Son Xəbərlər
15:06  Avtoqəza ölən və yaralanan var.  14:45  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Xəmsə" Milli İntellektual Oyunu keçirilib.  13:35  Göyçayda Ümummilli Lider Heydər Əliyevin 98-ci ildönümü münasibətilə konfrans keçirilib  13:17  Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib  13:13  Operativ Qərargah brifinq keçirib  12:21  Göyçayda "Dəmir yumruq” sənədli filmi nümayiş olundu  18:36  Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilib  18:33  DYP küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib  17:51  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar  17:49  Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb  17:47  Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub  17:35  Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov  16:36  Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib  16:34  Putinlə Ərdoğan Qarabağı müzakirə edib  15:51  Çıxıblar yenə də dizə - LALƏLƏR  15:05  " 10 may Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günüdür" mövzusunda mühazirə ilə çıxış etmişdir.  14:47  TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirdi  14:03  Prezident İlham Əliyev: Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir  13:00  Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib  12:45  Rayonda silsilə oğurluqlar edən şəxs tutulub 
Bu gün, 15:06
Avtoqəza ölən və yaralanan var.
Bu gün, 14:45
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Xəmsə" Milli İntellektual Oyunu keçirilib.
Bu gün, 13:35
Göyçayda Ümummilli Lider Heydər Əliyevin 98-ci ildönümü münasibətilə konfrans keçirilib
Bu gün, 13:17
Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib
Bu gün, 13:13
Operativ Qərargah brifinq keçirib
Bu gün, 12:21
Göyçayda "Dəmir yumruq” sənədli filmi nümayiş olundu
Dünən, 18:36
Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilib
Dünən, 18:33
DYP küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Dünən, 17:51
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Dünən, 17:49
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Dünən, 17:47
Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub
Dünən, 17:35
Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov
Dünən, 16:36
Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib
Dünən, 16:34
Putinlə Ərdoğan Qarabağı müzakirə edib
Dünən, 15:51
Çıxıblar yenə də dizə - LALƏLƏR
Dünən, 15:05
" 10 may Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günüdür" mövzusunda mühazirə ilə çıxış etmişdir.
Dünən, 14:47
TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirdi
Dünən, 14:03
Prezident İlham Əliyev: Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir
Dünən, 13:00
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib
Dünən, 12:45
Rayonda silsilə oğurluqlar edən şəxs tutulub
4-05-2021, 20:18
Yeni sabah sabahını google də axrarıb özünə reytinq yığaraq, yalan, böhtan paylaşır
4-05-2021, 15:29
Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb - SƏRƏNCAM
4-05-2021, 15:20
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
4-05-2021, 15:18
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-dən aşağı düşdü
4-05-2021, 15:13
Su obyektlərinə qanunsuz müdaxilələr çoxalıb - ETSN
4-05-2021, 15:07
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
4-05-2021, 15:01
Məhərrəm Əliyev və Elçin Quliyev DSX-nın “Qubadlı” sərhəd divi­zi­yasının bölmələ­rində olub
Tarix:13 apr 05:34 Bölmə:xeberler, siyaset

Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir

Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir

2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində Azərbaycan xalqı növbəti dəfə öz liderinin yanında oldu. Belə ki, İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Dövlət başçımızın son üçillik prezidentlik dövrünün bəzi xarakterik məqamlarına nəzər salsaq, görərik ki, bu dövr Prezident İlham Əliyevin liderlik dönəminin ən gərgin və ən zəngin mərhələsi olub. Ən əsası isə Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin milli maraqları son üç ildə də Prezident İlham Əliyevin siyasi xəttinin mərkəzini təşkil edib.

Bu müddətdə ölkəmizin hər sahəsində dinamik inkişaf, sabitlik və əmin-amanlıq hökm sürüb, bütün beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Öz fəaliyyətində daim xalqın dəstəyinə güvənən Prezident İlham Əliyev hər zaman xalqla təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların öz dilindən dinləyir. Xatırlayırsınızsa, 2019-cu il fevralın 5-i və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələlər bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan vurmuşdu. Hadisədən dərhal sonra dövlətimizin başçısı vəziyyətlə yerində tanış olaraq vətəndaşlarla görüş keçirdi, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq Sərəncam imzalandı və bunun üçün Prezidentin Ehtiyat Fondundan müvafiq vəsait ayrıldı. Nəticədə dağılan bir sıra evlər ən qısa zamanda əsaslı şəkildə təmir edildi və sakinlərə təqdim olundu.

Böyük zəfərin əsasını təşkil edən Xalq-Ali Baş Komandan birliyi

Eyni zamanda, dövlətimizin başçısının paytaxtda və bölgələrimizdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar saysız-hesabsızdır.

Bütün bunlar göstərdi ki, Azərbaycanda xalq-iqtidar birliyi özünün ən yüksək mərhələsindədir. 44 günlük Vətən müharibəsi də xalqımızın öz Prezidentinin ətrafında necə sıx birləşdiyini nümayiş etdirdi. Müharibənin ilk günlərindən xalqımız birmənalı şəkildə öz Prezidentinə və Ordusuna arxalandı və hər kəs tarixi Qələbənin əldə olunması üçün səfərbər oldu. Nəticədə 30 il həsrətini çəkdiyimiz torpaqlar işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Əlbəttə ki, Ordumuzun böyük zəfərinin əsasını Xalq-Ali Baş Komandan birliyi təşkil etdi.

Həm mühjaribədən əvvəl, həm də müharibədən sonra Prezident İlham Əliyev sosial məsələlərin həllinə çox böyük diqqət ayırıb. Son üç ildə əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. Hazırda işsizlik 5 faiz səviyyəsindədir. Əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən işlərin nəticəsi olaraq, 2019-cu ilin aprelində xalqımız on milyonuncu sakinin dünyaya gəlişini bayram etdi. Təbii ki, bütün bunlar ulu öndər Heydər Əliyevin ideyalarına söykənən, böyük uzaqgörənliklə həyata keçirilən siyasətin nəticəsidir.

Uğurlu sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahını yaxşılaşdırdı

Dövlətimizin başçısı 2018-ci il aprelin 18-də parlamentdə keçirilən andiçmə mərasimində çıxış edərək demişdi: "Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır". Həqiqətən də növbəti üç il ərzində Prezident İlham Əliyev müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də çox ciddi addımlar atdı. Sosial inqilab xarakteri alan bu fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum aylıq əməkhaqqı, pensiyalar artırıldı. Uğurlu sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına şərait yaratdı.

Bir məqamı da xüsusi vurğulayaq ki, 2018-ci ildə seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı idi. 2019-cu il 28 yanvar tarixli daha bir Fərmanla isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi daha da genişləndirilmiş oldu.

Problemli kredit məsələsi aradan qaldırıldı

Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən müddət ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Dövlətimizin başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Daha bir Sərəncamla isə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da 500 mindən çox məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət etdi. Həmçinin, 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu.

Təbii ki, bütün dünya üçün bir sınaq olan COVID-19 pandemiyası dövründə də dövlətimizin başçısı tərəfindən vətəndaşlarımızın sağlamlığının qorunması, sosial problemlərinin həlli istiqamətində mühüm qərarlar qəbul edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Həmçinin, koronavirusa yoluxmuş şəxslərin müalicəsinin aparılması üçün modul tipli xəstəxanalar inşa edildi, bu xəstələri müalicə edən həkimlərin maaşları artırıldı və digər vacib addımlar atıldı.

İslahatlar cəmiyyətimiz tərəfindən çox müsbət qarşılandı

Son 3 ildə Azərbaycanın dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində də böyük uğurlara imza atılıb. Dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Ötən müddət ərzində ölkəmizdə ciddi kadr islahatları da aparıldı. Prezident Administrasiyasında, Nazirlər Kabinetində və nazirliklərdə, yerli icra orqanlarında aparılan islahatlar cəmiyyətimiz tərəfindən çox müsbət qarşılandı və bunun müsbət nəticələri artıq müşahidə edilməkdədir.
Qısa müddətdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində qazanılan bu uğurlar həm də dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunmasına xidmət edir.

Təbii ki, bu gün Azərbaycan müstəqil və tarazlaşdırılmış xarici siyasəti ilə də beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir. Ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin artıq tarixə qovuşması ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu daha da möhkəmləndirdi. Ötən üç il ərzində həllini tapan əsas məsələlərdən biri də Xəzərin hüquqi statusunun müəyyənləşməsi oldu. 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı çərçivəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu sənəd həm də Xəzəryanı ölkələrlə çox sıx və bərabərhüquqlu münasibətlərə malik Azərbaycan üçün yeni əməkdaşlıq perspektivləri açdı.

Dünya Azərbaycan Prezidentinin təşəbbüslərini təqdir edir

2018-ci ilin iyulunda dövlətimizin başçının Brüsselə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanması da mühüm tarixi əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir. Digər tərəfdən ötən ilin sonlarında istifadəyə verilən Cənub Qaz Dəhlizi də Azərbaycanın beynəlxalq əməkdaşlıq istiqamətində atdığı mühüm addımlardan biri kimi yüksək qiymətə layiqdir. Belə ki, Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır və beləliklə, ölkəmizin təşəbbüsü ilə reallaşan daha bir qlobal əhəmiyyətli layihə uğurla həyata keçirildi.

Koronavirusla əlaqədar dünyanın ağır böhranla üz-üzə olduğu bir zamanda məntiqə, əsaslı arqumentlərə söykənən təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev bütün dünyanı əməkdaşlığa, həmrəyliyə çağıraraq əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi, yalnız birgə atılan addımlarla bu sınaqdan üzüağ çıxmağın mümkünlüyünü vurğuladı. Azərbaycan Prezidenti sədri olduğu Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə Zirvə görüşlərini təşkil etdi və belə ağır məqamda sıx əməkdaşlığın zəruriliyini ifadə etdi. Dövlətimizin başçısının təşəbbüsü ilə, həmçinin BMT Baş Assambleyasının COVID-lə bağlı xüsusi sessiyası keçirildi.

Təsüdüfi deyil ki, bu gün dünya ölkələri, türk və İslam dünyası, eləcə də beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinin təşəbbüslərini təqdir edir və onu yüksək qiymətləndirirlər.
Oxunub: 27