Taxıl sahələrinin 14,8 faizində biçin başa çatıb
Gündəm / İqtisadiyyat
Oxunub: 30
13 июн 2024 | 22:20




Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, artıq payızlıq əkin sahələrinin 14,8 faizində biçin başa çatıb.

Artıq 149.240 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 417.761 ton arpa, 18.305 ton buğda yığılıb. Arpa sahələrinin 33,1 faizində, buğda sahələrinin isə 1 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,1 sentner, buğda üzrə isə 33,4 sentner təşkil edir.

Hazırda intensiv biçin prosesi əsasən Neftçala, Biləsuvar, Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Salyan, Samux rayonları ərazisində aparılır. Bu rayonlardan Neftçala, Ucar, Biləsuvar və Salyanda biçin səviyyəsi 40 faizi keçib.

İyunun 12-də respublika üzrə biçin prosesində 1230 kombayn iştirak edib. Bunlardan 716 kombayn fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 514 kombayn cəlb edib.

“Aqroservis” ASC bu mövsüm taxıl biçininə 656 kombayn cəlb etməyi planlaşdırır. Ümumilikdə isə kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.

“Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
Вчера, 23:59
Azərbaycana birbaşa reyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır - Nazir
Вчера, 23:43
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris Olimpiadasında ölkəmizi təmsil edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb
Вчера, 23:39
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür!
Вчера, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
Вчера, 20:19
Etibarlı tərəfdaş
Вчера, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
Вчера, 02:13
Mətbuat elin aynasıdır
Вчера, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
21-07-2024, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
21-07-2024, 13:51
DYP-dən sürücülərə - Müraciət
21-07-2024, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.
19-07-2024, 19:21
İyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlandı
19-07-2024, 18:54
25 siyasi partiya seçkidə iştirak üçün müraciət edib
19-07-2024, 18:47
Azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılacaq - MSK sədri
19-07-2024, 11:10
Bu gün DİM GRE imtahanı keçirəcək
18-07-2024, 21:14
İlham Əliyev Oksfordda rəsmi ziyafətə qatıldı
18-07-2024, 20:27
Səyyar Gənclər Xidməti Göyçayda fəaliyyətini davam etdirir
17-07-2024, 19:48
Prezidentin Ağdam, Füzuli və Xocavənddəki xüsusi nümayəndəsinə müavin təyin olundu
17-07-2024, 19:42
Mətbuat işçilərinə verilən dəyər
17-07-2024, 01:39
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
17-07-2024, 01:28
YAP sabah siyahısın elan edəcək?
17-07-2024, 01:18
Prezidentdən İbrahim Məmmədovla bağlı - Sərəncam
16-07-2024, 23:14
Göyçayda İcra başçısı növbəti vətəndaş qəbulu keçirib