Prezident İlham Əliyev XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib
Gündəm / Siyasət
Oxunub: 41
21 фев 2024 | 21:33

Prezident İlham Əliyev XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli Zirvə Toplantısının iştirakçıları,

Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə ürəkdən salamlayıram.

Xoş ənənəyə çevrilmiş Avrasiya İqtisadi Zirvə Toplantısı dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı, regionumuzda və qlobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər platformadır.

Sürətlə transformasiyaya məruz qalan müasir dünyada ənənəvi təhdidlərlə yanaşı bəşəriyyəti narahat edən yeni çağırışların və təhlükələrin meydana gəlməsi regional və qlobal problemlərin həlli istiqamətində yeni yanaşmaların formalaşdırılmasını labüd edir. Bu baxımdan Zirvə Toplantısının hər il olduğu kimi builki gündəliyi, o cümlədən iqlim böhranı, ətraf mühit və enerji məsələlərinə həsr olunmuş sessiyası xüsusi aktuallıq kəsb edir.

Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri artıq həyatın bütün sahələrində özünü büruzə verir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir.

Bununla yanaşı, Azərbaycan Avrasiya regionunda dinamik inkişafı ilə səciyyələnən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük önəm verir. Azərbaycan inkişaf etmiş nəqliyyat-logistika infrastrukturuna malik etibarlı tranzit ölkə olaraq Avrasiyada regional əməkdaşlığın irəlilədilməsi, iqtisadi tərəqqinin təşviq edilməsi, qarşılıqlı bağlılığın gücləndirilməsi baxımından vacib rol oynayır.

Bu xüsusda ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətini vurğulamaq lazımdır. Qardaş Türkiyə ilə çoxşaxəli birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, regional əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə mühüm töhfə verir. Əminəm ki, xalqlarımızın qardaşlığı və birliyindən, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.

Eyni zamanda, Avrasiya İqtisadi Zirvə Toplantısının xüsusi sessiyasının Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr edilməsinin rəmzi mənası vardır. “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin əsasının qoyulmasına böyük töhfə vermiş mərhum Süleyman Dəmirəl Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin formalaşmasında, qardaşlığımızın möhkəmləndirilməsində mühüm rolu olan görkəmli dövlət xadimi olub. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

İnanıram ki, bu iclas Avrasiya regionunun davamlı inkişafı naminə qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, Zirvə Toplantısının işinə uğurlar diləyirəm".
Вчера, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Вчера, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
Вчера, 22:37
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
Вчера, 22:34
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
Вчера, 22:30
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
Вчера, 22:25
Tibb işçiləri ilə bağlı qərar: Maaşın 50 faizi miqdarında...
Вчера, 00:20
Hava durumu açıqlanıb
Вчера, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
Вчера, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
Вчера, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
2-05-2024, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
2-05-2024, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
2-05-2024, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
2-05-2024, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
2-05-2024, 17:09
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib