 23:14
Göyçayda İcra başçısı növbəti vətəndaş qəbulu keçirib
16-07-2024, 21:28
Göyçayda könüllü qanvermə aksiyası təşkil edilmişdir