Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
Gündəm / Hadisə
Oxunub: 86
26 апр 2024 | 22:45


Göyçay şəhərində Xalq şairi Rəsul Rzanın ev-muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “100 illik şanlı tarix” adlı tədbir olub.

Muzeydən Göyçay informasiya agentliyinə bildirilib ki, tədbirdə çıxış edən Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin dil-ədəbiyyat müəllimi Ramilə Səlimova Naxçıvanın qədim tarixi, maddi – mədəniyyət abidələri ilə zəngin olduğunu deyib. Qeyd edib ki, Atabəylər və Möminə Xatun məqbərələri Azərbaycan memarlığının nadir incilərindən hesab edilir.

“Görkəmli fikir, söz bahadırları, siyasi, hərbi xadimlər, tişə və fırça ustaları dünyaya Naxçıvanda göz açıblar. Ümummilli Lider Heydər Əliyev, unudulmaz Zərifə xanım Əliyeva və görkəmli dövlət xadimi Əziz Əliyev qədim Naxçıvan torpağının Azərbaycana və bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdəndir”, - deyə R.Səlimova vurğulayıb.

Natiq məruzəsində bədii nəsr ədəbiyyatımızda yeni ədəbi hadisə sayılan, öz fəaliyyətində daim vətənə xidməti həyat fəlsəfəsinə çevirən Cəlil Məmmədquluzadə və yaradıcısı olduğu “Molla Nəsrəddin” jurnalından da bəhs edib.

Tədbirdə tələbələr “Azərbaycanın Uralı, şah damarı Naxçıvan”, “Təbii bulaqlar muzeyi Naxçıvan” adlı məruzələrlə çıxış ediblər.

Sonda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub, Naxçıvanın ədəbi mühitinin nümayəndələrinin nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.
Сегодня, 15:49
"Sən elə bir zirvəsən ! " adlı tədbir keçirilib
Вчера, 22:17
“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib
Вчера, 17:34
COP29 tədbirinə ayrılan xəstəxanalar AÇIQLANDI
Вчера, 17:28
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı
Вчера, 17:25
Cənubi Qafqazda sülh və təhlükəsizlik olmalıdır
5-05-2024, 23:55
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb
5-05-2024, 23:53
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
5-05-2024, 12:45
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)
4-05-2024, 23:31
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi
4-05-2024, 23:25
Sərəncamı sahibkarlığa və sahibkarlara verdiyiniz dəstəyin bir növü hesab edirəm
4-05-2024, 23:15
Tibb elmləri üzrə fəlsəfə doktoru Samir Cavadov ”Tərəqqi" medalına layiq görülüb
4-05-2024, 14:12
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
4-05-2024, 13:30
Forum mədəniyyətlərarası dialoq üçün çox mühüm beynəlxalq platformadır
3-05-2024, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
3-05-2024, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
3-05-2024, 22:37
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
3-05-2024, 22:34
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
3-05-2024, 22:30
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
3-05-2024, 22:25
Tibb işçiləri ilə bağlı qərar: Maaşın 50 faizi miqdarında...
3-05-2024, 00:20
Hava durumu açıqlanıb
3-05-2024, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
3-05-2024, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
3-05-2024, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
2-05-2024, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
2-05-2024, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
2-05-2024, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
2-05-2024, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı