Son Xəbərlər
07:35  DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb  07:33  Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib  07:16  Azərbaycanda quraqlıqla mübarizə üçün sudan necə istifadə edilməlidir? - Alimdən açıqlama  07:13  Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib  13:33  Göyçayda suvarma və abadlıq işləri davam edir  13:18  Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib  13:15  I və IV qruplara qəbul imtahanlarının vaxtı açıqlandı  12:59  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub  16:43  Göyçayda M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanada Milli Mətbuat günü münasibətilə tədbir keçirilib  10:05  Göyçayda Mətbuat günü qeyd olundu  18:45  Milli Mətbuat gününüz mübarək olsun  14:43  Sabah 44 dərəcəyədək isti olacaq  14:34  Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib  14:27  Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib  18:10  Prezidentdən Qurban bayramı paylaşımı - Foto  06:18  Prezident İlham Əliyev Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib  05:54  Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək  16:27  Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb  16:26  Azərbaycanda 255 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb  15:59  Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü 
Bu gün, 07:35
DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb
Bu gün, 07:33
Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib
Bu gün, 07:16
Azərbaycanda quraqlıqla mübarizə üçün sudan necə istifadə edilməlidir? - Alimdən açıqlama
Bu gün, 07:13
Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
23-07-2021, 13:33
Göyçayda suvarma və abadlıq işləri davam edir
23-07-2021, 13:18
Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib
23-07-2021, 13:15
I və IV qruplara qəbul imtahanlarının vaxtı açıqlandı
23-07-2021, 12:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub
22-07-2021, 16:43
Göyçayda M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxanada Milli Mətbuat günü münasibətilə tədbir keçirilib
22-07-2021, 10:05
Göyçayda Mətbuat günü qeyd olundu
21-07-2021, 18:45
Milli Mətbuat gününüz mübarək olsun
20-07-2021, 14:43
Sabah 44 dərəcəyədək isti olacaq
20-07-2021, 14:34
Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib
20-07-2021, 14:27
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19-07-2021, 18:10
Prezidentdən Qurban bayramı paylaşımı - Foto
19-07-2021, 06:18
Prezident İlham Əliyev Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib
19-07-2021, 05:54
Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək
18-07-2021, 16:27
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
18-07-2021, 16:26
Azərbaycanda 255 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
18-07-2021, 15:59
Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü
18-07-2021, 15:20
Prezident İlham Əliyevin və Aİ Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı keçirilib
17-07-2021, 15:01
Prezident İlham Əliyev Almaniya və Belçikanın dövlət başçılarına başsağlığı verib
17-07-2021, 14:58
Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq Sazişi təsdiq edildi
17-07-2021, 14:55
Azərbaycanla Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiqləndi
17-07-2021, 14:14
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
17-07-2021, 14:12
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-ü keçdi
16-07-2021, 16:40
Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qayda təsdiqləndi
Tarix:20 in 07:20 Bölmə:xeberler, siyaset

Azərbaycan-Türkiyə birliyi: Türk dünyası üçün örnək………

 Azərbaycan-Türkiyə birliyi: Türk dünyası üçün örnək………

Azərbaycan Respublikasının Prezidenti, qüdrətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və ətraf rayonlarda işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməyə başlandığı ilk gündən etibarən qardaş Türkiyə Cümhuriyyəti ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərməkdə davam edir.
Bu, Ulu öndər Heydər Əliyevin dahiyanə şəkildə elan etdiyi "tək millət - iki dövlət" təliminin nə qədər böyük həyati gücə və geniş imkanlara malik olduğunu hər dəfə yenidən təsdiq edir. Bu, həm də xalqlarımız arasındakı tarixi-mədəni bağların, dil və din birliyinin əbədi olan təzahürlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə Respublikasının Cümhur- başqanı Rəcəb Tayyib Ərdoğanın bu günə qədər ardıcıl olaraq verdiyi bəyanatları, göstərdiyi davamlı siyasi səyləri və təşəbbüsləri, bütövlükdə türk xalqının mənəvi dəstəyini yüksək qiymətləndirir, bu addımların belə çətin və məsuliyyətli günlərdə əvəzsiz kömək olduğunu dünya ictimaiyyəti qarşısında açıq şəkildə bildirir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı ədalətli mübarizədə nümayiş etdirdiyi əsl dövlət rəhbəri məharəti və sərkərdəlik qətiyyəti müharibədə qazanılan zəfərlərin əsasını təşkil edir. Ali Baş Komandan səviyyəsində müəyyən edilmiş hərbi-döyüş strategiyası və taktikası əsasında müzəffər Azərbaycan Ordusunun Vətənə və dövlətə sədaqəti, yüksək döyüş hazırlığı və qələbə əzmi müharibə cəbhələrində xalqımıza yeni-yeni zəfərlər qazandırır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verir, xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirir.
Azərbaycan-Türkiyə münasibətləri günü-gündən daha da möhkəmlənir. Ölkələr arasında əlaqələrin inkişaf səviyyəsi regional tərəqqiyə mühüm töhfələr verir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan– Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir – birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Türkiyə bütün zamanlarda olduğu kimi II Qarabağ müharibəsində də haqq işinə dəstək vermişdir. Müharibə dövründə ilk günlərdən Türkiyə prezidenti açıqlamalar verərək bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu beynəlxalq aləmdə bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın.
II Qarabağ müharibəsi bitdikdən sonra Rusiya–Türkiyə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi 2020 – ci ilin noyabr ayının 10 - da imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmışdır. Monitorinq mərkəzinin fəaliyyət göstərməsində əsas məqsəd post – müharibə dövründə bölgədə nəzarəti təmin etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək münaqişə zonasında hər hansı bir qarşıdurma olmamasını təmin etməkdir.
Azərbaycan və Türkiyə iki qardaş ölkə, strateji müttəfiqlərdir. Türkiyə silahlı qüvvələrinin onlarla mütəxəssisi Azərbaycana ezam edilib. Hərbi əməkdaşlığımız gündən – günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində ardıcıl işlər aparılır.
Türkiyə - Azərbaycan qardaşlıq münasibətlərinin göstəricilərindən biri də 1993 – cü ildə Kəlbəcər işğal edildikdən sonra qardaş dövlətin Ermənistanla sərhədlərini bağlamasıdır. Türkiyə Ermənistanın müstəqilliyinin ilk günlərindən onlarla ikitərəfli, normal siyasi və iqtisadi əlaqələr qurmaq fikrində idi. Lakin mənfur və təcavüzkar Ermənistan dövlətinin Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Türkiyə bu dövlətlə sərhədlərini bağladı. Əfsuslar olsun ki, Ermənistanda anti-türk təbliğatı hər zaman əsas siyasi və ideoloji xətt olmuşdur. Türkiyəfobiya orada rəsmi idealogiyaya çevrilib. Türkiyənin Ermənistanla sərhədlərini bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktı idi. İndi Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir və əlbəttə ki, bölgədə yeni vəziyyət yaranmışdır. Ermənistan hakimiyyəti konstruktiv siyasi xətt götürərsə bölgədə davamlı sülhün təmin edilməsi mümkün olar. Ermənistan üçün həyati əhəmiyyət kəsb edən Türkiyə ilə sərhədlərin açılması məsələsi də onların realist və konstruktiv siyasətinin nəticəsində mümkün ola bilər.

Azərbaycan və Türkiyə bölgədə sülhpərvər siyasət yürüdən və inkişaf edən iki qardaş dövlətdir. Regionda lokomotiv rolunu oynayan dövlətlərimiz qonşuları ilə sülh və dostluq şəraitində yaşamağın tərəfdarıdırlar.

Oxunub: 54