7 fevral seçkiləri Cənubi Qafqazda sülhün bərqərar olması üçün vacibdir - Polşalı ekspert
Gündəm / Siyasət
Oxunub: 30
6 фев 2024 | 19:47

Cənubi Qafqazda sülhün bərqərar olması və gələcəkdə tam təmin edilməsi üçün 7 fevral seçkilərinin əhəmiyyətini vurğulamaq lazımdır.

Bunu Azərbaycanda fevralın 7-nə təyin edilmiş Prezident seçkiləri ilə bağlı secki-2024.a-a açıqlamasında polşalı politoloq, ekspert Yakub Koreyba bildirib.

Koreyba növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin dövlətimizin gələcəyi üçün əhəmiyyətinə toxunub: “Azərbaycandakı seçkilər təkcə daxili siyasət nöqteyi-nəzərindən deyil, həmçinin beynəlxalq münasibətlər kontekstində olduqca vacib hadisədir. Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, bu dövlətin daxilində baş verən proseslər ölkə vətəndaşlarının həyat və taleyi ilə yanaşı ətraf ölkələrin də vəziyyətinə təsir edir. Gördüyümüz kimi, dondurulmuş münaqişələr çox qısa vaxt ərzində aktiv fazaya keçir və tez bir zamanda yeni münaqişələr meydana gəlir.

Ölkənin hazırkı siyasi kursu qorunub saxlanılsa, Azərbaycanın təhlükəsizliyi təmin ediləcək. Ölkənin inkişafı üçün sülhün təmin edilməsi ilkin şərtlərdən biridir, sülh olmadan iqtisadi inkişafa nail olmaq mümkün deyil”.

Ekspertin sözlərinə görə, postsovet məkanında suverenliyin təmin edilməsi məsələsi açar məqamlardan biridir: “Qərbdəki ölkələr buna qeyri-adi baxır. Çünki heç vaxt belə problemlə üzləşməyiblər, heç vaxt suverenliklərini itirməyiblər və onların ərazilərini kimsə işğal etməyib. Polşa ilə Azərbaycanın tarixi oxşar olduğu üçün biz sizi gözəl başa düşürük. Biz də imperializm, işğal və müharibə ilə üzləşmişik. Hazırkı reallıqlara baxanda görürük ki, dünyanın güc mərkəzləri olan dövlətlər müxtəlif regionları öz təsiri altına salmağa çalışır. Azərbaycan isə bir daha izah etdi ki, onun ərazilərini nəzarət altında saxlamağa çalışan qüvvələr öz niyyətlərini həyata keçirə bilməz”.

Yakub Koreyba dost Azərbaycan xalqına xoş arzularını çatdırıb: “Azərbaycan daim yeniliklər və modern həllər axtarışındadır. Ölkə öz xüsusiyyətlərini qoruyub saxlayıb. Son 30 il ərzində baş verən proseslərə baxmayaraq, dövlət öz mövcudluğunu qoruyub saxlamaqla yanaşı böyük inkişaf tempinə nail olub. Azərbaycana daima güclü olmağı arzu edirəm”.
Вчера, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Вчера, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
Вчера, 22:37
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
Вчера, 22:34
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
Вчера, 22:30
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
Вчера, 22:25
Tibb işçiləri ilə bağlı qərar: Maaşın 50 faizi miqdarında...
Вчера, 00:20
Hava durumu açıqlanıb
Вчера, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
Вчера, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
Вчера, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
2-05-2024, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
2-05-2024, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
2-05-2024, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
2-05-2024, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
2-05-2024, 17:09
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib