Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi
Gündəm / Siyasət
Oxunub: 24
5 фев 2024 | 21:24

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibəti ilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi, bunun Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd etdi və eyni zamanda labüd reallığın regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğuladı.
Dövlətimizin başçısı görüş zamanı çıxışı əsnasında Azərbaycan və Ermənistan arasında münasibətlərin hazırki vəziyyəti, Avropa Şurasının ölkəmizə qarşı qərəzli və riyakar davranışı və bu xüsusda bir çox vacib məqamlara aydınlıq gətirdi.
Prezident İlham Əliyev fəaliyyətsizliyi ilə Azərbaycan xalqının yaddaşında qalmış Minsk qrupunun 28 il ərzində münaqişənin həlli istiqamətində heç bir uğurlu nəticə əldə edə bilmədiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, həmin dövr ərzində Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.
Prezident İlham Əliyev eyni zamanda diqqətə çatdırdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
Dövlətimizin başçısı Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanatın çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son üç ildə Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirdi. Prezident İlham Əliyev eyni zamanda ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğuladı.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Prezident İlham Əliyev bu xüsusda qeyd etdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.
Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Dövlətimizin başçısı bildirdi ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxta həyata keçirilməsinin vacibliyini bildirən ölkə başçısı vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkə daxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.
Görüş zamanı dövlətimizin başçısı çıxışı əsnasında digər vacib məqamlara toxunaraq Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intiriqaların təşəbbüskarı olduğunu deyən prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı.
Dövlət başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədi ilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğuladı. Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Görüş zamanı Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədirliyi münasibəti ilə də təbriklərini çatdırdı, ölkəmizin hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü təqdir etdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzunun artırılması, yeni əməkdaşlıq sahələrinin yaradılması, bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslərlə çıxış etdiyini vurğuladı.

Сегодня, 21:13
“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib
Сегодня, 20:22
Slovakiya Respublikasının Baş nazirinin rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin artıq yeni müstəvidə, strateji tərəfdaşlıq formatında inkişafına başlanğıc vermiş oldu
Сегодня, 16:38
Mayın 12-də 25 minə yaxın şagird imtahan verəcək
Сегодня, 16:14
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Сегодня, 13:18
Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb
Сегодня, 13:11
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub
Сегодня, 13:06
Göyçayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
Вчера, 22:16
Bolqarıstan Prezidenti Azərbaycandadır
Вчера, 22:09
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
Вчера, 22:03
Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub
Вчера, 21:54
Göyçayda şəhidləri ziyarət etdilər
Вчера, 19:18
Yağışlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama
Вчера, 18:56
Prezident İlham Əliyev sərəncam və fərman imzaladı
Вчера, 16:28
Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək
Вчера, 15:49
"Sən elə bir zirvəsən ! " adlı tədbir keçirilib
6-05-2024, 22:17
“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib
6-05-2024, 17:34
COP29 tədbirinə ayrılan xəstəxanalar AÇIQLANDI
6-05-2024, 17:28
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı
6-05-2024, 17:25
Cənubi Qafqazda sülh və təhlükəsizlik olmalıdır
5-05-2024, 23:55
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb
5-05-2024, 23:53
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
5-05-2024, 12:45
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)
4-05-2024, 23:31
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi
4-05-2024, 23:25
Sərəncamı sahibkarlığa və sahibkarlara verdiyiniz dəstəyin bir növü hesab edirəm
4-05-2024, 23:15
Tibb elmləri üzrə fəlsəfə doktoru Samir Cavadov ”Tərəqqi" medalına layiq görülüb
4-05-2024, 14:12
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
4-05-2024, 13:30
Forum mədəniyyətlərarası dialoq üçün çox mühüm beynəlxalq platformadır