Son Xəbərlər
16:44  Sabah 25 dərəcəyədək isti olacaq  15:06  Avtoqəza ölən və yaralanan var.  14:45  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Xəmsə" Milli İntellektual Oyunu keçirilib.  13:35  Göyçayda Ümummilli Lider Heydər Əliyevin 98-ci ildönümü münasibətilə konfrans keçirilib  13:17  Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib  13:13  Operativ Qərargah brifinq keçirib  12:21  Göyçayda "Dəmir yumruq” sənədli filmi nümayiş olundu  18:36  Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilib  18:33  DYP küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib  17:51  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar  17:49  Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb  17:47  Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub  17:35  Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov  16:36  Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib  16:34  Putinlə Ərdoğan Qarabağı müzakirə edib  15:51  Çıxıblar yenə də dizə - LALƏLƏR  15:05  " 10 may Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günüdür" mövzusunda mühazirə ilə çıxış etmişdir.  14:47  TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirdi  14:03  Prezident İlham Əliyev: Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir  13:00  Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib 
Bu gün, 16:44
Sabah 25 dərəcəyədək isti olacaq
Bu gün, 15:06
Avtoqəza ölən və yaralanan var.
Bu gün, 14:45
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Xəmsə" Milli İntellektual Oyunu keçirilib.
Bu gün, 13:35
Göyçayda Ümummilli Lider Heydər Əliyevin 98-ci ildönümü münasibətilə konfrans keçirilib
Bu gün, 13:17
Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib
Bu gün, 13:13
Operativ Qərargah brifinq keçirib
Bu gün, 12:21
Göyçayda "Dəmir yumruq” sənədli filmi nümayiş olundu
Dünən, 18:36
Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilib
Dünən, 18:33
DYP küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Dünən, 17:51
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Dünən, 17:49
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Dünən, 17:47
Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub
Dünən, 17:35
Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov
Dünən, 16:36
Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib
Dünən, 16:34
Putinlə Ərdoğan Qarabağı müzakirə edib
Dünən, 15:51
Çıxıblar yenə də dizə - LALƏLƏR
Dünən, 15:05
" 10 may Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günüdür" mövzusunda mühazirə ilə çıxış etmişdir.
Dünən, 14:47
TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirdi
Dünən, 14:03
Prezident İlham Əliyev: Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir
Dünən, 13:00
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib
Dünən, 12:45
Rayonda silsilə oğurluqlar edən şəxs tutulub
4-05-2021, 20:18
Yeni sabah sabahını google də axrarıb özünə reytinq yığaraq, yalan, böhtan paylaşır
4-05-2021, 15:29
Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb - SƏRƏNCAM
4-05-2021, 15:20
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
4-05-2021, 15:18
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-dən aşağı düşdü
4-05-2021, 15:13
Su obyektlərinə qanunsuz müdaxilələr çoxalıb - ETSN
4-05-2021, 15:07
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Tarix:13 apr 05:46 Bölmə:xeberler, cemiyyet

25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 15-16 aprel 2021-ci il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək

Mərkəzdən verilən məlumata görə, imtahanlar respublikanın 25 şəhər və rayonunda təşkil olunacaq. İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 5-dən etibarən çap edib götürə bilirlər.

İmtahanlar 15-16 aprel tarixlərində respublikanın 25 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 115 imtahan binası, 2001 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 115 ümumi imtahan rəhbəri, 334 imtahan rəhbəri, 2490 nəzarətçi-müəllim, 230 buraxılışı rejimi əməkdaşı (mühafizə), 115 bina nümayəndəsi ayrılıb.

Aprelin 15-də keçiriləcək imtahanlarda 8124, aprelin 16-da keçiriləcək imtahanlarda isə 18367 nəfər olmaqla, ümumilikdə 26491 şagirdin iştirakı nəzərdə tutulur.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.
Oxunub: 35