Xankəndidə hərbi parad: Cənab prezident İlham Əliyevin liderliyi altında bu şanlı tarixin şahidləriyik"
Gündəm / Siyasət
Oxunub: 39
13 ноя 2023 | 11:05

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
Dövlətimizin başçısı Xankəndi şəhərində keçirilən paradda çıxış edib.
Xankəndi şəhərində 8 noyabr – Zəfər Bayramının üçüncü ildönümünə həsr olunan paradın keçirilməsi Azərbaycanın müasir tarixinə ən qürurverici günlərdən biri kimi yazıldı. Bu tarixi gün Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaqdır.
Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü il dönümünə həsr olunan hərbi paradın keçirilməsi Azərbaycanın gücünün bütün dünyaya növbəti nümayişi olmaqla yanaşı, uzun müddət hərbi xunta rejiminin yuvasına çevrilən Xankəndidə qalib ordunun Zəfər paradı bütün anti-Azərbaycan qüvvələri üçün ərazi bütövlüyümüzün yekun möhürü oldu.
2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının etimad göstərərək ölkə prezidenti seçdiyi cənab İlham Əliyev həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqına söz vermişdi ki, gün gələcək Azərbaycanın bayrağı işğal altında olan torpaqların hər bir guşəsində dalğalanacaq. Möhtərəm dövlət başçımız ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcəyinə söz vermişdi və bu vədinə də bütün əməli fəaliyyətləri ilə sadiq olduğunu sübut etdi. Cənab prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, o, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O sübut etdi ki, onun sözü imzası qədər keçərlidir. O göstərdi ki, nəyi necə nə vaxt etmək lazımdır yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Prezident İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik.
Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Şuşa zəfərindən sonra düşmən faktiki olaraq kapituliyasiyaya hazır idi. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim doğru seçimimiz idi və noyabrın 8-də Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradın keçirilməsi bir daha onu göstərdi ki, həmin gün qəbul etdiyimiz qərar düzgün addım idi. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Bu şərt Ermənistanın imzaladığı kapituliyasiya aktında birbaşa Prezident İlham Əliyevin tələbi ilə təsbit olunmuşdur. Ölkə prezidenti, Ali Baş Komandan yaxşı bilirdi ki, gün gələcək Xankəndidə, Xocalıda, Ağdərədə və bütün digər ərazilərdə Azərbaycan Bayrağı qaldırılacaqdır.
Cənab Ali Baş Komandan çıxışında Azərbaycanın hərbi qüdrətini durmadan artırdığını diqqətə çatdırdı və tarixi Zəfərimizə gedən yolu bir daha geniş şəkildə şərh etdi. Cənab prezident vurğuladı ki, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq anlamağa başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Aparılan uğurlu siyasət nəticəsində biz ərazi bütövlüyümüzü bərqərar etdik, dövlət suverenliyimizi bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılara yer olmayacaq. Bütün bunların səbəbkarları isə bu gün bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı, canı bahasına biz bu Qələbəni əldə etmişik.
Əlbəttə ki, ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi qələbəyə aparan başlıca amillərdən idi. Ölkə rəhbəri Azərbaycan əsgərinin şücaətini, qəhrəmanlığını yüksək dəyərləndirərək xüsusi olaraq vurğuladı ki, nə qədər silahın, sursatın olsa belə, nə qədər müasir texnalogiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə 6 müdafiə zolağını yararaq, döşənmiş 1 milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir. Əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin paradda çıxışı, səsləndirdiyi bəyanatlar eyni zamanda düşmənə və onun havadarlarına torpağın əsl sahibinin kim olduğunu xatırlatmaqla yanaşı, onların revanşist hislərini, məkrli planlarını bir kənara qoymaları üçün ciddi mesaj idi.
Beləliklə, ölkə başçısının Xankəndi paradında çıxışı, səsləndirdiyi bəyanatlar bizə bir daha qalibiyyətimizin, yenilməzliyimizin qürurunu yaşatdı. Azərbaycan lideri İlham Əliyev həm prezident, həm də Ali Baş Komandan kimi Zəfər Gününə daha bir Zəfər bayramı əlavə etdi. Və bu tarixi gün Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaqdır.





Сегодня, 14:12
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
Сегодня, 13:30
Forum mədəniyyətlərarası dialoq üçün çox mühüm beynəlxalq platformadır
Вчера, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Вчера, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
Вчера, 22:37
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
Вчера, 22:34
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
Вчера, 22:30
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
Вчера, 22:25
Tibb işçiləri ilə bağlı qərar: Maaşın 50 faizi miqdarında...
Вчера, 00:20
Hava durumu açıqlanıb
Вчера, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
Вчера, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
Вчера, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
2-05-2024, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
2-05-2024, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
2-05-2024, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
2-05-2024, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
2-05-2024, 17:09
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib
29-04-2024, 21:14
Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır
29-04-2024, 14:35
Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29-04-2024, 14:30
Böyük ehtiramın və dəstəyin göstəricisi
28-04-2024, 14:15
Prezident sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif etdi - Siyahı
28-04-2024, 13:47
Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur
28-04-2024, 13:44
Həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb