Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
Gündəm / Hadisə
Oxunub: 23
26 апр 2024 | 22:42









Göyçay rayon Heydər Əliyev Mərkəzində dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü olmuş Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub.

Dəyirmi masa ətrafında keçirilən tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım tanınmış həkim, istedadlı insan, məşhur alim olmaqla yanaşı, eyni zamanda valideynlərinə layiqli bir övlad, sədaqətli ömür yoldaşı, qayğıkeş ana idi. O, Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətənin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur.

Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə nəcib Azərbaycan qadını, fədakar ana obrazı görünür. Zərifə xanımın xalqımıza ən böyük töhfəsi son 20 ildə Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir, müstəqil Azərbaycanın daha da inkişaf edib çiçəklənməsinə, dünyada layiqli yer tutmasına nail olan, əsl vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı, xalqımıza bəxş etdiyi övladı möhtərəm prezidentimiz İlham Əliyevdir.

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanın zəngin elmi irsi, apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir azərbaycanlı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Sonda məktəblilər Dəniz və Murad Zərifə xanım Əliyevaya həsr edilmiş şeirlər söyləyib və videoçarx nümayiş edilib.
Вчера, 22:17
“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib
Вчера, 17:34
COP29 tədbirinə ayrılan xəstəxanalar AÇIQLANDI
Вчера, 17:28
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı
Вчера, 17:25
Cənubi Qafqazda sülh və təhlükəsizlik olmalıdır
5-05-2024, 23:55
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb
5-05-2024, 23:53
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
5-05-2024, 12:45
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)
4-05-2024, 23:31
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi
4-05-2024, 23:25
Sərəncamı sahibkarlığa və sahibkarlara verdiyiniz dəstəyin bir növü hesab edirəm
4-05-2024, 23:15
Tibb elmləri üzrə fəlsəfə doktoru Samir Cavadov ”Tərəqqi" medalına layiq görülüb
4-05-2024, 14:12
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
4-05-2024, 13:30
Forum mədəniyyətlərarası dialoq üçün çox mühüm beynəlxalq platformadır
3-05-2024, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
3-05-2024, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
3-05-2024, 22:37
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
3-05-2024, 22:34
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
3-05-2024, 22:30
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
3-05-2024, 22:25
Tibb işçiləri ilə bağlı qərar: Maaşın 50 faizi miqdarında...
3-05-2024, 00:20
Hava durumu açıqlanıb
3-05-2024, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
3-05-2024, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
3-05-2024, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
2-05-2024, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
2-05-2024, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
2-05-2024, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
2-05-2024, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
2-05-2024, 17:09
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib