Son Xəbərlər
09:45  Prezident İlham Əliyev BMT Baş katibinə məktub göndərib  09:42  Azərbaycan və Misir XİN arasında məsləhətləşmələr keçirilib  09:39  Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi  09:37  Azərbaycanda yeni fond yaradılır  09:36  Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayır  09:33  Toz dumanı həftənin sonuna qədər davam edəcək  09:31  Türkiyədə turizm sektoru tədricən bərpa olunur - Nazirlik  09:28  COVID-19 virusu insan psixologiyasına necə təsir edir?  09:26  Əlilliklə bağlı yeni qaydalar gələn ildən qüvvəyə minəcək - Parlament təsdiqlədi  09:15  Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır - XİN  09:13  Şadlıq sarayları iyunun 26-dan portalda qeydiyyatdan keçməlidir  09:10  50-dən çox şəxsin iştirak etdiyi mərasimlərdə COVID pasportu tələb olunacaq  09:06  Milli Məclisin növbədənkənar iclası başladı  19:54  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi qeyd olundu  19:51  Rayonun Çərəkə kəndində şəhid Paşa Salamovun xatirəsinə inşa olunan bulağın açılışı olub  10:24  Heydər Əliyev parkında “Nizami Gəncəvi ili” çərçivəsində "Nizami Gəncəvi-880" mövzusunda tədbir keçirilib  10:04  Goranboyda yol tikintisinə 13,5 milyon manat yarılıb - SƏRƏNCAM  10:03  Azərbaycan və Qazaxıstan arasında COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq - Nazir  09:59  Azərbaycanla Qazaxıstan arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub - Muxtar Tleuberdi  09:55  Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da gərginləşdirir - Azərbaycan XİN rəhbəri 
Bu gün, 09:45
Prezident İlham Əliyev BMT Baş katibinə məktub göndərib
Bu gün, 09:42
Azərbaycan və Misir XİN arasında məsləhətləşmələr keçirilib
Bu gün, 09:39
Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi
Bu gün, 09:37
Azərbaycanda yeni fond yaradılır
Bu gün, 09:36
Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayır
Bu gün, 09:33
Toz dumanı həftənin sonuna qədər davam edəcək
Bu gün, 09:31
Türkiyədə turizm sektoru tədricən bərpa olunur - Nazirlik
Bu gün, 09:28
COVID-19 virusu insan psixologiyasına necə təsir edir?
Bu gün, 09:26
Əlilliklə bağlı yeni qaydalar gələn ildən qüvvəyə minəcək - Parlament təsdiqlədi
Bu gün, 09:15
Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır - XİN
Bu gün, 09:13
Şadlıq sarayları iyunun 26-dan portalda qeydiyyatdan keçməlidir
Bu gün, 09:10
50-dən çox şəxsin iştirak etdiyi mərasimlərdə COVID pasportu tələb olunacaq
Bu gün, 09:06
Milli Məclisin növbədənkənar iclası başladı
Dünən, 19:54
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi qeyd olundu
Dünən, 19:51
Rayonun Çərəkə kəndində şəhid Paşa Salamovun xatirəsinə inşa olunan bulağın açılışı olub
Dünən, 10:24
Heydər Əliyev parkında “Nizami Gəncəvi ili” çərçivəsində "Nizami Gəncəvi-880" mövzusunda tədbir keçirilib
Dünən, 10:04
Goranboyda yol tikintisinə 13,5 milyon manat yarılıb - SƏRƏNCAM
Dünən, 10:03
Azərbaycan və Qazaxıstan arasında COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq - Nazir
Dünən, 09:59
Azərbaycanla Qazaxıstan arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub - Muxtar Tleuberdi
Dünən, 09:55
Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da gərginləşdirir - Azərbaycan XİN rəhbəri
Dünən, 09:53
İnanırıq ki, Ermənistan hakimiyyəti böhrandan düzgün nəticə çıxaracaq - Ceyhun Bayramov
Dünən, 09:50
Sabah temperatur 40 dərəcəni keçəcək
Dünən, 09:40
Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin müavinini qəbul edib
Dünən, 07:03
Azərbaycana yay fəsli daxil olub
20-06-2021, 19:57
Bu gün peyvənd vurulanların sayı açıqlandı
20-06-2021, 19:56
Seçkilərin ilkin rəsmi nəticəsi açıqlandı:
20-06-2021, 16:48
Qazi adından istifadə edən "Meydan tv" kanalının təxribatı baş tutmadı(video)
Tarix:06 may 17:07 Bölmə:xeberler, sosial

Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır - Nazir

Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır - Nazir

Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq sahələr üzrə mühüm layihə və innovativ təşəbbüslərin təqdimatı ilə əlaqədar onlayn formada keçirilən tədbirdə bildirib.

Nazir Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının sosial xidmətlərin inkişafı istiqamətində də ciddi irəliləyişlərə imkan verdiyini vurğulayıb. Qeyd edib ki, son iki ildə və cari ilin ilk rübündə müasir tələblərə uyğun 12 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib və bu proses davam edir. Eyni zamanda, sosial xidmətlərin operativ, müasir iş prinsipləri əsasında idarə olunması mexanizmi yaradılır. Bu xidmətlərin keyfiyyətinin və operativliyinin, əlçatanlığının artırılması, sosial xidmətlərə ehtiyac duyan insanlarla işin, onlara qayğı göstərilməsi prosedurlarının qabaqcıl dünya təcrübəsi əsasında qurulması əsas hədəflərdəndir:

"Aparılan islahatlar sosial xidmətlər sahəsində də elektron infrastrukturun formalaşmasına, bu sahədə müasir və çevik idarəçilik-monitorinq sisteminin qurulmasına yönəlib. Sosial Xidmətlər üzrə Vahid İnformasiya Sisteminin yaradılması xidmət göstərilənlərlə bağlı bütün məlumatları real vaxt rejimində əhatə edən sosial xidmətlər xəritəsi modelinin tərtib olunmasına imkan verəcək".

S.Babayev hazırda 1200-dən çox şəxsin daimi dövlət himayəsində yaşadığı sosial xidmət müəssisələrində sosial modelə keçid prosesini diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd həmin insanların cəmiyyətə inteqrasiyası, digərlərindən asılı olmadan, sərbəst şəkildə öz həyatlarına səfərbər olmaları üçün sosial reabilitasiya məqsədli işlərin gücləndirilməsidir. Ümumilikdə sosial xidmətlərin əsas məqsədini xidmət göstərilən şəxslərin həyatında müsbət dönüşə, pozitiv dəyişikliyə, fəal həyata dönüşə nail olmaq təşkil etməlidir.

Nazir möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsinin qazilərinin, şəhid ailələrinin sosial dəstəklə təminatı işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Postmüharibə dövründə Sosial Xidmətlər Agentliyinin xətti ilə bu kateqoriyadan olan vətəndaşların sosial-psixoloji dəstəklə təmin olunması işlərinin əhəmiyyətini, bu işlərin minlərlə insanı əhatə etdiyini diqqətə çatdırıb. Bundan sonra da qazi və şəhid ailələrinə sosial dəstək işlərinin fəaliyyətdə prioritet istiqamət təşkil edəcəyini vurğulayıb.

Sonra “Psixo-sosial yardım xidməti”, “Sağlamlıq imkanları məhdud 0-6 yaş arası uşaqların səyyar sosial reabilitasiyası”, “Sosial iş üzrə virtual təlim proqramı”, “Azərbaycanda sosial xidmətlərin və əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsinin qiymətləndirilməsi” və b. mövzularda təqdimatlar olub.
Oxunub: 66