Son Xəbərlər
20:26  Sabahdan Azərbaycanda yeni tədris ili başlayır  19:40  22 sentyabr ilk dərs gününün cədvəli  15:31  Vurulan vaksinlərin sayı 8 milyonu ötdü  15:17  Yoluxanların bu günə olan statistikası açıqlandı  14:54  Sabah Azərbaycana payız fəsli daxil olacaq  14:51  Hava dəyişəcək yağış, şimkək; XƏBƏRDARLIQ  14:11  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər  13:28  DYP məktəblərin açılması ilə bağlı sürücülərə müraciət etdi  13:09  Yeni dərs günü Qarabağ Azərbaycan mövzusundan bəhs edəcək  12:54  Şəhid Fərid Nadirovun ad günü münasibətilə bulağın açılışı olub  12:07  Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı  11:47  Sabunçu rayonundakı 307 saylı tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib  11:36  Prezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub  06:27  Təhsil ocaqlarında dezinfeksiya işləri aparılır  05:30  Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.  05:29  Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət edib  04:56  Bu gün Şəhid Fərid Nadirovun ad günüdür  16:40  Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb  16:39  Azərbaycanda 740 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb  16:38  Azərbaycan, Türkiyə və Pakistan generalları “Üç qardaş - 2021” təlimlərini izləyib 
Dünən, 20:26
Sabahdan Azərbaycanda yeni tədris ili başlayır
Dünən, 19:40
22 sentyabr ilk dərs gününün cədvəli
Dünən, 15:31
Vurulan vaksinlərin sayı 8 milyonu ötdü
Dünən, 15:17
Yoluxanların bu günə olan statistikası açıqlandı
Dünən, 14:54
Sabah Azərbaycana payız fəsli daxil olacaq
Dünən, 14:51
Hava dəyişəcək yağış, şimkək; XƏBƏRDARLIQ
Dünən, 14:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər
Dünən, 13:28
DYP məktəblərin açılması ilə bağlı sürücülərə müraciət etdi
Dünən, 13:09
Yeni dərs günü Qarabağ Azərbaycan mövzusundan bəhs edəcək
Dünən, 12:54
Şəhid Fərid Nadirovun ad günü münasibətilə bulağın açılışı olub
Dünən, 12:07
Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı
Dünən, 11:47
Sabunçu rayonundakı 307 saylı tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Dünən, 11:36
Prezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub
Dünən, 06:27
Təhsil ocaqlarında dezinfeksiya işləri aparılır
Dünən, 05:30
Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.
Dünən, 05:29
Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət edib
Dünən, 04:56
Bu gün Şəhid Fərid Nadirovun ad günüdür
20-09-2021, 16:40
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
20-09-2021, 16:39
Azərbaycanda 740 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
20-09-2021, 16:38
Azərbaycan, Türkiyə və Pakistan generalları “Üç qardaş - 2021” təlimlərini izləyib
20-09-2021, 16:35
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
20-09-2021, 16:34
Azərbaycan XİN Rusiyaya bağsağlığı verib
20-09-2021, 16:32
Repetitorların 20 faiz vergi ödəyəcəyi məsələsinə aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA
20-09-2021, 16:30
Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib
20-09-2021, 16:27
Təhsil işçilərinin 90 faizə yaxını vaksin olunub
20-09-2021, 16:26
Koronavirusa yoluxan gənclərin vəziyyəti daha tez ağırlaşır - İnfeksionist
20-09-2021, 16:24
Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqləndi
Tarix:18 iy 15:59 Bölmə:xeberler, siyaset

Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü

Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir. “Bandunq prinsipləri” aşağıdakılardır:
1. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;
2. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
3. Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
4. Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
5. BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;
6. Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
7. Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;
8. BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;
9. Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;
10. Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.
Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır.
Oxunub: 66