Son Xəbərlər
20:26  Sabahdan Azərbaycanda yeni tədris ili başlayır  19:40  22 sentyabr ilk dərs gününün cədvəli  15:31  Vurulan vaksinlərin sayı 8 milyonu ötdü  15:17  Yoluxanların bu günə olan statistikası açıqlandı  14:54  Sabah Azərbaycana payız fəsli daxil olacaq  14:51  Hava dəyişəcək yağış, şimkək; XƏBƏRDARLIQ  14:11  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər  13:28  DYP məktəblərin açılması ilə bağlı sürücülərə müraciət etdi  13:09  Yeni dərs günü Qarabağ Azərbaycan mövzusundan bəhs edəcək  12:54  Şəhid Fərid Nadirovun ad günü münasibətilə bulağın açılışı olub  12:07  Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı  11:47  Sabunçu rayonundakı 307 saylı tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib  11:36  Prezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub  06:27  Təhsil ocaqlarında dezinfeksiya işləri aparılır  05:30  Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.  05:29  Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət edib  04:56  Bu gün Şəhid Fərid Nadirovun ad günüdür  16:40  Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb  16:39  Azərbaycanda 740 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb  16:38  Azərbaycan, Türkiyə və Pakistan generalları “Üç qardaş - 2021” təlimlərini izləyib 
Dünən, 20:26
Sabahdan Azərbaycanda yeni tədris ili başlayır
Dünən, 19:40
22 sentyabr ilk dərs gününün cədvəli
Dünən, 15:31
Vurulan vaksinlərin sayı 8 milyonu ötdü
Dünən, 15:17
Yoluxanların bu günə olan statistikası açıqlandı
Dünən, 14:54
Sabah Azərbaycana payız fəsli daxil olacaq
Dünən, 14:51
Hava dəyişəcək yağış, şimkək; XƏBƏRDARLIQ
Dünən, 14:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər
Dünən, 13:28
DYP məktəblərin açılması ilə bağlı sürücülərə müraciət etdi
Dünən, 13:09
Yeni dərs günü Qarabağ Azərbaycan mövzusundan bəhs edəcək
Dünən, 12:54
Şəhid Fərid Nadirovun ad günü münasibətilə bulağın açılışı olub
Dünən, 12:07
Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı
Dünən, 11:47
Sabunçu rayonundakı 307 saylı tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Dünən, 11:36
Prezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub
Dünən, 06:27
Təhsil ocaqlarında dezinfeksiya işləri aparılır
Dünən, 05:30
Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.
Dünən, 05:29
Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət edib
Dünən, 04:56
Bu gün Şəhid Fərid Nadirovun ad günüdür
20-09-2021, 16:40
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
20-09-2021, 16:39
Azərbaycanda 740 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
20-09-2021, 16:38
Azərbaycan, Türkiyə və Pakistan generalları “Üç qardaş - 2021” təlimlərini izləyib
20-09-2021, 16:35
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
20-09-2021, 16:34
Azərbaycan XİN Rusiyaya bağsağlığı verib
20-09-2021, 16:32
Repetitorların 20 faiz vergi ödəyəcəyi məsələsinə aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA
20-09-2021, 16:30
Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib
20-09-2021, 16:27
Təhsil işçilərinin 90 faizə yaxını vaksin olunub
20-09-2021, 16:26
Koronavirusa yoluxan gənclərin vəziyyəti daha tez ağırlaşır - İnfeksionist
20-09-2021, 16:24
Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqləndi
Tarix:23 iy 12:59 Bölmə:xeberler, siyaset

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub

İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdə olub.
Şarl Mişelin prezident İlham Əliyevlə görüşündə Azərbaycan-Avropa İttifaqı siyasi əlaqələri, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Azərbaycanın dövlət başçısı Şarl Mişelə azad edilmiş torpaqlarda gedən işlərlə bağlı məlumat verib, postkonflikt vəziyyət barədə danışıb.
Danışıqlardan sonra prezident İlham Əliyev və Şarl Mişelin birgə mətbuat konfransı olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.
Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün mən Prezident Şarl Mişeli qəbul etməyə çox şadam. Biz əməkdaşlığımız, planlarımız, nailiyyətlərimiz barədə çox səmərəli, uzun müzakirələr apardıq. Düşünürəm ki, Prezident Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstərcisidir. Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Gündəliyimizin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük nailiyyətləri, mən deyərdim ki, tarixi nailiyyətləri, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edə bilərik. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.

Mən, həmçinin əlavə etmək istərdim ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edirik. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası, həmçinin bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, uzun illərdir - artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. İndi sözsüz ki, qaz təchizatçısı kimi bizim potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.

Bu gün biz cənab Prezidentlə bağlılıqla əlaqədar məsələləri müzakirə etdik. Ümumiyyətlə, bu məsələ hər zaman, xüsusilə nəhəng nəqliyyat infrastruktur layihələrinin tamamlanmasından sonra Avropa İttifaqı ilə Azərbaycan arasında gündəlikdə olub. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Beləliklə, bu məsələ, eləcə də regionda münaqişədən sonrakı inkişafla bağlı başqa məsələlər bu gün geniş şəkildə müzakirə olundu. Çünki bu, yeni vəziyyət yaratdı, yeni reallıqlar yaratdı.

Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. Bu gün biz cənab Prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq.

Cənab Prezidentin Cənubi Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə tam uyğundur. Bu məsələdə də bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə ki, bağlılıq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf hər zaman aramızdakı gündəlikdə olacaq.

Cənab Prezident, mən bir daha səfərinizə görə minnətdarlığımı bildirmək və əminliyimi ifadə etmək istərdim ki, güclü tərəfdaşlıq və əməkdaşlıq uğurla davam etdiriləcək. Təşəkkür edirəm.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı

-Çox sağ olun, cənab Prezident.

Öz növbəmdə qonaqpərvərliyinizə, Sizinlə görüşmək fürsətinə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizin də qeyd etdiyiniz kimi, bizim Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin mahiyyəti barədə intensiv və dərin fikir mübadiləsi aparmaq - bu, müzakirə olunmuş birinci məsələdir. Çünki biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək. Hətta, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik. Bu gün səhər mən Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış oldum. Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış oldum. Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır.

İkinci mövzu dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır. Bizim üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir. Hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir.

Siz haqlı qeyd etdiniz ki, çox sayda Şərq Tərəfdaşlığı ölkələrinə səfərim bir işarədir. Bu, Avropa İttifaqının bu regionda apardığı işinin işarəsidir, mesajıdır. Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir.

Üçüncü məsələ, Siz onu qeyd etdiniz, Azərbaycan və Ermənistanla bağlı vəziyyətdir. Sizə, əslində, təşəkkürümü bildirmək istəyirəm ki, hətta, bu səfərdən öncə, bir neçə həftə əvvəl, bizim regional vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəfələrlə telefon söhbətimiz oldu. Mən götürülmüş öhdəliklərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Onlar atılan ilk addımlar oldu. Bu halda, bir tərəfdən mina xəritələrinin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir. Birinci mərhələdə, bu, öz həllini tapdı. Ümid edirik ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq. Eyni zamanda, müəyyən həll variantlarına nail olmaq üçün qalan məsələləri də böyük təfərrüatla müzakirə etmək imkanımız oldu və həmin variantlar dayanıqlı olmalıdır. Mən Sizə bildirdim ki, Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Məsələn, sərhədlərin delimitasiyası məsələsidir və bunun üçün biz Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazırıq. Sərhədlərin delimitasiyasına gəldikdə, həmçinin mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var. Hesab edirəm ki, bu, mövzu da müzakirə edilməlidir.

Üçüncü mövzu, Siz bunu xüsusilə qeyd etdiniz və biz həmin mövzuya qayıdırıq. Bu, müxtəlif sahələrdə regional əməkdaşlığın vacibliyidir. Enerji sektorunun bütün regionda və hətta onun sərhədlərindən kənarda əhəmiyyətini qeyd etdiniz. İnfrastrukturun əhəmiyyəti var. Bu, xüsusən də daşımalara, onların müxtəlif marşrutlarına aiddir. Bu mövzunu da müzakirə etdik. Bu halda, həmçinin Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır. Bu mesajı bu mövzuda səfərbər olunmağa hazır olan bütün tərəflərə və ölkələrə çatdırmaq istəyirik. Bu axşam və sabah mən Gürcüstanda olacağam. Bu mövzu, həmçinin Gürcüstanda işlərimizin və planlarımızın gündəliyində olacaq. Hesab edirik, sülh, dayanıqlı sülh nəzərdə tutur ki, yaxşı razılaşmalar olsun və həyata keçirilsin. Dayanıqlı sülhü rifah, sabitlik və təhlükəsizlik məqsədilə reallığa çevirmək üçün gec-tez müzakirə olunacaq digər məsələlər də var.

Nəhayət, biz daha geniş geosiyasi vəziyyətlə bağlı bir sıra məsələləri nəzərdən keçirdik. Biz bir sıra sahədə, xüsusən də ölkənin dünyəvilik sahəsində Azərbaycanın göstərdiyi bəzi səyləri qeyd etdik. Bu mövzuda dünyada bir çox debatlar getməkdədir.

Cənab Prezident, bu fikir mübadiləsinə görə bir daha təşəkkür edirəm. Avropa İttifaqı dəyərləri demokratiyanı, insan hüquqlarını, azadlıqları dəstəkləyən siyasi layihədir. Lakin bu layihə, həmçinin qarşılıqlı maraq doğuran layihələrə nail olmaq üçün müəyyən sayda tərəfdaşlarla güclü tərəfdaşlığı inkişaf etdirmək istəyir.
Ölkənizlə Avropa İttifaqı arasında əlaqələri dərinləşdirmək fürsətinə görə təşəkkür edirəm.
Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrin qısa tarixinə nəzər salaq.
Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.
1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edilib.
2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.
2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.
Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.
2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq, hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.

Sonrada jurnalistlərin sualları cavablandırlıb.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib.
Oxunub: 64