Zəfər paradı - Azərbaycan xalqının sarsılmaz iradəsinin nümayişidir
Gündəm / Siyasət
Oxunub: 22
8 дек 2023 | 21:58

2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin başlatdığı hərbi təxribatlara cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları - tariximizə 44 günlük Vətən müharibəsi adı ilə daxil olan qəhrəmanlıq tariximiz xalqımızın həyatında silinməz izlər qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun yüksək qəhrəmanlıq və şücaətlə həyata keçirdiyi və 44 gün ərzində davam edən müharibə bütün məqamları ilə bütün dünya üçün əsl qəhrəmanlıq nümunəsi oldu. Bu qəhrəmanlıq dövlətimizin, xalqımızın və ordumuzun birliyindən tutmuş, vətənpərvərliyinə, peşəkarlığına və mübarizliyinə görə misli görünməmiş bir örnək idi.
2020-ci il dekabrın 10-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradımızın keçirilməsi isə Azərbaycanın şanlı Qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi idi. Üç il bundan öncə tarixi Zəfərimizin sevinci, qüruru fonunda keçirilən bu Zəfər paradı eyni zamanda dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli, yenilməz Azərbaycan xalqının güc və qüdrətinin təntənəsi idi.
Həmin gün hər bir azərbaycanlının qəlbinin qürurla döyündüyü, sevinc, fəxarət dolu şanlı Qələbəmizin təntənəsi olan Zəfər yürüşünün keçirilməsi xalqımızın tarixi yaddaşına əbədi olaraq həkk olundu. Dosta fəxarət, düşmənə göz dağı olan həmin tarixi anlar qüdrətli Azərbaycan xalqının yenilməz iradəsinin, rəşadətli Azərbaycan Ordusunun güc və qüdrətinin, güclü rəhbərin sarsılmaz iradəsinin nümayişi idi.
Prezident İlham Əliyev tədbirdəki çıxışında Zəfərin qürurunu və sevincini Azərbaycan xalqı ilə bölüşdü. Dövlətimizin başçısı xüsusi olaraq əsgər və zabitlərimizin böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyalarını yerinə yetirdiklərini vurğulayaraq tarixi Qələbəmizdə onların fədakarlığını yüksək qiymətləndirdi.
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin paradda çıxışı zamanı səsləndirdiyi fikirlər o möhtəşəm tarixi anları böyük qürur hissi ilə xatırladır: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilən torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu Zəfər paradıdır. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”
Zəfər paradının özəlliyini təsdiqləyən mühüm məqamlardan biri də Azərbaycan və Türkiyə prezidentlərinin çiyin-çiyinə dayanaraq paradı birgə qəbul etmələri oldu. Vətən müharibəsində tarixi Qələbəmizin şərəfinə təşkil olunmuş Zəfər yürüşündə qürurverici hadisə 3000 Azərbaycan əsgər və zabiti ilə yanaşı Türk əsgər və zabitinin də iştirakı, eyni zamanda fəxri qonaq qismində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ən yadda qalan məqamlardan idi. Bu bir daha qardaşlıq və dostluğun sarsılmaz bağlarının təcəssümü idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi, həmin gün ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi hər birimizdə böyük fəxarət və qürurverici hisslər yaratmaqla yanaşı, eyni zamanda ölkələrimizin mənəvi yaxınlığının bütün dünyaya bir daha əyani nümayişi idi. Bu mühüm addım başlıca olaraq dünyaya verilmiş ciddi mesaj idi.
10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı Azərbaycan – Türkiyə dostluğunun sarsılmazlığının dünyaya təqdimatı olmaqla bərabər, Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxan xalq olmasının da nümayişinə çevrildi.
Tarixi Zəfərimizdən sonra Azərbaycan ordusunun keçirdiyi əməliyyatların uğurlu nəticələri, həmçinin bu ilin sentyabr ayının 19-da reallaşdırılan lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızın separatçılardan təmizlənməsi, qondarma rejimin özünü buraxması və digər mühüm hadisələr növbəti qalibiyyətlərimizin davamı oldu. Oktyabrın 15-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. 8 noyabr Zəfər Günündə isə Xankəndi şəhərində möhtəşəm qalibiyyətimizin növbəti simvolu olan hərbi paradın keçirilməsi xalqımızın və ordumuzun Qələbə salnaməsi kimi yaddaşlara əbədi həkk olundu.
Bütövlükdə qürur mənbəyinə çevrilmiş bu tarixi hadisələr bundan sonra da əbədi olaraq şanlı tarix kimi xatırlanacaqdır.
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib
26-04-2024, 22:45
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
26-04-2024, 22:42
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
26-04-2024, 22:32
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
26-04-2024, 20:43
COP29 və Azərbaycan üçün yaşıl baxış
26-04-2024, 12:35
"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
26-04-2024, 01:39
Yaz tətili açıqlanıb
25-04-2024, 16:06
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı, möhkəm təmələ əsaslanır
25-04-2024, 11:32
“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək
25-04-2024, 11:28
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Hesabat-seçki Konfransı keçirilmişdir
25-04-2024, 11:24
Ağac və gülləri yaşılıqları qoruyaq!
25-04-2024, 11:20
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılıb
25-04-2024, 11:18
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb
25-04-2024, 11:16
Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
25-04-2024, 11:13
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirildi
24-04-2024, 22:28
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
23-04-2024, 23:10
Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı
22-04-2024, 22:57
Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
19-04-2024, 20:50
Göyçayda şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib.
19-04-2024, 01:43
Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır
19-04-2024, 01:18
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
18-04-2024, 22:57
Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib
18-04-2024, 22:51
Qubadlı Şıxlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
18-04-2024, 22:42
Göyçayda "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib
18-04-2024, 22:38
Çaxırlı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu
17-04-2024, 22:04
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ