Göyçayda 21 iyul Milli Mətbuat günü qeyd olunub
Gündəm / Tədbirlər
Oxunub: 127
12 авг 2023 | 00:11
















Göyçay rayonunda 21 iyul Milli Mətbuat günü qeyd olunub.

Görüşdə Azpress informasiya agentliyi, Devlet.info.az, Demiryumruq.az sayıtlarının, "Dövlət press", "Respublika xəbərləri" qəzetlərinin təsisçi və baş redaktoru Anar Nağıyev, Azadsöz.az xəbər saytının təsisçisi və baş redaktoru Səbuhi Eltonlu, AJB-nin və AYB-nin üzvü, tarixçi, prezident təqaüdçüsü, şair, yazıçı, jurnalist Aqil Kəngərli, “Həftəlik Azərbaycan” Media Qrupunun rəhbəri, jurnalist Aqil Mahmudov, mədəniyyət işçisi, video- operator Arif Heydərov, jurnalistlər-Günel İsayeva, “APA Holding” MMC in bölgə müxbiri, jurnalist Şahnəzər Bəşirov, ictimai-tv bölgə müxbiri, jurnalist Rəşad Rəşidov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, şəhid ataları Akif Kərimov, Ərəstun Əliyev, İlyas Nadirov, Əkbər Qaçayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Çoşqun İsmayılov iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Milli Mətbuat günü münasibətilə Göyçay şəhər Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəmanların məzarları önünə tər qərənfillər düzərək, ruhları dərin ehtiramla yad olunub.

Dəyirmi masa, çay süfrəsi ətrafında davam edən görüşdə Milli Mətbuatın yaranmasının 148 ci ildönümü münasibətilə mətbuat nümayəndələrini təbrik edən tədbirin təşkilatçısı, jurnalist, hüquqşünas, "Qızıl qələm", Araz, H.B.Zərdabi ali media mükafatçısı Anar Nağıyev çıxış edərək Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmasını diqqətə çatırdı. Çıxışında mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdiyini bildirərək, rayon icra hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd etdi. A.Nağıyev Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayaraq, “Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzində olmasını, mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atıldığını bildirdi.
Hüquqşünas-jurnalist Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdiyini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdığını, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınması bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir”, - deyə əlavə edib.
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və dərinləşdirilməsinə imkan verəcək.
Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Qırx dörd günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
Qələm sahibləri, mətbuat nümayəndələri, jurnalistlərin cəmiyyətdə fəaliyyəti , dördüncü hakimiyyətin rolu mövzusuna diqqət yetirərək, 44 gün Vətən Müharibəsi zamanı Göyçay mətbuatının tarixi günləri, gündəlik baş verən hadisələri işıqlandırmasınln əhəmiyyətindən məlumat verdi. Göyçay informasiya agentliyinin, Nar Tv fəaliyyətinə diqqət çəkdi. Torpaq üzərində gəzən, nəfəs alıb yaşayanların tərəfindən işəhidlərin heç vaxt unudulmayacağını, ziyarət yerimiz olan məkanlarımızın daim yad olunmasını, Şəhid ailələrinin, Qazilərimiz yanında olmağının vacibliyini bildirdi. Növbəti dəfə rayon səviyəsində bu kimi görüşlərin keçirilməsini təklif edən natiq Göyçay rayonundan əsil qələm sahiblərini, jurnalist, yazıçı, şairlərə qarşı qayğının bundan sonrada daim diqqətdə saxlanılmasını arzulayan Anar Nağıyev çıxışının sonunda təsüf hissi ilə bu günkü tədbirə müxtəlif səbəblərdən qoşula bilməyən mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik etdi.

Şəhid ailələrinə Qayğı cəmiyyətinin Göyçay rayon təşkilatının sədri Eldəniz Rüstəmov dövlətimizin şəhid ailələrinə göstərilən qayğı, dəstək barədə danışaraq, daimi şəhid ailələrinə, Qarabağ qazilərinə müharibə vetranlarına diqqətdə göstərilməli olduğunu bildirdi. Bu gün keçirilən jurnalistlərin peşə bayramı münasibətilə jurnaıist peşəsini yüksək tutan, qələm sahiblərini təbrik edən Vətən müharibəsi qazisi E. Rüstəmov təbrin təşkilatçılarına minətdarlığın bildirdi.

Tarixçi, araşdırmaçı, AYB, AJB in üzvü, Prezident təqaüdçüsü, Xocalı tanıtım ictimai birliyinin Şirvan regionu üzrə kordinatoru, Azərbaycan Türk xalqları Qardaşlıq ictimai birliyinin Göyçay şöbəsinin sədri, Göyçay şəhər 7 saylı tam orta məktəbin direktor müavini Aqil Kəngərli milli mətbuatın yaranması, mətbuatın inkişafı və bu günü barədə geniş məlumat verdi. A. Kəngərli mətbuat günü ərəfəsində yazarların məhz şəhidlər xiyabanını ziyarətdən başlanması və bu məkanda görüşün keçirilməsinin böyük əhəmiyyətindən söz açaraq, vaxtı ilə tarix dərsi dediyim şagirdlərin Vətən müharibəsi zamanı tarix yazdıqlarını qeyd etdi. A.Kəngərli Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid atası Akif Kərimov bu günkü tədbir münasibətilə mətbuat nümayəndələrin təbrik edərək, tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Milli Mətbuat gününün məhz Şəhidlər xiyabanını ziyarətlə başlanması ənənəsini yüksək qiymətləndirən A. Kərimov Azərbaycan mətbuatı 148 illik zəngin inkişaf yolu keçdiyini 1875-ci ildə "Əkinçi" qəzeti ilə başlanan bu yol müstəqillik dövründə uğurla davam etdirildiyini bildirdi. Bu gün ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin rolu böyükdür. O qeyd edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkə rəhbəri milli medianın inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır. İctimai Şuranın sədri media nümayəndələrini səmimi-qəlbdən təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.

Azadsoz.az saytının təsisçi və baş redaktoru, jurnalist Səbuhi Eltonlu çıxış edərək Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsi olduğunu bildirdi.
Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.
S. Eltonlu çıxışında Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verdiyini, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləri olduğunu söylədi. Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldığını bildirən Səbuhi Eltonlu əsil qələm sahiblərini bu gün münasibətilə təbrik etdi.

İctimai fəal Kəmalə Məmmədova mətbuat gününün Şəhid ziyarətindən başlanması və şəhidlər xiyabanında tədbirin keçirilməsini alqışladı. K. Məmmədova çıxışının sonunda Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzuladı.

APA informasiya agentliyinin Göyçay bölgəsi üzrə nümayəndəsi, jurnalist Şahnəzər Bəşirov, İTV bölgə müxbiri, jurnalist Rəşid Rəşidov çıxışlarında milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıblar, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıblar, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə Şəhid ailələrinə Qayğı cəmiyyətinin Göyçay rayon təşkilatı tərəfindən KİV nümayəndələrinə fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, Göyçay şəhər Əli Kərim parkında yazıçı və şairlərimiz Əli Kərim, İsgəndər Coşqun, Əli Səmədin məzarları ziyarət edilib, ruhları dərin ehtiramla yad olunub.
Вчера, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
Вчера, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib
Вчера, 22:45
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
Вчера, 22:42
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
Вчера, 22:32
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
Вчера, 20:43
COP29 və Azərbaycan üçün yaşıl baxış
Вчера, 12:35
"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
Вчера, 01:39
Yaz tətili açıqlanıb
25-04-2024, 16:06
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı, möhkəm təmələ əsaslanır
25-04-2024, 11:32
“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək
25-04-2024, 11:28
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Hesabat-seçki Konfransı keçirilmişdir
25-04-2024, 11:24
Ağac və gülləri yaşılıqları qoruyaq!
25-04-2024, 11:20
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılıb
25-04-2024, 11:18
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb
25-04-2024, 11:16
Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
25-04-2024, 11:13
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirildi
24-04-2024, 22:28
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
23-04-2024, 23:10
Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı
22-04-2024, 22:57
Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
19-04-2024, 20:50
Göyçayda şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib.
19-04-2024, 01:43
Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır
19-04-2024, 01:18
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
18-04-2024, 22:57
Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib
18-04-2024, 22:51
Qubadlı Şıxlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
18-04-2024, 22:42
Göyçayda "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib
18-04-2024, 22:38
Çaxırlı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu
17-04-2024, 22:04
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ