Son Xəbərlər
07:35  DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb  07:33  Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib  07:16  Azərbaycanda quraqlıqla mübarizə üçün sudan necə istifadə edilməlidir? - Alimdən açıqlama  07:13  Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib  13:33  Göyçayda suvarma və abadlıq işləri davam edir  13:18  Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib  13:15  I və IV qruplara qəbul imtahanlarının vaxtı açıqlandı  12:59  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub  16:43  Göyçayda M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanada Milli Mətbuat günü münasibətilə tədbir keçirilib  10:05  Göyçayda Mətbuat günü qeyd olundu  18:45  Milli Mətbuat gününüz mübarək olsun  14:43  Sabah 44 dərəcəyədək isti olacaq  14:34  Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib  14:27  Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib  18:10  Prezidentdən Qurban bayramı paylaşımı - Foto  06:18  Prezident İlham Əliyev Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib  05:54  Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək  16:27  Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb  16:26  Azərbaycanda 255 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb  15:59  Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü 
Bu gün, 07:35
DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb
Bu gün, 07:33
Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib
Bu gün, 07:16
Azərbaycanda quraqlıqla mübarizə üçün sudan necə istifadə edilməlidir? - Alimdən açıqlama
Bu gün, 07:13
Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
23-07-2021, 13:33
Göyçayda suvarma və abadlıq işləri davam edir
23-07-2021, 13:18
Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib
23-07-2021, 13:15
I və IV qruplara qəbul imtahanlarının vaxtı açıqlandı
23-07-2021, 12:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub
22-07-2021, 16:43
Göyçayda M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanada Milli Mətbuat günü münasibətilə tədbir keçirilib
22-07-2021, 10:05
Göyçayda Mətbuat günü qeyd olundu
21-07-2021, 18:45
Milli Mətbuat gününüz mübarək olsun
20-07-2021, 14:43
Sabah 44 dərəcəyədək isti olacaq
20-07-2021, 14:34
Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib
20-07-2021, 14:27
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19-07-2021, 18:10
Prezidentdən Qurban bayramı paylaşımı - Foto
19-07-2021, 06:18
Prezident İlham Əliyev Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib
19-07-2021, 05:54
Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək
18-07-2021, 16:27
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
18-07-2021, 16:26
Azərbaycanda 255 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
18-07-2021, 15:59
Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü
18-07-2021, 15:20
Prezident İlham Əliyevin və Aİ Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı keçirilib
17-07-2021, 15:01
Prezident İlham Əliyev Almaniya və Belçikanın dövlət başçılarına başsağlığı verib
17-07-2021, 14:58
Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq Sazişi təsdiq edildi
17-07-2021, 14:55
Azərbaycanla Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiqləndi
17-07-2021, 14:14
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
17-07-2021, 14:12
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-ü keçdi
16-07-2021, 16:40
Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qayda təsdiqləndi
Tarix:20 in 05:29 Bölmə:xeberler, siyaset

Ermənistan düşmənçilikdən əl çəkməlidir ki, regiondakı inkişafın tərkib hissəsi ola bilsin

Ermənistan düşmənçilikdən əl çəkməlidir ki, regiondakı inkişafın tərkib hissəsi ola bilsin

Qədim tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri bu gün birgə, qarşılıqlı səylər və sarsılmaz iradə əsasında inkişaf etdirilir. Azərbaycan və Türkiyə regionda sülh və sabitlik üçün birgə addımlayaraq, digər region ölkələrini əməkdaşlıq mühitində birləşdirən layihələr reallaşdırırlar. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri hazırda Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir.

Bunu açıqlamasında ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov deyib.

O qeyd edib ki, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır. Bu səfərlərin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilib. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bölgəmizdə də çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmli amildir.

Azad Bayramov deyib: “Türkiyə həmişə olduğu kimi, qardaşlarını yalnız qoymayaraq, bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Hələ birinci Qarabağ müharibəsi başlayan vaxtdan Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması Azərbaycanla həmrəyliyin təcəssümü idi. Türkiyənin bu mövqeyi İkinci Qarabağ müharibəsi zamanı da müşahidə olundu. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmiləri dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək idi”.

Vətən müharibəsi zamanı bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Bu barədə də danışan professor bildirib ki, Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, hərbi gücümüzü daha da gücləndirəcək. Hazırda, işğaldan azad edilmiş torpaqlarımızda minatəmizləmə işini xeyli asanlaşdıran müasir texnikalar Türkiyədən alınaraq ölkəmizə gətirilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türkiyə ordusunun kiçik modeli yaranmaqdadır. Bu sahədə əməli-praktiki işlərə başlanılıb.

Azad Bayramov vurğulayıb ki, müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar açır. Təəssüflər olsun ki, Ermənistan Türkiyə və Azərbaycanı hər zaman özünə düşmən bilib. Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Onlar bu fikirdən əl çəkməlidirlər ki, regiondakı inkişafın tərkib hissəsi ola bilsinlər.

“Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Bakıya səfəri çərçivəsində Milli Məclisdə çıxışında bildirdiyi kimi, 44 günlük Vətən müharibəsində qazanılmış zəfərin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaq. Bununla da region ölkələrinin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq birliyi meydana çıxacaq”. Bu Zəfərlə Qafqazda qaynayan bir yara artıq qapanıb, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranıb”.
Oxunub: 47