2 fevral Azərbaycan Gəncləri Günüdür
Gündəm / Cəmiyyət
Oxunub: 44
1 фев 2024 | 21:10

Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən həmin tarixi gün Gənclər Günü elan edilib və həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla təsis olunan bu əlamətdar gün gənclərimizin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir.
Azərbaycan gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər hər zaman gənc nəsilə qayğısını və diqqətini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edirdi. Dahi şəxsiyyət hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırılmasında ölkə gəncliyinin potensialına ehtiyac duyulduğunu hər kəsdən yaxşı bilir və düzgün qiymətləndirirdi. Məhz bu potenaislın reallaşdırılmasına şərait yaratmaq məqsədi ilə Ulu Öndər müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə bir çox mühüm sənədlər imzalayıb.
Ulu Öndərin gənclərlə bağlı imzaladığı mütərəqqi sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Təbii ki, bu istiqamətdə həyata keçirilən ən mühüm addım müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə 1994-cü il 26 iyul tarixli Fərman ilə Gənclər və İdman Naziriliyi strukturunun yaradılması, gənclərlə bağlı Forumların, layihələrin, stimullaşdırıcı tədbirlərin və digər istiqamətdə bir çox həyata keçirilən əsaslı təşəbbüslər olmuşdur.
Bu gün Azərbaycanın Gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib. Günbəgün uğurlara imza atan dövlətimiz regionun lider dövləti olmaqla yanaşı, eyni zamanda mütərəqqi gənclər siyasəti ilə də dünyada fərqlənir. Heç şübhəsiz ki, burada əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən Gənclər Siyasəti əsas rol oynayır.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il hakimiyyətə qayıdışı ilə gənc nəsilə diqqətin göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin gənclərlə bağlı imzaladığı fərmanlar, sərəncamlar, onların fəaliyyətini stimullaşdıran tədbirlərin həyata keçirilməsi Gənclər siyasətinin bugünki uğurlarının təməli oldu. Ulu Öndər böyüməkdə olan gənc nəsilə qayğını hər zaman önə çəkirdi.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər gənclərimiz qarşısında tarixi bir vəzifə qoydu. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”
Forumlarda mütəmadi olaraq çıxış edən Ümummilli liderimizin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.
1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevral tarixinin Gənclər Günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çoxsaylı Dövlət Proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi də bu siyasətin nəticəsidir. Bu gün ölkəmizdə həyata keçirilən Gənclər siyasəti, bu sahədə atılan addımlar, qəbul olunan qərarlar prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu strategiyasının təzahürüdür. İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, hazırda ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən Gənclər siyasəti Azərbaycanda həyata keçirilən və bütün digər sahələri də əhatə edən ümumi inkişaf strategiyasının mühum tərkib hissəsidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlərin həyata keçirilməsi təbii ki, dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Əgər Azərbaycan gəncliyi bu gün ölkənin ictimai-siyasi həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsə, siyasi, iqtisadi, humanitar, sosial layihələrin həyata keçirilməsində mühüm rol oynayırsa, bu birbaşa dövlət gənclər siyasətinin effektivliyinin göstəricisidir. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünə, öz gücünə, potensialına inam hissi artıb və bu eyni zamanda hər bir Azərbaycan gəncində onların bu ölkə üçün dəyərli vətəndaş olmaları inamını daha da gücləndirib.
Cənab prezidentin qeyd etdiyi kimi - indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
Tam əminliklə demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq və sözsüz ki, bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi qalib ölkənin qalib Lideri prezident İlham Əliyevdir.
Tarixi Zəfərimiz, Vətən müharibəsində qazandığımız şanlı Qələbəmiz Vətən uğrunda mətanətlə vuruşan gənclərimizin qəhrəmanlıq salnaməsidir. Rəşadətli Azərbaycan ordusunun sıralarındakı mübariz gənclərimiz fədakarlıq, şücaət nümayiş etdirərək xalqımızın ən yeni tarixinə adlarını qızıl həriflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Məhz müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Vətən müharibəsində iştirak etmiş hər bir igid Azərbaycan gəncinə xalqımız minnətdardır. Və sözsüz ki, bu, Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Onların məhz fədakarlığı, qəhrəmanlığı, şücaəti sayəsində vətənimiz, torpaqlarımız bütövləşdi, Şanlı Zəfərimiz əbədiləşdi.
Təbii ki, bu gündə bu missiya uğurla davam etdirilməldir. Vətənə bağlılıq, Vətənə sevgi Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır.
Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.
Сегодня, 14:12
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
Сегодня, 13:30
Forum mədəniyyətlərarası dialoq üçün çox mühüm beynəlxalq platformadır
Вчера, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Вчера, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
Вчера, 22:37
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
Вчера, 22:34
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
Вчера, 22:30
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
Вчера, 22:25
Tibb işçiləri ilə bağlı qərar: Maaşın 50 faizi miqdarında...
Вчера, 00:20
Hava durumu açıqlanıb
Вчера, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
Вчера, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
Вчера, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
2-05-2024, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
2-05-2024, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
2-05-2024, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
2-05-2024, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
2-05-2024, 17:09
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb