Son Xəbərlər
09:45  Prezident İlham Əliyev BMT Baş katibinə məktub göndərib  09:42  Azərbaycan və Misir XİN arasında məsləhətləşmələr keçirilib  09:39  Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi  09:37  Azərbaycanda yeni fond yaradılır  09:36  Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayır  09:33  Toz dumanı həftənin sonuna qədər davam edəcək  09:31  Türkiyədə turizm sektoru tədricən bərpa olunur - Nazirlik  09:28  COVID-19 virusu insan psixologiyasına necə təsir edir?  09:26  Əlilliklə bağlı yeni qaydalar gələn ildən qüvvəyə minəcək - Parlament təsdiqlədi  09:15  Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır - XİN  09:13  Şadlıq sarayları iyunun 26-dan portalda qeydiyyatdan keçməlidir  09:10  50-dən çox şəxsin iştirak etdiyi mərasimlərdə COVID pasportu tələb olunacaq  09:06  Milli Məclisin növbədənkənar iclası başladı  19:54  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi qeyd olundu  19:51  Rayonun Çərəkə kəndində şəhid Paşa Salamovun xatirəsinə inşa olunan bulağın açılışı olub  10:24  Heydər Əliyev parkında “Nizami Gəncəvi ili” çərçivəsində "Nizami Gəncəvi-880" mövzusunda tədbir keçirilib  10:04  Goranboyda yol tikintisinə 13,5 milyon manat yarılıb - SƏRƏNCAM  10:03  Azərbaycan və Qazaxıstan arasında COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq - Nazir  09:59  Azərbaycanla Qazaxıstan arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub - Muxtar Tleuberdi  09:55  Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da gərginləşdirir - Azərbaycan XİN rəhbəri 
Bu gün, 09:45
Prezident İlham Əliyev BMT Baş katibinə məktub göndərib
Bu gün, 09:42
Azərbaycan və Misir XİN arasında məsləhətləşmələr keçirilib
Bu gün, 09:39
Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi
Bu gün, 09:37
Azərbaycanda yeni fond yaradılır
Bu gün, 09:36
Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayır
Bu gün, 09:33
Toz dumanı həftənin sonuna qədər davam edəcək
Bu gün, 09:31
Türkiyədə turizm sektoru tədricən bərpa olunur - Nazirlik
Bu gün, 09:28
COVID-19 virusu insan psixologiyasına necə təsir edir?
Bu gün, 09:26
Əlilliklə bağlı yeni qaydalar gələn ildən qüvvəyə minəcək - Parlament təsdiqlədi
Bu gün, 09:15
Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır - XİN
Bu gün, 09:13
Şadlıq sarayları iyunun 26-dan portalda qeydiyyatdan keçməlidir
Bu gün, 09:10
50-dən çox şəxsin iştirak etdiyi mərasimlərdə COVID pasportu tələb olunacaq
Bu gün, 09:06
Milli Məclisin növbədənkənar iclası başladı
Dünən, 19:54
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi qeyd olundu
Dünən, 19:51
Rayonun Çərəkə kəndində şəhid Paşa Salamovun xatirəsinə inşa olunan bulağın açılışı olub
Dünən, 10:24
Heydər Əliyev parkında “Nizami Gəncəvi ili” çərçivəsində "Nizami Gəncəvi-880" mövzusunda tədbir keçirilib
Dünən, 10:04
Goranboyda yol tikintisinə 13,5 milyon manat yarılıb - SƏRƏNCAM
Dünən, 10:03
Azərbaycan və Qazaxıstan arasında COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq - Nazir
Dünən, 09:59
Azərbaycanla Qazaxıstan arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub - Muxtar Tleuberdi
Dünən, 09:55
Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da gərginləşdirir - Azərbaycan XİN rəhbəri
Dünən, 09:53
İnanırıq ki, Ermənistan hakimiyyəti böhrandan düzgün nəticə çıxaracaq - Ceyhun Bayramov
Dünən, 09:50
Sabah temperatur 40 dərəcəni keçəcək
Dünən, 09:40
Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin müavinini qəbul edib
Dünən, 07:03
Azərbaycana yay fəsli daxil olub
20-06-2021, 19:57
Bu gün peyvənd vurulanların sayı açıqlandı
20-06-2021, 19:56
Seçkilərin ilkin rəsmi nəticəsi açıqlandı:
20-06-2021, 16:48
Qazi adından istifadə edən "Meydan tv" kanalının təxribatı baş tutmadı(video)
Tarix:03 may 17:42 Bölmə:xeberler, cemiyyet

3 May Ümumdünya Mətbuat Azadlığı Günü üçün medianın durumu

3 May Ümumdünya Mətbuat Azadlığı Günü üçün medianın durumu

Bu gün 3 May Ümumdünya Mətbuat Azadlığı Günüdür. Ənənəvi olaraq söz, ifadə, media azadlığının mövcud durumu, inkişaf perspektivləri müzakirəyə çıxarılıb.

Senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad edilməsi, təzyiqlərə, təhdidlərə məruz qalan, cəzalandırılan jurnalistlərin məsələsi diqqət mərkəzindədir.

Avropa Jurnalistlər Federasiyasının hazırladığı hesabata görə, qeyd edilən istiqamətlər üzrə qlobal səviyyədə neqativ istiqamətdə dəyişmə halları son 1 il ərzində də davam edib.

Qlobal səviyyədə müşahidə edilən bu prosesdə ən narahatedici məqam odur ki, pisə doğru dəyişmə tendensiyası son illərdə dünyanın ən mədəni, ən demokratik hesab olunan parçasını – Avropanı da əhatə edib.

AJF-nin 3 may günü ilə bağlı hazırladığı məruzədə göstərilir ki, 2020-21-ci illərdə Avropa məkanında media azadlığının çox ciddi şəkildə pisləşməsi davam edib. Qeyd edilib ki, bu məkanda söz, ifadə, media azadlığı sahəsində müşahidə edilən neqativ tendensiyaların qarşısını almaq üçün 2015-ci ildə 14 beynəlxalq təşkilat öz gücünü birləşdirib, Avropa Şurası nəzdində “Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platforması”nı yaradıb.

Onlar koordinasiya edilmiş formada fəaliyyət göstərməklə prosesi durdurmağa çalışıblar. Amma hələ ki, buna nail olunmayıb, əksinə, neqativə doğru dəyişmə tendensiyası daha da artıb.

Nümunə üçün Avropa məkanında media azadlığı üzrə son 5 il müddətində baş verən hadisələrin müqayisəsi verilib.

Yaxın təqvimdə – 2021-ci ilin aprel ayında 2 ispan jurnalistin qətlə yetirilməsinə istinad edilərək qeyd olunur ki, son 5 il müddətində Avropa Birliyinə daxil olan ölkələrdə fəaliyyətinə görə 31 nəfər jurnalist qətlə yetirilib.

Avropa Şurasına üzv olan ölkələr sırasında isə qətlə yetirilən jurnalistlərin sayı 41 nəfərdir.

Hazırda dünyada 238 nəfər jurnalist həbsdədir ki, onların da 91 nəfəri Avropanın payına düşür.

Təkcə son bir il ərzində dünyada jurnalistlərə qarşı 873 təhdid halı qeydə alınıb ki, bunlardan da 245-i Avropa ölkələrinin aktivinə yazılıb.

6 il öncə AŞ nəzdində platforma qurularkən, Avropa məkanında jurnalistlərə qarşı təqib, təzyiq və təhdid hallarının sayı 2021-ci ilin göstəricilərinə nisbətən 2 dəfə aşağı olub. Bu da onu göstərir ki, indi vəziyyət 2 dəfə pisləşib.

Maraqlıdır ki, jurnalistlərin fiziki şiddətdən ən çox təsirləndikləri ölkələr sırasında Rusiya ilə yanaşı İtaliya, Serbiya və İngiltərənin də adı göstərilir.

Təqib hallarının ən çox müşahidə olunduğu ölkələr sırasında isə Fransa, Sloveniya, Türkiyə, Ukrayna, Belarus və Polşanın adı qabardılır.

AJF 3 May Dünya Mətbuat Azadlığı Günü ərəfəsində Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçə müraciət edərək onun Avropa hökumətlərinə çağırış etməsini, “pisləşməyə son qoymaq, jurnalistləri və müstəqil jurnalistikanı qorumaq üçün daha güclü siyasi iradə göstərməsini” istəyib.
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) isə 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Azərbaycan mediası ilə əlaqədar daha çox diqqət çəkən tendensiyaları müəyyənləşdirib. Qeyd edilib ki, son bir il müddətində Azərbaycan media məkanı islahatlar prosesinin təsirində olub. Bu dövrdə diqqət çəkən tendensiyalar təsnifatlaşdırılıb:

– Dövlət və hökumət təmsilçilərinin sosial media müstəvisində aktivliyi, auditoriya ilə interaktiv münasibətləri, media ilə təmaslarını intensivləşdirdikləri diqqət çəkib. 2018-ci ildən etibarən müşahidə edilməyə başlayan bu tendensiya 2020-21-ci illərdə daha da sürətlənib.

– Bu dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həm milli, həm də transmilli media ilə canlı təmaslarının intensivləşməsi müşahidə edilib. Prezidentin köməkçiləri Hikmət Hacıyevin, Anar Ələkbərovun, MEDİA Agentliyinin direktoru Əhməd İsmayılovun media təmsilçiləri ilə görüşləri xarakterik hal alıb.

– 2020-ci ildə həyatın digər sahələri kimi, media təsisatları da COVID-19 pandemiyasının təsiri altında olub. Azərbaycanda 230 nəfər jurnalist COVID-19-a yoluxub, onlardan 10 nəfəri həyatını itirib.

– Azərbaycanda pandemiyanın mediaya təsirini azaltmaq üçün dövlət bir sıra addımlar atıb; “Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı media sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində mediaya dövlət dəstəyi göstərilib ki, bu da mediada iş yerlərinin qorunub saxlanması üçün stimul olub.

– Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran media qurumu yoxdur. Bununla yanaşı, iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan ixtisarlar, iş yeri itkisi ölkədə media çalışanlarının 4 faizini əhatə edib.

– 2020-ci ildə ümumrespublika yayımlı media qurumlarından 3-ü öz fəaliyyətini qismən dayandırıb və ya dövriliyini azaldıb. Bununla yanaşı, 2020-ci ildə təqribən 15 yeni onlayn media qurumu fəaliyyətə başlayıb.

– Azərbaycanda sərbəst çalışan (freelance ) jurnalistlərin fəaliyyətinin rəsmi qurumlar müstəvisində ilk dəfə tanınması halı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistləri adından ünvanladığı müraciəti nəzərə alaraq, sərt karantin rejimi dövründə fəaliyyətinə icazə verilən kateqoriyalar sırasına VÖEN əldə edib sərbəst çalışan jurnalistləri də daxil edib. Məlumat üçün bildirək ki, sərbəst çalışan jurnalistlərin sayı yüksək rəqəmlərlə ifadə olunsa da, Azərbaycanda onların fəaliyyətinin hüquqi tənzimlənməsi mövcud deyil.

– Adları beynəlxalq təşkilatların hesabatlarında “həbsdə olan jurnalistlər” kimi hallandırılan şəxslərdən 7 nəfəri 2020-21-ci illərdə Prezidentin əfv sərəncamları ilə sərbəst buraxılıblar və ya üzərlərindən şərti məhkumluq götürülüb. Bununla yanaşı, həbsdə olan jurnalistlər mövzusu sıfırlanmayıb. Xüsusi olaraq Polad Aslanovun, Əfqan Sadıqlının məhkumluğu üzrə məsələlər diqqət mərkəzində olub. Arzuediləndir ki, ölkənin media sferasında həyata keçirilən islahatlar fonunda bu məsələ birdəfəlik həll edilsin, həbsdə olan jurnalistlər birmənalı şəkildə azadlığa buraxılsın, Azərbaycanın adı bir daha bu məsələdə hallandırılmasın.

– Siyasi aktivliyin artdığı dönəmlərdə, ekstremal vəziyyətlərdə informasiya bolluğu yaratmaq, informasiyanın əlçatımlığını təmin etmək, media təmsilçilərinin uyğun dövlət orqanları ilə təmaslarının intensivləşdirilməsi üçün marağın da artdığı diqqət çəkib. Bu sırada 2020-ci ildə Milli Məclis seçkiləri zamanı aktivləşdirilən “Seçkilər” İnformasiya Mərkəzinin işini, COVID-19 pandemiyasına uyğun olaraq tətbiq edilən sərt karantin rejimi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah vasitəsilə keçirilən gündəlik brifinqləri, 44 günlük Vətən müharibəsi günlərində formalaşdırılan Hərbi İnformasiya Mərkəzinin fəaliyyətini göstərmək olar. Dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlərin keçirilməsi, jurnalistlərin suallarının operativ cavablandırılması göstərdi ki, informasiya ilə iş Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

MÜŞFİQ ƏLƏSGƏRLİ
Oxunub: 162