Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi
Gündəm / Siyasət
Oxunub: 81
5 мар 2024 | 10:30

Tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası ötən 32 il ərzində böyük inkişaf yolu keçib, çoxşaxəli fəaliyyət göstərib, qələbələr partiyası olaraq ad qazanıb.Yeni Azərbaycan Partiyası hər zaman islahatlara böyük əhəmiyyət verib. Bu gün partiyanın Sədri, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq bu islahatlar uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyasının bu günə kimi keçirdiyi qurultayların hər biri ayrı- ayrılıqda mühüm məqamlarla yadda qaldığı kimi, 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı da islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir.
Bu bir reallıqdır ki, Partiyamızın 2018- ci ildə keçirilmiş VI qurultayından ötən dövr ərzində ölkəmizdə olduqca mühüm, tarixi hadisələr , parlament və prezident seçkiləri keçirilib, Azərbaycan ərazi bütövlüyünü bərpa edərək , regionda yeni reallıqlar yaradıb. Bu reallıqların fonunda ölkəmizdə bütün sahələrdə olduğu kimi, hakim partiya olan Yeni Azərbaycan Partiyasında da islahatların aparılması zərurət idi.
5 mart 2021-ci il tarixində keçirilmiş qurultayda çıxış edən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Partiyanın yaranmasından, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib, keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, görülmüş işləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
“Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”,- deyən Prezident İlham Əliyev eyni zamanda, qarşıya çox mühüm vəzifələrin qoyulduğunu, bu vəzifələrin partiyanın və ölkəmizin inkişafı, qarşıda duran hədəflərə çatmaq baxımından müstəsna önəm daşıdığını vurğulayıb.
YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amillərdən biri və ən əsası Qurultayda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olunması oldu. Eyni zamanda hörmətli Tahir Budaqovun YAP Mərkəzi Aparatına rəhbər təyin edilməsi idarəetmənin təkmilləşdirilməsi üçün vacib addım oldu.
VII Qurultayda Partiyanın yeni Nizamnaməsinin təsdiq olunması, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilməsi, İdarə Heyəti və Təftiş Komissiyasının üzvlərinin, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilməsi partiyamızın gələk fəaliyyətinin daha da effektiv, daha uğurlu olması istiqamətində atılan addımlardan oldu. VII qurultaydan sonra Partiyanın Proqramının təsdiq edilməsi də olduqca mühüm məqamlardandır.
Ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətlərin öz müsbət həllini tapması da Qurultayda yadda qalan önəmli hadisələrdən biri oldu.
VII qurultay nəinki ölkəmizin, eləcə də Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Partiyanın daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail olması və siyasi təşkilat olaraq daha da güclənməsi VII qurultayda alınan qərarların nəticəsidir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Вчера, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Вчера, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
Вчера, 22:37
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
Вчера, 22:34
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
Вчера, 22:30
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
Вчера, 22:25
Tibb işçiləri ilə bağlı qərar: Maaşın 50 faizi miqdarında...
Вчера, 00:20
Hava durumu açıqlanıb
Вчера, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
Вчера, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
Вчера, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
2-05-2024, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
2-05-2024, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
2-05-2024, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
2-05-2024, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
2-05-2024, 17:09
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib