Azərbaycan xalqı daha bir tarixi hadisəyə imza atdı
Gündəm / Siyasət
Oxunub: 26
16 фев 2024 | 19:09

Məlum olduğu kimi 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri müasir tariximizin yeni qürurverici səhifəsi olaraq tariximizə yazıldı. Qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək dövlət başçımıza bir daha yüksək inam və etimad göstərdi. Azərbaycan xalqı öz müdrik seçimi ilə yeni qürurverici tarix yazmaqla yanaşı Zəfər seçkisi kimi dəyərləndirən bu əlamətdar hadisə ilə inkişafa, rifaha, əmin-amanlığa və güclü dövlətçiliyə səs verdi.
Cari ilin 14 fevral tarixində isə ölkənin ictimai-siyasi həyatında daha bir əlamətdar hadisə prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Mərasimdə cənab prezident hər zaman olduğu kimi dərin məzmunlu və konseptual çıxış edərək son 20 ildə əldə edilən uğurlar, qarşıdakı illərdə görüləcək işlər və strateji hədəflər haqqında bir sıra mühüm fikirlər səsləndirildi. Dövlətimizin başçısı eyni zamanda Azərbaycan cəmiyyətini düşündürən bir çox məqamlara aydınlıq gətirdi.
Ümumi olaraq Prezident İlham Əliyevin geniş məzmunlu nitqini son 20 ildə görülən işlərin və prezidentliynin yeni dövründə qarşıda duran vəzifələrin strateji məqsədlərini hədəfləyən hadisələrin bəyan və şərhi kimi dəyərləndirmək olar. Digər aspektdən dövlətimizin başçısının andiçmə mərasimindəki nitqi məhz ölkəmizin ötən dövrdə keçdiyi yolun təhlili əsasında qarşıdakı illərdə ayrı-ayrı sahələrdə görüləcək işlərin, güclü Azərbaycanın daha da qüdrətlənməsi üçün atılacaq addımların təqdimatı oldu.
Təbii ki, cənab prezident prezidentlik fəaliyyətinin bütün dönəmində xalqa layiqincə xidmət edərək verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Müzəffər Ali Baş Komandan kimi Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması ölkəmizin əsrin qalib ölkəsinə çevrilməsi onun həyata keçirdiyi tədbirlərin zirvəsini fəth etdi.
Cənab prezident 14 fevral tarixində Milli Məclisdə andiçmə mərasimində çıxışında bu məqama xüsusi toxunaraq qürurla qeyd etdi ki, “20 ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğurdan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”.
Dövlət başçısının çıxışanda diqqət çəkən digər məqam verdiyi vədlər arasında ilk növbədə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı səsləndirdiyi fikirlər oldu: “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Prezident İlham Əliyev qəhrəman oğullarımızın əziz xatirəsini dərin hörmətlə yad edərək onların şücaətini, fədakarlığını, qəhrəmanlığını yüksək qiymətləndirərək qeyd etdi ki, biz onların sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən bərpa edirik.
Cənab prezidentin çıxışında diqqət çəkən ən önəmli məqamlardan biri isə hər zaman qeyd etdiyi kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, ideoloji xəttin möhkəmləndirilməsi məsələsinin nitqində xüsusi yer alması idi: “Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur” – bununla bağlı səsləndirdiyi fikirlər bundan sonrakı dövrdə də davam etdiriləcək əsas məsələlərdəndir. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bir daha bu mövzu ilə bağlı çağırış etdi: “Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır” – deyə prezident vurğuladı.
Cənab prezidentin çıxışında daha bir diqqət çəkən məqam ölkənin tarixində əlamətdar hadisə Xankəndidə keçirilən seçkilərlə bağlı tarixi anlar və səsvermə prosesində Xankəndidə iştirak etməsi ilə bağlı oldu. Prezident İlham Əliyev qeyd etdi ki, mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Cənab prezident bir çox tarixi həqiqətləri yenidən xatırladaraq eyni zamanda vurğuladı ki, orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq bülleten deyildi. Bu erməni separatçılarının tabutuna vurulan son mismar idi. Cənab prezidentin səsləndirdiyi bu fikirlər Ermənistan və onun havadarlarına bir daha qətiyyətli mesaj olaraq ünvanlandı.
Cənab prezidentin qeyd etdiyi kimi artıq yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Və sözsüz ki, bu dövrün böyük nailiyyətləri olacaq, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş xalq olaraq daha böyük uğurlara imza atacaqdır.
Ali Baş Komandanımızın çıxışının sonunda qürurla qeyd etdiyi kimi biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Əminik ki, bütün bu uğurlarımız xalqımızı, dövlətimizi daha möhtəşəm nailiyyətlərə, qələbələrə və daha böyük Zəfərlərə doğru aparacaqdır!
Вчера, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Вчера, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
Вчера, 22:37
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
Вчера, 22:34
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
Вчера, 22:30
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
Вчера, 22:25
Tibb işçiləri ilə bağlı qərar: Maaşın 50 faizi miqdarında...
Вчера, 00:20
Hava durumu açıqlanıb
Вчера, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
Вчера, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
Вчера, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
2-05-2024, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
2-05-2024, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
2-05-2024, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
2-05-2024, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
2-05-2024, 17:09
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib