Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib
Gündəm / Siyasət
Oxunub: 33
4 мар 2024 | 20:52

Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Cənab prezident ilk növbədə Azərbaycan və Albaniya arasında iki dost ölkə olaraq münasibətlərdən bəhs edərək qeyd edib ki, “Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Bizim cənab Baş nazirlə istər Azərbaycan, istər Albaniya, istərsə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimizin müntəzəm gündəliyi var. Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir.
Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Hazırda isə biz enerji əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edirik. Əminəm ki, cənab Baş nazirlə bugünkü müzakirəmiz zamanı gündəlikdə duran bütün məsələləri əhatə edəcəyik.” Prezident İlham Əliyev eyni zamanda bildirdi ki, Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir-şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev eyni zamanda qeyd etdi ki, “Gülüstan” sarayında sonuncu-1 il əvvəlki görüşümüzdən bu yana bir neçə mühüm hadisələr baş vermişdir. Ötən il baş verən hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
Növbəti nailiyyət hesab etdiyimiz digər hadisə isə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir.
Müasir dövrdə dünyada diqqət edilən əsas məqamlardan biri tərəfdaşlıqda etibarlı davranmaqdır. Bu baxımdan Azərbaycan müsbət mənada hər zaman fərqlənir. Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Dövlət başçısının bildirdiyi kimi qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Bu mənada xüsusi olaraq vurğulamaq lazımdır ki, Cənub Qaz Dəhlizi sadəcə bir enerji layihəsi deyil. Prezidentin çıxışı əsnasında qeyd etdiyi kimi bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.
Azərbaycan həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən bir il ərzində bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışı olan ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırılır.
Ölkəmiz ənənəvi enerji resurslarının istehsalçısı olsa da, yaşıl enerjinin inkişafı istiqamətində də əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Belə bir mötəbər tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi bir tərəfdən ölkəmizə olan beynəlxalq etimaddırsa, digər tərəfdən Bakının güclü yaşıl gündəliyə malik olmasıdır. Prezident İlham Əliyev çıxışında bu məqama toxunaraq diqqətə çatdırdı ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.
Beləliklə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının keçirilməsi tarixi iclas olaraq ölkəmizin iqtisadi qüdrətinin təsdiqi və nümayişi olaraq yadda qaldı.
Вчера, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Вчера, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
Вчера, 22:37
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
Вчера, 22:34
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
Вчера, 22:30
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
Вчера, 22:25
Tibb işçiləri ilə bağlı qərar: Maaşın 50 faizi miqdarında...
Вчера, 00:20
Hava durumu açıqlanıb
Вчера, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
Вчера, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
Вчера, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
2-05-2024, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
2-05-2024, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
2-05-2024, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
2-05-2024, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
2-05-2024, 17:09
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib