Güzəştli mənzillərin SATIŞ QİYMƏTLƏRİ
Gündəm / İqtisadiyyat
Oxunub: 31
14 ноя 2023 | 13:23


Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı, Gəncə və Sumqayıtda mənzillərin güzəştli satışına başlayır.

Qurumun yaydığı məlumata istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Mənzillərin satış şərtləri və qiymətləri:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd edilib ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:

1 otaqlı mənzillərin qiyməti – 32 725 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

Studio tipli mənzilin qiyməti – 34 085 manat,

2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.

Gəncə Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 61 668 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.

Sumqayıt layihəsi üzrə:

3 otaqlı mənzilin qiyməti – 63 325 manatdır.

Qeyd edilib ki, mənzillərin satış qiymətinə ƏDV daxildir.
Вчера, 22:28
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
19-04-2024, 20:50
Göyçayda şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib.
19-04-2024, 01:18
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
18-04-2024, 22:51
Qubadlı Şıxlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
18-04-2024, 22:42
Göyçayda "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib
18-04-2024, 22:38
Çaxırlı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu
17-04-2024, 22:04
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ
17-04-2024, 21:46
Rayonun Ulaşılı Şıxlı kəndinə yeni asfalt örtüyünün çəkilməsi işləri davam edir
17-04-2024, 20:57
2027-ci ilin sonuna qədər Şirvan kanalının açılışını qeyd edəcəyik.” - Prezident İlham Əliyev vurğuladı
17-04-2024, 17:30
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
17-04-2024, 17:18
“Təhsilsiz uşaqların aqibəti” mövzusunda maarifləndirici tədbir keçirildi
17-04-2024, 16:09
Çərəkə kəndində vətəndaşlarla səyyar qəbul keçirildi
17-04-2024, 14:01
Göyçay şəhərində park,xiyaban və bağlar yaşlıqıara bürünür -FOTO
17-04-2024, 01:03
FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib
17-04-2024, 00:30
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Konfransı keçirilib
16-04-2024, 21:15
Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalanıb
16-04-2024, 21:12
Baş nazirdən torpaq sahələri ilə bağlı qərar
16-04-2024, 21:10
İmtahan nəticələri elan olundu
16-04-2024, 21:07
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
16-04-2024, 13:54
İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib
16-04-2024, 13:48
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib
15-04-2024, 22:40
Sabahın hava proqnozu açıqlanıb
15-04-2024, 22:29
Rayonun Çayarxı kəndinin mərkəzi yoluna da yeni asfalt örtüyü vurulub
15-04-2024, 22:26
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib
15-04-2024, 22:01
Ceyhun Bayramov Şavkat Mirziyoyevlə iki ölkə arasında əməkdaşlığı müzakirə edib
15-04-2024, 21:48
Zərif və unudulmaz ömür
15-04-2024, 20:13
Prezident 1 sərəncam, 3 fərman imzaladı