"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
Gündəm / Siyasət
Oxunub: 23
26 апр 2024 | 12:35

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan Qırğızıstanla Azərbaycan arasında münasibətlər qarşılıqlı tərəfdaşlıq istiqamətində həyata keçirilir.
Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə yeni bir dinamizm gətirib. Həmin səfərlər çəvçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ölkələrimiz arasında ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafı, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat və energetika sahələrində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradıb.
Bu baxımdan Qırğısıtan prezidenti Sadır Japarovun Azərbaycana cari ilin 24 aprel tarixində rəsmi səfəri münasibətlərimizin inkişafı istiqamətində, əməkdaşlığımızın gücləndirilməsi baxımından müsbət nəticələrə gətirib çıxaracaq.
Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər eyni zamanda qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.
Təbii ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi hər iki dövlət başçısının apardığı uğurlu siyasətindən qaynaqlanır. “Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP-29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir” – deyə Prezident ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bundan sonrakı mərhələdə də inkişafının əhəmiyyəti nöqteyi-nəzərindən bir çox məqamlara aydınlıq gətirdi.
“Çox şadam ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Ticarət dövriyyəsinin dəfələrlə artmasına dair bu gün rəqəmlər səsləndirildi. Baxmayaraq ki, mütləq rəqəmlər hələ də çox böyük deyil. Amma potensialın artması tendensiyası mövcuddur. Bu gün, həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə Fondu haqqında Sazişə əlavə imzalandı. Biz Nizamanə Fondunu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırdıq. Başlıca səbəb odur ki, çoxlu müraciət var. Bizə məruzə edildi ki, Qırğızsıztanda investisiya layihələrinin həyata keçirilməsi üçün Fonda 40-dan çox müraciət daxil olub. Ona görə də düşünürəm ki, 100 milyon dollarda son hədd deyil. Biz müvafiq hökumət strukturlarına birgə İnvestisiya fondu çərçivəsində layihələrinin həyata keçirilməsi mexanizmının daha tez reallaşdırmaq üçün birlikdə tapşırıqlar verdi” – Prezident əlavə etdi.
Heç şübhəsiz ki, dövlət başçılarının bəyanatlarında səsləndirdikləri fikirlər, eləcə də imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin yeni, daha sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olacaq.
Cənab Prezidentin qeyd etdiyi kimi, səfərin yekunu ölkələrimiz, xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin möhkənləndirilməsi işinə mühüm töhfələr verəcək.


Вчера, 23:55
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb
Вчера, 23:53
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
Вчера, 12:45
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)
4-05-2024, 23:31
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi
4-05-2024, 23:25
Sərəncamı sahibkarlığa və sahibkarlara verdiyiniz dəstəyin bir növü hesab edirəm
4-05-2024, 23:15
Tibb elmləri üzrə fəlsəfə doktoru Samir Cavadov ”Tərəqqi" medalına layiq görülüb
4-05-2024, 14:12
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
4-05-2024, 13:30
Forum mədəniyyətlərarası dialoq üçün çox mühüm beynəlxalq platformadır
3-05-2024, 22:42
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
3-05-2024, 22:39
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
3-05-2024, 22:37
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
3-05-2024, 22:34
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
3-05-2024, 22:30
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
3-05-2024, 22:25
Tibb işçiləri ilə bağlı qərar: Maaşın 50 faizi miqdarında...
3-05-2024, 00:20
Hava durumu açıqlanıb
3-05-2024, 00:17
"N. Gəncəvi və digər mütəfəkkirlərin yaradıcılıgında ətraf mühit" mövzusunda konfrans keçirilib
3-05-2024, 00:02
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
3-05-2024, 00:00
Prezidentdən Heydər Əsədovla bağlı - Sərəncam
2-05-2024, 23:58
Bu şəxslər birdəfəlik maddi yardım alacaq
2-05-2024, 23:57
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
2-05-2024, 17:32
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
2-05-2024, 17:27
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
2-05-2024, 17:09
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
30-04-2024, 19:08
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
30-04-2024, 18:59
Münasibətlərinin möhkəmləndirilməsinə töhfə
30-04-2024, 13:17
Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
30-04-2024, 13:11
Füzuli irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir!” adlı tədbir keçiriib