Qərb bu dəfə də Azərbaycan xalqını təəccübləndirmədi
Gündəm / Siyasət
Oxunub: 30
25 янв 2024 | 19:07

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini həzm edə bilməyən qüvvələrin sayı günü-gündən artır. Ölkəmizə qarşı qarayaxma kampaniyasının növbəti ünvanı Avropa Şurası Parlament Assambleyası(AŞPA) oldu. Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini qəbul etməməsi bu qurumun ölkəmizə qarşı riyakar, anti-Azərbaycan siyasətinin növbəti dəfə təzahürüdür. Bütün dünyanı heyrətləndirən Zəfərimizi qəbul edə bilməyən və erməni lobbisinin əlaltısına çevrilmiş Qərb bu dəfə də Azərbaycan xalqını təəccübləndirmədi.
AŞPA-nın ortaya qoyduğu mövqedən aydın görünür ki, Avropa Şurası Nizamnaməsinin preambulasında qeyd olunan dəyərləri çoxdan unudub ya da bu sadəcə başqa dövlətlərə təzyiq vasitəsi kimi nəzərdə tutulan söz yığımından başqa bir şey deyil. AŞPA-nın tutduğu mövqe onu deməyə əsas verir ki, nizamnamədə qeyd olunan anlayışların onlar üçün heç bir əhəmiyyəti yoxdur. Əks təqdirdə, Ermənistanın yeni reallığı qəbul etməyə başladığı bir vaxtda Fransa, Almaniya və onların əlində oyuncağa çevrilmiş Avropa Şurası ölkəmizə qarşı bu cür addım atmazdı. Təəssüflər olsun ki, Azərbaycan 2001-ci ildə sözügedən təşkilata üzv olandan bəri sonrakı dövrün təcrübəsi göstərdi ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib.
Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmayıb. Halbuki, bu quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.
Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi.
2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.
Yanvar ayının 22-də keçirilən iclasda iştirak edən Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması tamamilə qərəzli və riyakar bir addımdır. AŞPA-nın bu qərəzli addımını əsaslandırdığı uydurma səbəblər isə tamamilə absurddur. Əsas səbəb kimi Azərbaycan tərəfinin 2023-cü ildə “Laçın dəhlizi”nə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib. Almaniyalı deputat və onun bu təşəbbüsünü dəstəkləyən həmkarları məsələni insan hüquqları ilə izah etməyə çalışsa da, bunun insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı aydındır. Baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı uğursuz qisas cəhdidir. Təbii ki, göründüyü kimi AŞPA-nın bu davranışı təsadüfi xarakter daşımır, ölkəmizə qarşı növbəti qara kampaniyanın davamıdır. Bütün bunlar Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilməyən qüvvələrin ölkəmizi gözdən salmaq üçün atdığı ədalətsiz addımdır.
Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan milli maraqlarından irəli gələn bütün məsələləri uğurla həyata keçirib və bu proses uğurla davam edir. Avropa Şurası ölkəmizə qarşı bu cür qərəzli mövqe ortaya qoymaqla Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycanı qarşısına aldığını açıqca nümayiş etdirdi. Bu mövqe müstəqil və suveren Azərbaycana qarşı köklü qərəzin bariz təzahürüdür.
Azərbaycan özünə hörmət edən, öz milli maraqlarını qoruyan və digər ölkələrdən də bunu gözləyən dövlətdir. Bakı Avropa təşkilatları ilə sağlam əməkdaşlıq etmək istəyir və bu istiqamətdə zəruri addımlar atır. Ancaq AŞPA-nın destruktiv siyasəti onu gözdən salır və ona inamı sıfıra endirir. Azərbaycan ədalətin tərəfindədir. Rəsmi Bakının fəaliyyətində, davranışlarında bu aydın şəkildə görünür. Bu baxımdan ölkəmizə qarşı təhdid, qarayaxma kampaniyası qəbulolunmaz və ədalətsiz mövqedir. AŞPA-nın fəaliyyətində isə mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühitinin varlığı göz önündədir. Bütün bu hadisələrin fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı son dərəcə doğru və düzgün addımdır.
26-04-2024, 22:53
FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
26-04-2024, 22:49
Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirilib
26-04-2024, 22:45
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
26-04-2024, 22:42
Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub
26-04-2024, 22:32
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
26-04-2024, 20:43
COP29 və Azərbaycan üçün yaşıl baxış
26-04-2024, 12:35
"Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələyə doğru"
26-04-2024, 01:39
Yaz tətili açıqlanıb
25-04-2024, 16:06
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı, möhkəm təmələ əsaslanır
25-04-2024, 11:32
“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək
25-04-2024, 11:28
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Hesabat-seçki Konfransı keçirilmişdir
25-04-2024, 11:24
Ağac və gülləri yaşılıqları qoruyaq!
25-04-2024, 11:20
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılıb
25-04-2024, 11:18
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb
25-04-2024, 11:16
Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
25-04-2024, 11:13
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirildi
24-04-2024, 22:28
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
23-04-2024, 23:10
Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı
22-04-2024, 22:57
Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
19-04-2024, 20:50
Göyçayda şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib.
19-04-2024, 01:43
Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır
19-04-2024, 01:18
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
18-04-2024, 22:57
Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib
18-04-2024, 22:51
Qubadlı Şıxlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
18-04-2024, 22:42
Göyçayda "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib
18-04-2024, 22:38
Çaxırlı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu
17-04-2024, 22:04
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ