Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun ad günü qeyd edildi
Şəhidlərimiz
Oxunub: 137
14 авг 2023 | 20:44

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Polkovnik-Leytenant Vidadi Xəlilovun ad günü məzarı önündə qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, ictimaiyyət nümayəndələri, şəhid ailələrin üzvləri iştirak edirdilər.

Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Mərasimdə çıxış edənlər şəhidin ailəsinə baş sağlığı verərək, dövlətimiz tərəfindən Şəhid Polkovnik-Leytenanta verilən təltiflərdən, qayğı və diqqətdən bəhs edib. Şəhid Vidadi Xəlilovun keçdiyi qısa və mənalı həyat yolundan söz açılıb, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəyi bildirilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Xatırladaq ki, şəhid Vidadi Xəlilov 16 iyul 1982-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyaya daxil olmuş, 2003-cü ildən zabit kimi N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 30 oktyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad, olunmasına görə", “Laçının azad olunmasına görə” və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.









Сегодня, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
Сегодня, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib
Сегодня, 22:45
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
Сегодня, 22:42
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
Сегодня, 22:32
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
Сегодня, 20:43
COP29 və Azərbaycan üçün yaşıl baxış
Сегодня, 12:35
"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
Сегодня, 01:39
Yaz tətili açıqlanıb
Вчера, 16:06
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı, möhkəm təmələ əsaslanır
Вчера, 11:32
“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək
Вчера, 11:28
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Hesabat-seçki Konfransı keçirilmişdir
Вчера, 11:24
Ağac və gülləri yaşılıqları qoruyaq!
Вчера, 11:20
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılıb
Вчера, 11:18
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb
Вчера, 11:16
Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
Вчера, 11:13
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirildi
24-04-2024, 22:28
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
23-04-2024, 23:10
Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı
22-04-2024, 22:57
Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
19-04-2024, 20:50
Göyçayda şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib.
19-04-2024, 01:43
Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır
19-04-2024, 01:18
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
18-04-2024, 22:57
Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib
18-04-2024, 22:51
Qubadlı Şıxlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
18-04-2024, 22:42
Göyçayda "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib
18-04-2024, 22:38
Çaxırlı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu
17-04-2024, 22:04
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ