Prezident İlham Əliyev: Daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq
Gündəm / Siyasət
Oxunub: 22
5 фев 2024 | 21:32

Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq.

Bu barədə Prezident İlham Əliyevin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ötən ilin fevralında baş vermiş zəlzələnin ildönümü ilə bağlı göndərdiyi məktubda deyilir.

"Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi.

Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq.

Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik", - deyə məktubda qeyd olunub.
Сегодня, 16:38
Mayın 12-də 25 minə yaxın şagird imtahan verəcək
Сегодня, 16:14
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Сегодня, 13:18
Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb
Сегодня, 13:11
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub
Сегодня, 13:06
Göyçayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
Вчера, 22:16
Bolqarıstan Prezidenti Azərbaycandadır
Вчера, 22:09
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
Вчера, 22:03
Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub
Вчера, 21:54
Göyçayda şəhidləri ziyarət etdilər
Вчера, 19:18
Yağışlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama
Вчера, 18:56
Prezident İlham Əliyev sərəncam və fərman imzaladı
Вчера, 16:28
Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək
Вчера, 15:49
"Sən elə bir zirvəsən ! " adlı tədbir keçirilib
6-05-2024, 22:17
“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib
6-05-2024, 17:34
COP29 tədbirinə ayrılan xəstəxanalar AÇIQLANDI
6-05-2024, 17:28
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı
6-05-2024, 17:25
Cənubi Qafqazda sülh və təhlükəsizlik olmalıdır
5-05-2024, 23:55
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb
5-05-2024, 23:53
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
5-05-2024, 12:45
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)
4-05-2024, 23:31
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi
4-05-2024, 23:25
Sərəncamı sahibkarlığa və sahibkarlara verdiyiniz dəstəyin bir növü hesab edirəm
4-05-2024, 23:15
Tibb elmləri üzrə fəlsəfə doktoru Samir Cavadov ”Tərəqqi" medalına layiq görülüb
4-05-2024, 14:12
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
4-05-2024, 13:30
Forum mədəniyyətlərarası dialoq üçün çox mühüm beynəlxalq platformadır
3-05-2024, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
3-05-2024, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ