Son Xəbərlər
07:35  DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb  07:33  Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib  07:16  Azərbaycanda quraqlıqla mübarizə üçün sudan necə istifadə edilməlidir? - Alimdən açıqlama  07:13  Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib  13:33  Göyçayda suvarma və abadlıq işləri davam edir  13:18  Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib  13:15  I və IV qruplara qəbul imtahanlarının vaxtı açıqlandı  12:59  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub  16:43  Göyçayda M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanada Milli Mətbuat günü münasibətilə tədbir keçirilib  10:05  Göyçayda Mətbuat günü qeyd olundu  18:45  Milli Mətbuat gününüz mübarək olsun  14:43  Sabah 44 dərəcəyədək isti olacaq  14:34  Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib  14:27  Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib  18:10  Prezidentdən Qurban bayramı paylaşımı - Foto  06:18  Prezident İlham Əliyev Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib  05:54  Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək  16:27  Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb  16:26  Azərbaycanda 255 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb  15:59  Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü 
Bu gün, 07:35
DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb
Bu gün, 07:33
Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib
Bu gün, 07:16
Azərbaycanda quraqlıqla mübarizə üçün sudan necə istifadə edilməlidir? - Alimdən açıqlama
Bu gün, 07:13
Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
23-07-2021, 13:33
Göyçayda suvarma və abadlıq işləri davam edir
23-07-2021, 13:18
Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib
23-07-2021, 13:15
I və IV qruplara qəbul imtahanlarının vaxtı açıqlandı
23-07-2021, 12:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub
22-07-2021, 16:43
Göyçayda M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanada Milli Mətbuat günü münasibətilə tədbir keçirilib
22-07-2021, 10:05
Göyçayda Mətbuat günü qeyd olundu
21-07-2021, 18:45
Milli Mətbuat gününüz mübarək olsun
20-07-2021, 14:43
Sabah 44 dərəcəyədək isti olacaq
20-07-2021, 14:34
Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib
20-07-2021, 14:27
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19-07-2021, 18:10
Prezidentdən Qurban bayramı paylaşımı - Foto
19-07-2021, 06:18
Prezident İlham Əliyev Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib
19-07-2021, 05:54
Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək
18-07-2021, 16:27
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
18-07-2021, 16:26
Azərbaycanda 255 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
18-07-2021, 15:59
Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü
18-07-2021, 15:20
Prezident İlham Əliyevin və Aİ Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı keçirilib
17-07-2021, 15:01
Prezident İlham Əliyev Almaniya və Belçikanın dövlət başçılarına başsağlığı verib
17-07-2021, 14:58
Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq Sazişi təsdiq edildi
17-07-2021, 14:55
Azərbaycanla Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiqləndi
17-07-2021, 14:14
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
17-07-2021, 14:12
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-ü keçdi
16-07-2021, 16:40
Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qayda təsdiqləndi
Tarix:17 in 12:34 Bölmə:xeberler, siyaset

Strateji Müttəfiqliyin üçüncü mərtəbəsi

Strateji Müttəfiqliyin üçüncü mərtəbəsi

2021-ci ilin 15 iyun günü iki tarixi hadisənin kəsişmə nöqtəsi idi. 1921-ci ildə imzalanmış Qars müqaviləsinin 100 illiyi və 1993-cü ildə baş tutmuş Qurtuluş Günü. Bu iki həqiqətən böyük hadisənin il və gün koordinatlarının kəsişməsində yeni tarix yazıldı: Şuşa Bəyannaməsi.
Bir maraqlı detal da var: 15 iyun – Ermənistanın Bayraq Günüdür. Məhz Ermənistanın bayraq günündə Şuşada Azərbaycan və Türkiyə bayraqlarının birgə dalğalanması hadisənin rəmzi anlamını qat-qat artırır. Bu, bir daha təsdiqləyir ki, Qarabağla bağlı bütün addımlar eyni zamanda bir neçə müstəvidə yüz ölçülüb, bir biçiləndən sonra atılır. Məsələn, Ərdoğanın Şuşaya səfəri keçən il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradı zamanı razılaşdırılmışdı. Amma onun məhz 2021-ci ilin 15 iyununda baş tutması səfərə tamam fərqli ideoloji dolğunluq qazandırdı.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin həm nəticəsidir, həm də səbəbi. Zatən dünyada Azərbaycanla Türkiyədən daha yaxın müttəfiqlər tapmaq mümkün deyil. Şuşada imzalanan sənəd rəsmən belə adlanır: “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”. Buna qədər 2010-cu ildə Bakıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında Müqavilə”, ardınca İstanbulda "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair Birgə Bəyannamə" imzalanmışdı. Həmin sənədlərin nəticəsində iki qardaş ölkənin arasında unikal bir strateji tərəfdaşlıq formatı qurulub: Bizdən başqa dünyanın heç bir müttəfiq ölkələri Təhlükəsizlik Şuralarının birgə iclasını keçirmirlər.

Şuşada imzalanan Bəyannamə həmin iki sənədin məntiqi davamı olmaqla, bu unikal strateji tərəfdaşlığın bölgədə yaranan yeni reallığa adaptasiyası idi. Eyni zamanda, burada dünyaya və bölgədə marağı olan güclərə bir səsləniş, bir mesaj vardı.

Maraqlıdır ki, cənab Ərdoğan Şuşaya Brüsseldən - NATO sammitindən gəlmiş, həmin sammitdə isə bölgədə, o cümlədən, Qarabağda marağı olan güc mərkəzlərinin rəhbərilə də görüşmüşdü. Söhbət Minsk qrupunun iki həmsədrinin – Rusiya ilə Fransanın prezidentlərindən gedir. ABŞ prezidenti Co Baydenlə görüş əvvəlcədən böyük maraq doğururdu; təkcə ona görə yox ki, Minsk qrupunun həmsədri olan dövlətin prezidenti iki ay əvvəl “erməni soyqırımı” ifadəsini işlətmişdi. Həm də ona görə ki, Türkiyə-ABŞ-Rusiya üçbucağında doğrudan da, xeyli suallar yığılıb.

Ərdoğan Baydenin Rusiyadan “S-400”lər almamaqla bağlı istəyinə isti-isti “yox” deyib, Şuşaya gəlmişdi. Burada regionda yaradılması nəzərdə tutulan “altılı platforma” təklifini növbəti dəfə səsləndirdi: “Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək”.

Maraqlıdır ki, Ərdoğanın ardınca Putin də Cenevrədə Rusiya-Amerika Sammiti formatında Baydenlə görüşür və düşünməyə tam əsasımız var ki, həmin görüşdə Güney Qafqaz, konkret olaraq Qarabağ məsələsi və “altılıq formatı” da müzakirə ediləcək. Bayden Cenevrəyə “Böyük Yeddilik”, NATO və ABŞ-Avropa Birliyi sammitlərindən sonra gedir, yəni, Putinə bu istiqamətlərdə yığılmış problemlərlə bağlı deməyə çox sözü olacaq.

“Altılı platforma”nın geosiyasi mahiyyəti o deməkdir ki, Güney Qafqazı əhatələyən və burada tarixi maraqları olan üç böyük dövlətin iştirakı ilə regional təhlükəsizlik və əməkdaşlıq sistemi formalaşır, regiondan uzaqda yerləşən qüvvələr isə kobud desək, bu proseslərdə həlledici təsirə malik olmurlar. Bu format regiondan uzaqda yerləşən güc mərkəzlərindən və Ermənistandan başqa əslində hamını qane edir. Buna görə Ermənistanın xarici işlər nazirliyi Ərdoğanın Şuşaya səfərini “təxribat” adlandırmışdı, erməni mediası isə yaxayırtma rejimində işləyirdi.

Görünür, son vaxtlar İrəvanın Paris və Vaşinqton ilə siyasi vals oynamaq cəhdləri həm də Ərdoğanın təklif etdiyi “altılıq” formatının baş tutmaması üçündür. Amma Ərdoğanın təklifini belə asanlıqla geri çevirmək mümkün olsaydı, o, Ərdoğan olmazdı axı!

Maraqlıdır ki, cənab Ərdoğan əsas mövzularından biri anti-Rusiya ritorikası olan NATO sammitindən gəlib, Şuşada Rusiya-Türkiyə əməkdaşlığını nəzərdə tutan “altılıq formatı” təklifini səsləndirir. Bu, onu göstərir ki, hazırda Türkiyə və Azərbaycan diplomatiyaları kifayət qədər müstəqil manevrlər edə bilirlər. Amma sırf ikitərəfli prizmadan baxanda da Şuşa bəyannəməsi 100 il əvvəlki Qars müqaviləsinin bir növ məntiqi davamı olmaqla, regionun yeni təhlükəsizlik sisteminin vacib nüvəsinin formalaşmasını ortaya qoyur. 100 il əvvəl Qars Müqaviləsi ilk dəfə hüquqi və siyasi müstəvidə hamıya göstərmişdi ki, yeni yaranan dünya düzənində Türkiyə Azərbaycan dövlətçiliyinin qarantı kimi çıxış edir. Şuşa Bəyannaməsi isə o deməkdir ki, Güney Qafqazın regional təhlükəsizlik sisteminə qəti və birmənalı şəkildə yeni iştirakçı – Türkiyə daxil olur. Bundan sonra heç bir regional format Türkiyənin iştirakı olmadan nəzərdən keçirilə bilməz. Dövlət başçımızın dediyi kimi: “Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.

Şuşada Türkiyə konsulluğunun açılmasına da eyni məntiqlə yanaşmaq lazımdır. Adına “konsulluq” da demək olar, amma siyasi mahiyyətcə bu, Qarabağın düz ürəyində Türkiyənin qeyri-hərbi bazasının yaradılacağı deməkdir. Hərçənd, eyni zamanda, müttəfiqliyin hərbi məzmunu da genişləndirilir. “Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha da fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək” ,- deyə Ərdoğan bildirib.

Beləliklə, Azərbaycan azad etdiyi torpaqların təhlükəsizliyini diplomatik bir formada qardaş Türkiyənin zəmanətilə sığortalayır. Bu, Azərbaycanı gələcəkdə Qarabağ mövzusunda hər hansı manipulyativ təzyiqlərdən, o cümlədən də, bəzi güc mərkəzlərinin israrla aktual saxlamağa çalışdığı olmayan və olmayacaq status məsələsindən sığortalayan mühüm bir amildir.
Oxunub: 41