Son Xəbərlər
07:35  DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb  07:33  Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib  07:16  Azərbaycanda quraqlıqla mübarizə üçün sudan necə istifadə edilməlidir? - Alimdən açıqlama  07:13  Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib  13:33  Göyçayda suvarma və abadlıq işləri davam edir  13:18  Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib  13:15  I və IV qruplara qəbul imtahanlarının vaxtı açıqlandı  12:59  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub  16:43  Göyçayda M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanada Milli Mətbuat günü münasibətilə tədbir keçirilib  10:05  Göyçayda Mətbuat günü qeyd olundu  18:45  Milli Mətbuat gününüz mübarək olsun  14:43  Sabah 44 dərəcəyədək isti olacaq  14:34  Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib  14:27  Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib  18:10  Prezidentdən Qurban bayramı paylaşımı - Foto  06:18  Prezident İlham Əliyev Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib  05:54  Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək  16:27  Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb  16:26  Azərbaycanda 255 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb  15:59  Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü 
Bu gün, 07:35
DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb
Bu gün, 07:33
Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib
Bu gün, 07:16
Azərbaycanda quraqlıqla mübarizə üçün sudan necə istifadə edilməlidir? - Alimdən açıqlama
Bu gün, 07:13
Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
23-07-2021, 13:33
Göyçayda suvarma və abadlıq işləri davam edir
23-07-2021, 13:18
Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib
23-07-2021, 13:15
I və IV qruplara qəbul imtahanlarının vaxtı açıqlandı
23-07-2021, 12:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub
22-07-2021, 16:43
Göyçayda M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanada Milli Mətbuat günü münasibətilə tədbir keçirilib
22-07-2021, 10:05
Göyçayda Mətbuat günü qeyd olundu
21-07-2021, 18:45
Milli Mətbuat gününüz mübarək olsun
20-07-2021, 14:43
Sabah 44 dərəcəyədək isti olacaq
20-07-2021, 14:34
Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib
20-07-2021, 14:27
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19-07-2021, 18:10
Prezidentdən Qurban bayramı paylaşımı - Foto
19-07-2021, 06:18
Prezident İlham Əliyev Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib
19-07-2021, 05:54
Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək
18-07-2021, 16:27
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
18-07-2021, 16:26
Azərbaycanda 255 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
18-07-2021, 15:59
Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü
18-07-2021, 15:20
Prezident İlham Əliyevin və Aİ Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı keçirilib
17-07-2021, 15:01
Prezident İlham Əliyev Almaniya və Belçikanın dövlət başçılarına başsağlığı verib
17-07-2021, 14:58
Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq Sazişi təsdiq edildi
17-07-2021, 14:55
Azərbaycanla Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiqləndi
17-07-2021, 14:14
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
17-07-2021, 14:12
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-ü keçdi
16-07-2021, 16:40
Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qayda təsdiqləndi
Tarix:16 in 19:54 Bölmə:xeberler, hadise

Prezident İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 297-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 616 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli və “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 527 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 582; 2003, № 8, maddə 441; 2005, № 9, maddə 800; 2009, № 6, maddə 419; 2014, № 7, maddə 790; 2015, № 3, maddə 265; 2017, № 5, maddələr 808, 843; 2020, № 12 (I kitab), maddə 1501) ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 1.1-ci bəndində “dövlət sosial sığorta şəhadətnaməsinin” sözləri “sosial sığorta” sözləri ilə əvəz edilsin.

2. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 762; 2006, № 12, maddə 1034; 2008, № 3, maddə 187; 2016, № 9, maddə 1464; 2019, № 5, maddə 844, № 7, maddə 1219) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzas ləğv edilsin;

2.2. üçüncü abzasda “həmin Qanunun” sözləri “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə, “5.2.11-ci” sözləri “5.3-cü” sözləri ilə əvəz edilsin və həmin abzasdan “6.2-ci, 6.3-cü, 6.5-ci, 6.6.1-ci, 6.6.2-ci, 6.6.3-cü (hər iki halda), 6.7-ci,” və “8.2.3-cü,” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 2-ci hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “şəhadətnaməsinin verilməsi” sözləri “sistemində fərdi uçotun həyata keçirilməsi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 8-ci hissəsinin 8.2-ci bəndi ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226, № 11, maddə 1719; 2020, № 12 (I kitab), maddə 1480) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.4.6-cı yarımbənd ləğv edilsin;

5.2. Qaydalara 1 nömrəli əlavəyə “Fərdi identifikasiya nömrəniz (FİN)” sözlərindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

“Dövlət sosial sığorta sistemində sosial sığorta nömrəniz (SSN)___________”.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 297-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanununun tətbiqi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində və beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində və beşinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.

2. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 329; 2012, № 4, maddə 294; 2013, № 8, maddə 908; 2015, № 9, maddə 987; 2017, № 6, maddə 1097; 2019, № 5, maddə 840) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində və beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

2.2. 2.2-ci bəndə “həmin Qanunun” sözlərindən sonra “8-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində,” sözləri, “üçüncü cümləsində, üçüncü” sözlərindən sonra “, dördüncü” sözləri, “ikinci hissəsinin 9-cu bəndində,” sözlərindən sonra “üçüncü hissəsində,” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 2.1-1-ci, 2.3-1-ci və 2.5-1-ci bəndlər əlavə edilsin:

“2.1-1. həmin Qanunun 22-ci maddəsinin dördüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

“2.3-1. həmin Qanunun 22-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”;

“2.5-1. həmin Qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində və beşinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur;”;

2.4. 2.5-ci bənddə “on ikinci” sözləri “on birinci” sözləri ilə əvəz edilsin;

2.5. 2.6-cı bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun, 2.7-ci və 2.8-ci bəndlər ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
Oxunub: 46