20 Yanvar-Ümumxalq hüzn günüdür!
Gündəm / Hadisə
Oxunub: 44
19 янв 2024 | 22:04

1990-cı il yanvarın 20-də baş vermiş, Azərbaycan xalqının milli yaddaşına Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 34 il ötür. Qanlı 20 Yanvar hadisələri həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi M.Qorbaçovun birbaşa əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görülməmiş vəhşiliklə həyata keçirilmişdir. Həmin gün özünün azadlığı və müstəqilliyi uğrunda dinc mübarizə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçatmaq məqsədi ilə totalitar Sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan xalqının qəhrəman övladları 1990-cı il yanvarın 20-də xalqımızın rəşadət salnaməsinə parlaq səhifə yazdılar. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çoxlu sayda şəhid verməsinə baxmayaraq, Sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Bu mübarizə xalqımızı daha da mətinləşdirdi, onun milli ruhu daha da gücləndi. Xalqın birliyi və milli ləyaqət hissi ən müasir silahlarla silahlanmış imperiya ordusuna qalib gəldi. Bu, 20 Yanvar faciəsini səciyyələndirən ən mühüm məqamlardan biridir. Vaxtilə Ulu Öndər Heydər Əliyev bu barədə danışarkən demişdir: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur.”

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Heydər Əliyev iradəsi, qətiyyəti o vaxt xalqa güc verdi. Həmin ağır günlərdə xalqımıza mənəvi güc verən bu bəyanat baş verən haqsızlığı dünyaya çatdırmaqla yanaşı, eyni zamanda ən çətin anlarda dahi şəxsiyyətin xalqının yanında olduğunu sübut etdi. Sonrakı illərdə məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq 20 Yanvar hadisələrinə hüquqi qiymət verildi. Ümummilli Liderin təşəbbüsü ilə əvvəlcə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Bu gün isə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bütün bu ənənələr uğurla davam etdirilir, möhtərəm prezidentimiz şəhidlərimizin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Cənab prezidentin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

Hər il faciənin ildönümü izdihamlı ziyarətlə müşaiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları böyük ehtiram və qürurla anır. Qədrbilən Azərbaycan xalqı vətən uğrunda misilsiz şücaət və qəhrəmanlıq göstərən bütün igid oğul və qızlarını heç vaxt unutmayacaq onların əziz xatirəsini daim qəlblərində əbədi olaraq yaşadacaqlar.
Сегодня, 00:37
9 may faşizim üzərində qələbə günüdür-VİDEO
Вчера, 21:13
“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib
Вчера, 20:22
Slovakiya Respublikasının Baş nazirinin rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin artıq yeni müstəvidə, strateji tərəfdaşlıq formatında inkişafına başlanğıc vermiş oldu
Вчера, 16:38
Mayın 12-də 25 minə yaxın şagird imtahan verəcək
Вчера, 16:14
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Вчера, 13:18
Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb
Вчера, 13:11
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub
Вчера, 13:06
Göyçayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
7-05-2024, 22:16
Bolqarıstan Prezidenti Azərbaycandadır
7-05-2024, 22:09
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
7-05-2024, 22:03
Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub
7-05-2024, 21:54
Göyçayda şəhidləri ziyarət etdilər
7-05-2024, 19:18
Yağışlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama
7-05-2024, 18:56
Prezident İlham Əliyev sərəncam və fərman imzaladı
7-05-2024, 16:28
Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək
7-05-2024, 15:49
"Sən elə bir zirvəsən ! " adlı tədbir keçirilib
6-05-2024, 22:17
“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib
6-05-2024, 17:34
COP29 tədbirinə ayrılan xəstəxanalar AÇIQLANDI
6-05-2024, 17:28
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı
6-05-2024, 17:25
Cənubi Qafqazda sülh və təhlükəsizlik olmalıdır
5-05-2024, 23:55
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb
5-05-2024, 23:53
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
5-05-2024, 12:45
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)
4-05-2024, 23:31
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi
4-05-2024, 23:25
Sərəncamı sahibkarlığa və sahibkarlara verdiyiniz dəstəyin bir növü hesab edirəm
4-05-2024, 23:15
Tibb elmləri üzrə fəlsəfə doktoru Samir Cavadov ”Tərəqqi" medalına layiq görülüb
4-05-2024, 14:12
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT