Bu ölkədə Quranın yandırılması qadağan edilib
Gündəm / Dünya
Oxunub: 39
7 дек 2023 | 19:09

Danimarka parlamenti ictimai məkanlarda Quranın nüsxələrinin yandırılmasını qadağan edən qanun layihəsini qəbul edib.

Xarici KİV-lərə istinadən xəbər verir ki, qanun layihəsi müsəlman ölkələrində Quranın yandırılmasından sonra keçirilən etirazların Danimarkada təhlükəsizlik narahatlıqlarına səbəb olduğuna görə qəbul edilib.

Məlumata görə, Danimarka hökuməti yeni qaydaların ölkədə söz azadlığını məhdudlaşdırmayacağını bəyan edib.

Xatırladaq ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani-Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi və İraq bayrağını tapdalayaraq, İslam dinini təhqir edib.

Bu hadisədən bir müddət sonra Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani-Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.

Bu hadisələr bir çox müsəlman dövlətləri, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının (BMT) İnsan Hüquqları Şurası, Avropa İttifaqı (Aİ) tərəfindən qınanılıb. İslam Əməkdaşlıq Təşkilatı Quranın təhqir olunması ilə əlaqədar olaraq fövqəladə iclas keçirib.

İƏT iclasından sonra verilən açıqlamada İsveç və Danimarkada Qurani-Kərimi təhqir edən hərəkətlər şiddətlə qınanıb.

İƏT-in ifadə azadlığı adı altında həyata keçirilən bu kimi hərəkətlərin təkrarlanmasının qarşısını almaq məqsədilə Avropa İttifaqı (Aİ) Komissiyasına nümayəndə heyəti göndərmək qərarı açıqlanıb. Bundan başqa, İƏT-ə üzv ölkələrə Quranın yandırıldığı ölkələrlə münasibətlərini yenidən gözdən keçirərək, lazımi mövqeni tutmaları ilə bağlı çağırış edilib.
Вчера, 22:16
Bolqarıstan Prezidenti Azərbaycandadır
Вчера, 22:09
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
Вчера, 22:03
Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub
Вчера, 21:54
Göyçayda şəhidləri ziyarət etdilər
Вчера, 19:18
Yağışlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama
Вчера, 18:56
Prezident İlham Əliyev sərəncam və fərman imzaladı
Вчера, 16:28
Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək
Вчера, 15:49
"Sən elə bir zirvəsən ! " adlı tədbir keçirilib
6-05-2024, 22:17
“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib
6-05-2024, 17:34
COP29 tədbirinə ayrılan xəstəxanalar AÇIQLANDI
6-05-2024, 17:28
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı
6-05-2024, 17:25
Cənubi Qafqazda sülh və təhlükəsizlik olmalıdır
5-05-2024, 23:55
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb
5-05-2024, 23:53
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
5-05-2024, 12:45
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)
4-05-2024, 23:31
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi
4-05-2024, 23:25
Sərəncamı sahibkarlığa və sahibkarlara verdiyiniz dəstəyin bir növü hesab edirəm
4-05-2024, 23:15
Tibb elmləri üzrə fəlsəfə doktoru Samir Cavadov ”Tərəqqi" medalına layiq görülüb
4-05-2024, 14:12
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
4-05-2024, 13:30
Forum mədəniyyətlərarası dialoq üçün çox mühüm beynəlxalq platformadır
3-05-2024, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
3-05-2024, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
3-05-2024, 22:37
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
3-05-2024, 22:34
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
3-05-2024, 22:30
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
3-05-2024, 22:25
Tibb işçiləri ilə bağlı qərar: Maaşın 50 faizi miqdarında...
3-05-2024, 00:20
Hava durumu açıqlanıb